CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Psixoloji sağlamlıq fiziki sağlamlıqdan daha önəmlidir - Mütəxəssis

© AFP 2023 / ALLISON DINNERQolları qandallı adam, arxiv şəkli
Qolları qandallı adam, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.01.2023
Xəbərlərə abunə olun
НовостиTelegram
Hüquq müdafiəçisi bildirir ki, təhsil sahəsində fəaliyyət göstərən bəzi cinayətkar qrupların arxasında yüksək vəzifəli şəxslər dayanır və onları himayə edirlər.
BAKI, 4 yanvar — Sputnik. Hər gün mətbuatda və sosial şəbəkələrdə müxtəlif sayda və amansızcasına törədilmiş qəttlər barədə məlumatlar yayılır. Maraqlıdır, cəmiyyətdə aqressiyanın, cinayətə meylliliyin artmasının kökündə nə dayanır?
Psixoloq Elnur Rüstəmov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, emosiyaların idarə edilməsi çox önəmli bir məqamdır. Bunun əksi isə müxtəlif cinayətlərə, şiddət və zorakılığa səbəb olur
Onun sözlərinə görə, emosiyaların düzgün idarə olunmaması özünü cinayətdən öncəki mərhələdə şiddət, zorakılıq kimi də biruzə verə bilər:
© Photo : APAPsixoloq Elnur Rüstəmov
Psixoloq Elnur Rüstəmov - Sputnik Azərbaycan, 1920, 03.01.2023
Psixoloq Elnur Rüstəmov

"Elə insanlar var ki, şiddətə meyllidir və bu, psixoloji, hətta daha dəqiq desək, psixiatrik problemdir. Bunu təşviq edən məqamlar da var. Narkotik, alkaqollu içki qəbul etdikdə artıq insanın düşüncə bacarıqları aşağı düşür və nəticədə instinktiv bacarıqları önə çıxır", - deyə o əlavə edib.

Psixoloq deyir ki, narkotik, alkoqol düşgünü olmadan da şiddətə, zorakılığa meylli insanlar var:
"Bu vəziyyəti psixoloji, psixiatrik problem kimi dəyərləndirmək lazımdır. Belə şəxslər mütləq şəkildə psixoloq və psixiatra müraciət etməlidirlər. Uşağın zorakılığa meylli olub-olmamasını erkən yaşlarda müəyyən etmək lazımdır ki, gələcəkdə daha böyük problemlər yaranmasın. Təəssüflər olsun ki, bəzən valideynlər bu cür məqamlara diqqətsiz, məsuliyyətsiz yanaşırlar".
Nə etməliyik?
E.Rüstəmov bildirir ki, bunun üçün yeni dövrün çağırışlarını doğru şəkildə qəbul etməliyik:

"İnformasiya, texnologiya, sürət dövründə zamanla düzgün ayaqlaşmaq üçün öncə psixoloji dayanıqlılıq olmalıdır. Çünki gün ərzində kifayət qədər informasiya alırıq və bu informasiyalar özündə bəlli emosiyaları daşıyır. İndiki psixoloji durumumuz emsoiyalara adekvat olmalıdır. Ona görə də inkişaf etmiş ölkələrdə psixi sağlamıığa böyük miqdarda büdcə ayırırlar. Çünki sürət əsrində yaşamaq, bununla ayaqlaşmaq insandan böyük bir psixoloji güc, dayanıqlılıq tələb edir. İnsanlar qəbul etməlidir ki, psixoloji sağlamlıq fiziki sağlamlıqdan daha önəmlidir".

Mütəxəsssis bildirib ki, ənənəvi olaraq sağlamlıq dedikdə həmişə fiziki sağlamlıq nəzərdə tutulur.
"İnsanın ürəyi, böyrəyi ağrıyırsa, həkimə getməlidir. Amma biz belə düşünürük ki, insanın əsəbləri yerində olmasa belə həkimə getməyə ehtiyacı yoxdur", - deyə o əlavə edib.
Psixoloji dayanıqlılıq nədir?
E.Rüstəmov qeyd edir ki, psixoloji dayanıqlılıq insanın normal yuxu rejiminin olması, plan üzrə çalışması, sağlam qidalanması, fiziki sağlamlığına diqqət etməsidir.
Hüquq müdafiəçisi Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, cinayətkarlığın artmasının səbəbləri arasında sosial problemlər də var:

