https://sputnik.az/20230104/charlie-hebdonun-tehqiredici-ve-edebsiz-hereketi-cavabsiz-qalmayacaq---abdullahiyan-450337812.html
"Charlie Hebdo"nun təhqiredici və ədəbsiz hərəkəti cavabsız qalmayacaq - Abdullahiyan
"Charlie Hebdo"nun təhqiredici və ədəbsiz hərəkəti cavabsız qalmayacaq - Abdullahiyan
Sputnik Azərbaycan
İran XİN başçısı bildirib ki, Fransa hökumətinin sərhədi keçməsinə imkan verməyəcəklər. 04.01.2023, Sputnik Azərbaycan
2023-01-04T19:29+0400
2023-01-04T19:29+0400
2023-01-04T19:29+0400
siyasət
iran
əmir abdullahiyan
"charlie hebdo"
fransa
leyla abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e4/08/12/424710239_0:165:3055:1883_1920x0_80_0_0_a067976c248e9f394961c8c9096dd421.jpg
BAKI, 4 yanvar — Sputnik. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çərşənbə günü Fransanın "Charlie Hebdo" jurnalında dərc olunan İslam Respublikası hakimiyyətinin karikaturasını tənqid edib və pisləyib. "Fransa nəşrinin dini-siyasi gücün (İranda - red.) karikaturalarını dərc edərkən təhqiredici və ədəbsiz hərəkəti sərt reaksiyasız qalmayacaq. Biz Fransa hökumətinin sərhədi keçməsinə imkan verməyəcəyik, onlar qəti şəkildə səhv yol seçiblər. Biz əvvəllər bu nəşri sanksiya siyahısına daxil etmişdik", - iranlı diplomat öz "Twitter" səhifəsində yazıb. Bu gün Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da özünün "Twitter" hesabında "Charlie Hebdo" jurnalını sərt tənqid edib. "Siz Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni 30 illik hərbi işğalı zamanı yaratdığı təhlükəni unutmusunuz. İndi isə Azərbaycan öz suveren ərazilərində sülhü təmin etdiyi halda, siz hansı təhlükədən danışırsınız?" - deyə diplomat jurnalın rəhbərliyinə bildirib. Qeyd edək ki, "Charlie Hebdo"nun dünənki sayında Ukraynadakı müharibənin Ermənistan və Qarabağ üzərindəki "təhlükə"ni unutdurduğu barədə məqalə dərc olunub. Burada hər kəsə ermənilərin xeyrinə səfərbər olmaq çağırışı edilib. Xatırladaq ki, "Charlie Hebdo" jurnalı İslam dinini, onun müqəddəs saydığı şəxsləri, o cümlədən Məhəmməd peyğəmbəri ələ salan, təhqir edən karikaturalar dərc etdiyinə görə zaman-zaman qınaqlara səbəb olub. İran başda olmaqla bir sıra müsəlman dövlətləri jurnalın onların ölkələrində yayımını qadağan edib, jurnalın əməkdaşlarına isə sanksiyalar tətbiq edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/12/424710239_163:0:2892:2047_1920x0_80_0_0_7f5818fe9fcdcc7180592418cef7d4b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, əmir abdullahiyan, "charlie hebdo", fransa, leyla abdullayeva
iran, əmir abdullahiyan, "charlie hebdo", fransa, leyla abdullayeva
"Charlie Hebdo"nun təhqiredici və ədəbsiz hərəkəti cavabsız qalmayacaq - Abdullahiyan
İran XİN başçısı bildirib ki, Fransa hökumətinin sərhədi keçməsinə imkan verməyəcəklər.
BAKI, 4 yanvar — Sputnik. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çərşənbə günü Fransanın "Charlie Hebdo" jurnalında dərc olunan İslam Respublikası hakimiyyətinin karikaturasını tənqid edib və pisləyib.
"Fransa nəşrinin dini-siyasi gücün (İranda - red.) karikaturalarını dərc edərkən təhqiredici və ədəbsiz hərəkəti sərt reaksiyasız qalmayacaq. Biz Fransa hökumətinin sərhədi keçməsinə imkan verməyəcəyik, onlar qəti şəkildə səhv yol seçiblər. Biz əvvəllər bu nəşri sanksiya siyahısına daxil etmişdik", - iranlı diplomat öz "Twitter" səhifəsində yazıb.
Bu gün Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da özünün "Twitter" hesabında "Charlie Hebdo" jurnalını sərt tənqid edib.
"Siz Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni 30 illik hərbi işğalı zamanı yaratdığı təhlükəni unutmusunuz. İndi isə Azərbaycan öz suveren ərazilərində sülhü təmin etdiyi halda, siz hansı təhlükədən danışırsınız?" - deyə diplomat jurnalın rəhbərliyinə bildirib.
Qeyd edək ki, "Charlie Hebdo"nun dünənki sayında Ukraynadakı müharibənin Ermənistan və Qarabağ üzərindəki "təhlükə"ni unutdurduğu barədə məqalə dərc olunub. Burada hər kəsə ermənilərin xeyrinə səfərbər olmaq çağırışı edilib.
Xatırladaq ki, "Charlie Hebdo" jurnalı İslam dinini, onun müqəddəs saydığı şəxsləri, o cümlədən Məhəmməd peyğəmbəri ələ salan, təhqir edən karikaturalar dərc etdiyinə görə zaman-zaman qınaqlara səbəb olub. İran başda olmaqla bir sıra müsəlman dövlətləri jurnalın onların ölkələrində yayımını qadağan edib, jurnalın əməkdaşlarına isə sanksiyalar tətbiq edib.