CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yolların ən böyük problemi tıxac deyil, vətəndaşların qaydalara ciddi yanaşmamasıdır - DYP

© Sputnik / Irade JELILBaş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının Bakıda piyadalara qarşı keçirdiyi reyd
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının Bakıda piyadalara qarşı keçirdiyi reyd  - Sputnik Azərbaycan, 1920, 03.01.2023
Abunə olmaq
Polis zabiti bildirib ki, göz görə-görə insanların özünü təhlükəyə atması daha sonra ağır hadisələrin nəticəsində faciələrdən sığortalamır.
BAKI, 3 yanvar - Sputnik. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi son günlər baş verən yol nəqliyyat hadisələri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya verdiyi xəbərə görə, son günlər baş vermiş yol nəqliyyat hadisələrinin hər biri məsuliyyətsizliyin nəticəsidir:

"Sıxlıqlardan, tıxaclardan qat-qat vacib olan məsələ təhlükəsizlikdir. Baxın, baş vermiş hadisələrin heç biri nə sıxlıqda, nə də tıxacda olmayıb. Deməli, yollarımızın ən böyük problemi sürücülərin, piyadaların və ya sərnişinlərin hərəkət qaydalarına, təhlükəsizliyin təminatına ciddi yanaşmamağının yol açdığı faciələrdir".

Zabitin sözlərinə görə, insanların əksəriyyəti qayda-qanunun olmasını istəsə də, təəssüf ki, həmin qaydaların özündən kənarda olmasını istəyir:
"Min-bir bəhanə ilə hər kəsin özünü haqlı çıxarmaq və qaydaların yanından ötüb keçmək arzusu var. Niyəsə, bəzi insanlar başa düşmür ki, göz görə-görə özünü təhlükəyə atmaq daha sonra bu ağır hadisələrin nəticəsində faciələri sığortalamır. Bir daha sizdən xahiş edirik ki, yola çıxan yaxınlarınızdan, doğmalarınızdan, dostlarınızdan ehtiyyatlı olmağı tələb edin. Yol hərəkəti qaydaları həyati əhəmiyyətlidir, səhfləri bağışlamır".
Xəbər lenti
0