https://sputnik.az/20230103/turkiye-qaz-sazislerini-mehdudlasdirmaqdan-imtina-edib-450311561.html
Türkiyə qaz sazişlərini məhdudlaşdırmaqdan imtina edib
Türkiyə qaz sazişlərini məhdudlaşdırmaqdan imtina edib
Sputnik Azərbaycan
Nazirin sözlərinə görə, təbii qazın satışı üzrə bazar mexanizmləri bu platformada tətbiq olunacaq. 03.01.2023, Sputnik Azərbaycan
2023-01-03T12:24+0400
2023-01-03T12:24+0400
2023-01-03T12:27+0400
neft-qaz
qaz
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447364723_0:0:3071:1728_1920x0_80_0_0_06de9668fa759bd69b2e160eb555ba3c.jpg
BAKI, 3 yanvar - Sputnik. Ankara İstanbulda yaradılan qaz qovşağına hər hansı məhdudiyyət qoymaq niyyətində deyil. Bu barədə Türkiyənin Enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib. Türkiyəli nazirin sözlərinə görə, təbii qazın satışı üzrə bazar mexanizmləri bu platformada tətbiq olunacaq. Rusiyaya qarşı sanksiyalar altında mərkəzin necə işləyəcəyi ilə bağlı sualı cavablandıran Dönməz, Türkiyənin satıcı ilə alıcı arasındakı münasibətlərə qarışmaq və əməliyyatları məhdudlaşdırmaq fikrində olmadığını bildirib. Bundan əvvəl Enerji və Maliyyə İnstitutunun (IEF) baş direktorunun enerji məsələləri üzrə müavini Aleksey Beloqoriyev bildirib ki, Türkiyədə qaz qovşağının yaradılması Aİ rəhbərliyi tərəfindən dəstəklənmirsə, bu, o qədər də məntiqli deyil.Onun sözlərinə görə, bu qovşaqdan böyük həcmdə qaz almaq üçün Avropa ölkələri, birincisi, uzun müddətli ttələbata zəmanət verməli, ikincisi, öz ərazilərində bahalı infrastruktur yaratmalıdırlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447364723_227:0:2958:2048_1920x0_80_0_0_ac4f832e2ea16b490d33bb219ddee0a1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qaz, türkiyə
Türkiyə qaz sazişlərini məhdudlaşdırmaqdan imtina edib
12:24 03.01.2023 (Yenilənib: 12:27 03.01.2023) Nazirin sözlərinə görə, təbii qazın satışı üzrə bazar mexanizmləri bu platformada tətbiq olunacaq.
BAKI, 3 yanvar - Sputnik. Ankara İstanbulda yaradılan qaz qovşağına hər hansı məhdudiyyət qoymaq niyyətində deyil. Bu barədə Türkiyənin Enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
Türkiyəli nazirin sözlərinə görə, təbii qazın satışı üzrə bazar mexanizmləri bu platformada tətbiq olunacaq.
Rusiyaya qarşı sanksiyalar altında mərkəzin necə işləyəcəyi ilə bağlı sualı cavablandıran Dönməz, Türkiyənin satıcı ilə alıcı arasındakı münasibətlərə qarışmaq və əməliyyatları məhdudlaşdırmaq fikrində olmadığını bildirib.
Bundan əvvəl Enerji və Maliyyə İnstitutunun (IEF) baş direktorunun enerji məsələləri üzrə müavini Aleksey Beloqoriyev bildirib ki, Türkiyədə qaz qovşağının yaradılması Aİ rəhbərliyi tərəfindən dəstəklənmirsə, bu, o qədər də məntiqli deyil.
Onun sözlərinə görə, bu qovşaqdan böyük həcmdə qaz almaq üçün Avropa ölkələri, birincisi, uzun müddətli ttələbata zəmanət verməli, ikincisi, öz ərazilərində bahalı infrastruktur yaratmalıdırlar.