CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir şəxs digərinin adından kredit götürə bilərmi?

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.01.2023
Abunə olmaq
Fərqli bir vətəndaşın şəxsiyyət vəsiqəsindən istifadə edərək hansısa bank əməliyyatı aparmaq mümkün deyil.
BAKI, 4 yanvar — Sputnik. İşbazlar onlayn bankçılıqla bağlı olaraq da müxtəlif fırıldaqlara əl atır, başqalarının adına müəyyən vəsaitlər mənimsəməyə, kreditlər götürməyə çalışırlar.
İnformasiya və Kommunikasiya məsələləri üzrə ekspert Elvin Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kiminsə bir başqa adamın adından kredit götürməsinin qarşısını almaq məqsədi ilə banklar təhlükəsizliklə bağlı lazımi qabaqlayıcı addımları atıblar.
"İstər vətəndaş onlayn müraciət etsin, istərsə də birbaşa müraciət etsin, lazım olan bütün təhlükəsizlik tədbirləri görülür. Təmaslı, eyni zamanda da təmassız müraciət zamanı şəxsiyyət vəsiqələri sistemə vurulur. Bu zaman sistemdə vətəndaş haqda olan müvafiq məlumatglar, həmçinin onun fotoşəkli çıxır", - deyə o bildirib.
Mütəxəssis bildirib ki, onlayn müraciət zamanı "Face İD" ilə şəxsin kimliyi müəyyənləşir:

"Yəni, belə olan halda şəxs kameraya baxaraq əlində şəxsiyyət vəsiqəsini tutur. Fərqli bir vətəndaşın şəxsiyyət vəsiqəsindən istifadə edərək hansısa bank əməliyyatı aparmaq mümkün deyil".

Banklardan da sorğumuza cavab olaraq bildirilib ki, onlar tərəfindən onlayn bankçılıqda baş verə biləcək hər hansı təhlükə, riskin qarşısı alınır.
Maraqlıdır, banklar baş verə biləcək arzuolunmaz halların qarşısını almaq üçün hansı addımlar atırlar?
"Kapital Bank"dan Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, onlayn kredit verilərkən üztanıma funksiyasından istifadə olunur:

"Şəxsin şəxsiyyət vəsiqəsinini İD-si və sair tələb olunur. Sonradan göndərilən məlumatlar - video məlumatlar, üztanıma funksiyası ilə bağlı informasiyalar "Kapital Bank"ın xüsusij proqramı və mütəxəssisləri tərəfindən bir daha yoxlanılır ki, bu həmin şəxsdir, ya yox".

Bankdan bildirilib ki, həmin məlumatlar təsdiqini tapdığı halda şəxsə kredit ayrılır.
"Şübhəli hal aşkarlanarsa, bu zaman məlumatlar bir daha dəqiqləşdirilir və əlavə nələrsə lazım olarsa, tələb olunur", - deyə verilən məlumatda bildirilib.
Xəbər lenti
0