Президент РФ Владимир Путин и президент Азербайджана Ильхам Алиев на пресс-конференции по итогам переговоров после подписания декларации о союзническом взаимодействии - Sputnik Azərbaycan, 1920
Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə
Azərbaycan və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni iki ölkənin prezidentləri İlham Əliyev və Vladimir Putin 2021-ci il fevralın 22-də imzalayıblar. 43 bənddən ibarət bəyannamə dövlətlər arasında qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir.

Rusiya ilə tam bərabərhüquqlu əməkdaşlıq münasibətləri formalaşıb - millət vəkili

© Official website of President of Azerbaijan RepublicSoçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub
Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub - Sputnik Azərbaycan, 1920, 03.01.2023
Abunə olmaq
Millət vəkilinin sözlərinə görə, Azərbaycanla RF arasında əlaqələrin səciyyəvi tərəflərindən biri Rusiya regionları ilə ölkəmiz arasında kifayət qədər dinamik əməkdaşlığın qurulmasıdır.
BAKI, 3 yanvar — Sputnik. "Azərbaycan-Rusiya münasibətləri həm siyasi, həm iqtisadi əməkdaşlıq müstəvisində inkişaf edir". Bunu Sputnik Azərbaycan-a 2022-ci ildə Azərbaycan-Rusiya münasibətlərini şərh edərkən millət vəkili Elşad Mirbəşiroğlu deyib.
© Photo : Social media page of Elshad MirbashirElşad Mirbəşiroğlu, arxiv şəkli
Эльшад Мирбашир, политолог, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.01.2023
Elşad Mirbəşiroğlu, arxiv şəkli
Deputat bildirib ki, Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir:

"Azərbaycan və Rusiya bir çox mühüm platformalarda birgə fəaliyyət göstərməkdədirlər. Hesab edirəm ki, tərəflər arasında siyasi münasibətlərin daha da inkişaf etmiş platformaları kifayət qədərdir. Bu da maraqların uzlaşdırılması, münasibətlərin ümumi inkişafı, əməkdaşlığın genişləndirilməsi baxımından hər zaman öz töhfəsini verməkdədir. Nəzərə almaq lazımdır ki, ötən ilin əvvəlində iki ölkə arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalandı. Bu, tərəflər arasında münasibətlərin mahiyyətini ifadə edir, həm də ki, qarşılıqlı şəkildə maraqların təmin olunması, əməkdaşlığın daha da genişləndirilməsi, ayrıca olaraq müdafiə, təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlığın inkişaf etdirilməsi baxımında əhəmiyyətlidir. Həmin sənəddə tərəflər arasında münasibətləri və əməkdaşlığı daha da yaxınlaşdıran və inkişaf etdirən müddəalar öz ifadəsini tapıb".

Millət vəkilinin sözlərinə görə, Azərbaycanla Rusiya arasında əlaqələrin səciyyəvi tərəflərindən biri də həm də ondan ibarətdir ki, Rusiya regionları ilə Azərbaycan arasında kifayət qədər dinamik əməkdaşlıq qurulmaqdadır:
"Məhz buna uyğun olaraq, ötən il ərzində Rusiya regionları rəhbərlərinin, o cümlədən ilin sonuna yaxın Həştərxan rəhbərliyinin ölkəmizə səfərləri baş tutdu. Onlar Azərbaycan prezidenti ilə də görüşdülər. Azərbaycan və Rusiya regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olundu, inkişaf imkanları nəzərdən keçirildi. Bunlar özlüyündə Rusiya-Azərbaycan münasibətlərinin konstruktivliyinin elementlərini formalaşdıran hallardır".
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan, 1920, 03.01.2023
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Millət vəkili Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərindəki moderatorluğuna da toxunub və qeyd edib ki, bu münasibətlərinin normallaşdırıması istiqamətində Rusiyanın vasitəçilik təşəbbüsləri mövcuddur:

"Məhz bu vasitəçilik nəticəsində 2020-ci ildə 10 noyabr, 2021-ci ildə 11 yanvar və 26 noyabr sənədləri imzalanıb. Son olaraq ötən il Soçidə üçtərəfli görüş baş tutdu. Həmin görüşdə də qeyd olundu ki, əldə olunmuş razılaşmalara əməl edilməsi vacibdir, amma Ermənistan bu sənədlərə uyğun davranış sərgiləmir. Rusiya Prezidenti Vladimir Putin KTMT-nin İrəvanda keçirilən sammitində bir daha vurğuladı ki, razılaşmalara əməl edilməsi vacibdir. Münasibətlərin tənzimlənməsi bu sənədlərdən irəli gələn müddəaların icrasından keçir".

© Sputnik / POOL / Mediabanka keçidKTMT-yə üzv dövlətlərin liderləri iclas zamanı
KTMT-yə üzv dövlətlərin liderləri iclas zamanı - Sputnik Azərbaycan, 1920, 03.01.2023
KTMT-yə üzv dövlətlərin liderləri iclas zamanı
"Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan yenə özünə kənarda dayaq axtarır. Xüsusilə də Fransanın timsalında bu dayaqları özü üçün müəyyənləşdirə bilib. Avropada baş tutmuş sonuncu Praqa görüşü çərçivəsində elə Fransanın səyləri ilə Avropa İttifaqının müşahidə missiyasının Ermənistana göndərilməsi ilə bağlı qərar qəbul edildi. Ötən ilin dekabrın 19-da müşahidə missiyasının fəaliyyət müddəti başa çatdı, ancaq müddət yenidən uzadıldı. Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi münasibətlərin tənzimlənməsi üçün kənar iştirakçıların geosiyasi maraqlarının bir elementinə çevrilməyə çalışır. Bütün bunlar Rusiya Ermənistan münasibətlərinə də kölgə salacaq hallardır. Görünən odur ki, Ermənistan kənar gücləri də bölgəyə gətirərək Rusiya ilə geosiyasi qarşıdurma şərtləri formalaşdırmağa çalışır" – deyə millət vəkili vurğulayıb.
E.Mirbəşiroğlu bildirib ki, Azərbaycan dinc qonşuluq münasibətlərinə hər zaman həssaslıqla yanaşır:
"Ölkəmiz regionda sülhə və təhlükəsizliyə töhfə verə biləcək addımları dəstəkləyir. Bu baxımdan Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətindəki səyləri müsbət qiymətləndirilir. Ümumilikdə hesab edirəm ki, iki qonşu ölkə olaraq Azərbaycan və Rusiya arasında tam bərabərhüquqlu əməkdaşlıq münasibətləri formalaşıb, tərəflər arasında qarşılıqlı hörmət və etimad səviyyəsi yüksəkdir. Bu münasibətlər iki ölkənin əməkdaşlığı üçün yeni imkanlar açır və Cənubi Qafqazda təhlükəsizliyin, sülhün təmin olunması, daha konstruktiv əməkdaşlıq platformalarının qurulması baxımından əhəmiyyətlidir".
Xəbər lenti
0