https://sputnik.az/20230104/donerde-at-eti-dnt-si-tapildi-donerxanalarda-et-niye-yoxlanilmir-450331476.html
Dönərdə at əti DNT-si tapıldı: Dönərxanalarda ət niyə yoxlanılmır?
Dönərdə at əti DNT-si tapıldı: Dönərxanalarda ət niyə yoxlanılmır?
Sputnik Azərbaycan
Birlik sədri deyir ki, ölkədə 15 min dönərxana var, amma onların ətləri faktiki yoxlanılmır. 04.01.2023, Sputnik Azərbaycan
2023-01-04T16:24+0400
2023-01-04T16:24+0400
2023-01-04T17:13+0400
cəmiyyət
aqta
eyub hüseynov
dönər
dönərxana
at əti
https://cdnn1.img.sputnik.az/img/42090/92/420909299_0:104:2000:1229_1920x0_80_0_0_426e555ee4a9448f7c1ebbc0c98a011b.jpg
BAKI, 4 yanvar — Sputnik. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən süd məhsullarından 111 və hazır dönərlərdən 174 nümunə götürülərək müayinə məqsədilə Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. AQTA-dan verilən xəbərə görə, nümunələrin sınaq nəticəsinə əsasən, 5 pendir, 3 xama, 2 kəsmik, 9 ət və 3 toyuq dönəri olmaqla ümumillikdə 22 məhsulun minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi və nümunələrdə bağırsaq çöpləri qrupuna aid olan Escherichia Coli bakteriyası aşkar olunub. Sınaq nəticəsində uyğunsuzluq aşkarlanmış 2 müəssisədə ("Xırman" MMC və fiziki şəxs Salamov Ramin Yusif oğluna məxsus "Dönərçi Baba" dönər evi) plandankənar yoxlama aparılıb. Yoxlama çərçivəsində hər 2 müəssisədə aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb, "Dönərçi Baba" dönər evinin fəaliyyəti məhdudlaşdırılıb. Bundan əlavə, dönər evinə xammal kimi qəbul olunan çiy dönər istehsal edən müəssisədə, eləcə də monitorinq zamanı uyğunsuzluq aşkarlanmış digər sahibkarlıq subyektlərində qanunvericiliyə uyğun tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin ticarət şəbəkələrinin rəhbərlərinə uyğunsuzluq aşkarlanan məhsulların satışdan çıxarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasıda bildirib ki, belə hallar dönərxanalarda çox aşkarlana bilər. Sadəcə olaraq bütün dönərxanaları yoxlamaya cəlb etmək mümkün deyil: "Bu təkcə dönərxanalarda yox, restoran və kafelərdə də baş verir". E. Hüseynov bildirib ki, AQTA-nın əsasnaməsində qidanın təhlükəsizliyinin təmin olunması var. Keyfiyyət isə yoxdur. Ona görə də AQTA-nın əsasnaməsinə qidaların keyfiyyəti də əlavə olunmalıdır ki, belə hallar baş verməsin. Birlik sədri deyir ki,15 min dönərxana var. Amma onların ətləri faktiki yoxlanılmır: "Dönərxanalardan asılan ətin keyfiyyətinin baytar yoxlamasını əsk etdirən sənədlərin çoxu formal, yoxlanılmadan verilir". Qeyd edək ki, insanlar virulent E.Coli ştamları ilə çiy və ya az bişmiş qida məhsullarının (ət və ət məhsulları, süd və süd məhsulları, çirklənmiş meyvə və tərəvəz və s.) istehlakı zamanı yoluxa bilərlər.E.Coli ilə yoluxmanın əsas əlamətlərinə diareya, iştahasızlıq, ürəkbulanma, qusma, yorğunluq, hərarətin yüksəlməsi və s. daxildir. Bundan əlavə, Agentlik əməkdaşları tərəfindən məhsulun etiketində bitki yağından istifadə edilməsi barədə qeydlərin mövcud olmamasına baxmayaraq, 1 süd məhsulunun tərkibində fitosterinlər, həmçinin 1 dönər məhsulunda isə at DNT-si aşkar edilib. 51 nümunənin müayinələri isə hazırda davam etdirilir. AQTA bir daha qida təhlükəsizliyi sahəsində qanunsuz fəaliyyətlə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd əməllərdən yayınmağa çağırır. Agentlik tərəfindən əhalinin sağlamlığının, həmçinin istehlakçı hüquqlarının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qanunvericiliyin tələblərini pozanlara qarşı sərt cəza tədbirləri ardıcıl olaraq bundan sonra da davam etdiriləcək.
https://sputnik.az/20221227/olmus-heyvan-at-ve-essek-eti-iase-obyektlerinde-nece-istifade-edilir-450054141.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42090/92/420909299_112:0:1889:1333_1920x0_80_0_0_d1cfc7b58480bd4b4785e21e6cb210f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
aqta, eyub hüseynov, dönər, dönərxana, at əti
aqta, eyub hüseynov, dönər, dönərxana, at əti
Dönərdə at əti DNT-si tapıldı: Dönərxanalarda ət niyə yoxlanılmır?