"Azadlığa çıxan şəxsi ailəsi, yaxınları gözləmirsə, işi yoxdursa, bu zaman o yenidən cinayət törədə bilər. Lakin elə insanlar var ki, onlar yalnız ölzərini həbsxanada "rahat" hiss edə bilirlər. Onlar üçün azadlıq yeni cinayətlərin törədilməsinin səbəblərindəndir. Bu səbəbdən demək olmaz ki, azadlığa çıxanların hamısı yenidən cinayət törətməyəcəklər. Onların bir qismi var ki, azadlığa çıxandan sonra yaşaya bilmirlər. Lakin qeyd edim ki, təkrar cinayətlərlə bağlı elə də çox böyük rəqəmlər yoxdur. Şəxs cəza müddətini başa vurubsa, onu həbsxanada saxlamaq da düzgün deyil".

© Sputnik / Murad OrujovƏliməmməd Nuriyev
Əliməmməd Nuriyev - Sputnik Azərbaycan, 1920, 03.01.2023
Əliməmməd Nuriyev
Ə.Nuriyev deyir ki, cinayət törədən şəxsin cəmiyyətdən təcrid olunmasında yeganə məqsəd islah deyil. İstənilən şəxs cinayət törətdikdən sonra mütləq cəzalanmalıdır - cəzasızlıq olarsa, belə bir mühit yeni cinayətlərin yaranmasına səbəb ola bilər:
"Cinayətkarlığın səbəbləri öyrənilməlidir. Bu cür hadisələrdə düzgün diaqnoz qoyulmalıdır ki, baş verə biləcək bənzər hadisələrin qarşısı alınsın".
Mütəxəssis onu da bildirib ki, ölkəmizdə hüquq siyasətinin həyata keçirilməsi ilə bağlı müvafiq addımlar atılır:
"Cinayətlərin açılma əmsalına görə ölkəmiz dünyanın öndə gedən ölkələrindən biridir. Xüsusilə qeyd edim ki, ölkədə qətl cinayətlərinin açılma faizi daha yüksəkdir və bu 90 faizi ötməkdədir. Ümumiyyətlə, demək olar ki, bütün cinayətlərin açılma faizi 84 faizdən yuxarıdır".
Cinayətkarlığa qarşı mübarizəni daha da sərtləşdirsək, nəticə necə ola bilər?
Ə.Nuriyev qeyd edir ki, cinayətkarlığa qarşı mübarizəni daha da sərtləşdirsək, bu, qısa müdətdə effekt verə bilər, lakin müəyyən müddətdən sonra yenidən eyni miqyasda cinayət hadisələri baş verəcək.
Ə.Nuriyev qeyd edir ki, korrupsiya ilə bağlı cinayətlərin də açılma faizi genişlənib, dələduzluqla bağlı cinayətlərin sayı isə artır:

"Artıq təhsil sektorunda da dələduzların sayı artmaqdadır. Xaricdə təhsil adı altında bir sıra mütəşəkkil cinayətkar qruplar yaranıb. Onlar müəyyən vasitələrlə telekanallara çıxıb özlərini rekalm etdirir, müştərilər cəlb edir, aldadırlar. Təəssüf ki, bu qrupların arxasında yüksək vəzifəli şəxslər dayanır və onları himayə edirlər. Bu istiqamətdə də cinayıtkarlığa qarşı mübarizəni genişləndirmək lazımdır".

Yekun olaraq isə Ə.Nuriyev qeyd edib ki, Azərbaycanda cinayətkarlıqla bağlı vəziyyət heç də acınacaqlı deyil, idarəolunacaq bir səviyyədədir:
"Son 20 ilə nəzər salsaq, görərik ki, əfv olunanların yalnız 10-u yenidən cinayət edib. Amnistiya ilə azadlığa çıxanların 3-5 faizi yenidən cinayət törədib".
Qeyd edək ki, Dövlət Sttaistika Komitəsinin məlumatına görə, 2021-ci ildə öncəki illərlə müqayisədə cinayətlərin sayında artım olub. Belə ki, ötən il ölkədə 21 min 206 cinayət hadisəsi baş verib. Müqayisə üçün bildirək ki, 2013-cü ildə isə bu rəqəm 14 min 841 olub.
Xəbər lenti
0