16:24 04.01.2023 (Yenilənib: 17:13 04.01.2023) Birlik sədri deyir ki, ölkədə 15 min dönərxana var, amma onların ətləri faktiki yoxlanılmır.
BAKI, 4 yanvar — Sputnik. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən süd məhsullarından 111 və hazır dönərlərdən 174 nümunə götürülərək müayinə məqsədilə Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
AQTA-dan verilən xəbərə görə, nümunələrin sınaq nəticəsinə əsasən, 5 pendir, 3 xama, 2 kəsmik, 9 ət və 3 toyuq dönəri olmaqla ümumillikdə 22 məhsulun minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi və nümunələrdə bağırsaq çöpləri qrupuna aid olan Escherichia Coli bakteriyası aşkar olunub.
Sınaq nəticəsində uyğunsuzluq aşkarlanmış 2 müəssisədə ("Xırman" MMC və fiziki şəxs Salamov Ramin Yusif oğluna məxsus "Dönərçi Baba" dönər evi) plandankənar yoxlama aparılıb. Yoxlama çərçivəsində hər 2 müəssisədə aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb, "Dönərçi Baba" dönər evinin fəaliyyəti məhdudlaşdırılıb.
Bundan əlavə, dönər evinə xammal kimi qəbul olunan çiy dönər istehsal edən müəssisədə, eləcə də monitorinq zamanı uyğunsuzluq aşkarlanmış digər sahibkarlıq subyektlərində qanunvericiliyə uyğun tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin ticarət şəbəkələrinin rəhbərlərinə uyğunsuzluq aşkarlanan məhsulların satışdan çıxarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasıda bildirib ki, belə hallar dönərxanalarda çox aşkarlana bilər. Sadəcə olaraq bütün dönərxanaları yoxlamaya cəlb etmək mümkün deyil: "Bu təkcə dönərxanalarda yox, restoran və kafelərdə də baş verir".
E. Hüseynov bildirib ki, AQTA-nın əsasnaməsində qidanın təhlükəsizliyinin təmin olunması var. Keyfiyyət isə yoxdur. Ona görə də AQTA-nın əsasnaməsinə qidaların keyfiyyəti də əlavə olunmalıdır ki, belə hallar baş verməsin.
Birlik sədri deyir ki,15 min dönərxana var. Amma onların ətləri faktiki yoxlanılmır: "Dönərxanalardan asılan ətin keyfiyyətinin baytar yoxlamasını əsk etdirən sənədlərin çoxu formal, yoxlanılmadan verilir".
Qeyd edək ki, insanlar virulent E.Coli ştamları ilə çiy və ya az bişmiş qida məhsullarının (ət və ət məhsulları, süd və süd məhsulları, çirklənmiş meyvə və tərəvəz və s.) istehlakı zamanı yoluxa bilərlər.E.Coli ilə yoluxmanın əsas əlamətlərinə diareya, iştahasızlıq, ürəkbulanma, qusma, yorğunluq, hərarətin yüksəlməsi və s. daxildir. Bundan əlavə, Agentlik əməkdaşları tərəfindən məhsulun etiketində bitki yağından istifadə edilməsi barədə qeydlərin mövcud olmamasına baxmayaraq, 1 süd məhsulunun tərkibində fitosterinlər, həmçinin 1 dönər məhsulunda isə at DNT-si aşkar edilib. 51 nümunənin müayinələri isə hazırda davam etdirilir.
AQTA bir daha qida təhlükəsizliyi sahəsində qanunsuz fəaliyyətlə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd əməllərdən yayınmağa çağırır.
Agentlik tərəfindən əhalinin sağlamlığının, həmçinin istehlakçı hüquqlarının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qanunvericiliyin tələblərini pozanlara qarşı sərt cəza tədbirləri ardıcıl olaraq bundan sonra da davam etdiriləcək.