https://sputnik.az/20230103/qidalarin-zenginlesdirilmesinin-insan-orqanizmi-ucun-faydasi-450300735.html
Qidaların zənginləşdirilməsinin insan orqanizmi üçün faydası
Qidaların zənginləşdirilməsinin insan orqanizmi üçün faydası
Sputnik Azərbaycan
Texnoloji emal prosesi nəticəsində qida məhsulları faydalı xüsusiyyətlərinin bir qismini itirir. 03.01.2023, Sputnik Azərbaycan
2023-01-03T08:49+0400
2023-01-03T08:49+0400
2023-01-03T08:49+0400
səhiyyə
qida
qida təhlükəsizliyi agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443965377_0:160:3072:1888_1920x0_80_0_0_3d5ef78a367090ad0880fdebae01c2f6.jpg
BAKI, 2 yanvar - Sputnik. Düzgün və balanslı qidalanma insan sağlamlığının başlıca meyarlarından biridir. Orqanizm funksiyasını normal yerinə yetirməsi üçün lazım olan enerjini zəruri mikro və makroelementlərlə zəngin qidalar vasitəsilə almalıdır. Keyfiyyətli qidalanma orqanizmin normal böyümə və inkişafını, eləcə də xəstəliklərdən və ətraf mühitin digər xoşagəlməz amillərindən qorunmasını təmin edir. Həmçinin bu amil genofondun qorunması baxımından mühüm əhəmiyyətə malikdir.Bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamentinin mütəxəssislərinin hazırladıqları elmi məqalədə bəhs olunur.Tədqiqatlara əsasən, insan orqanizmi qida məhsullarının tərkibində mövcud olan və mikronutriyentlər kimi tanınan əvəzolunmaz qida maddələrini sintez etmək xüsusiyyətinə malik deyil. Son zamanlar isə ekoloji mühitin çirklənməsi qida məhsullarının tərkibinin və keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Buna görə də müasir dövrdə mikronutriyentlərə tələbat daha çoxdur. Orqanizm həmin maddələri ehtiyat şəklində toplaya bilmədiyi üçün onlar qida ilə mütəmadi olaraq qəbul edilməlidir.Elmi araşdırmalar göstərir ki, insanlarda C, B1, B2, B3, B6, B9 və D vitaminlərinin çatışmazlığı ilə yanaşı, dəmir defisiti də çox müşahidə edilir. Dünyada ən çox rast gəlinən anemiya forması da məhz dəmir defisitli anemiyadır və qadınlar, uşaqlar və yeniyetmələr ondan daha çox əziyyət çəkir. Dəmir çatışmazlığından yaranan qanazlığının qarşısının alınması üçün qanda dəmirin səviyyəsinin yüksəldilməsi tövsiyə olunur.Nəzərə almaq lazımdır ki, texnoloji emal prosesi nəticəsində qida məhsulları faydalı xüsusiyyətlərinin bir qismini itirir. Odur ki, insan sağlamlığının təmin olunmasında gündəlik istehlak edilən qida məhsullarının zəruri komponentlərlə zənginləşdirilməsi səmərəli çıxış yolu sayılır.Zənginləşdirilmiş qidalar orqanizmdə müəyyən qida maddələrinin çatışmazlığının qarşısının alınması və ya bərpa edilməsi üçün bir və ya bir neçə fizioloji funksional inqrediyentin əlavə olunduğu ənənəvi qidalardır. Zənginləşdirilmiş qida növlərinə vitaminlər və minerallarla, zülalla, qida lifi və probiotik mikroorqanizmlərlə zənginləşdirilmiş məhsullar daxildir. Vitamin və minerallarla zənginləşdirilmiş qida məhsulları funksional qidaların böyük bir qrupuna daxildir. Yəni bunlar insan sağlamlığını yaxşılaşdıran fizioloji faydalı qida maddələri ilə zənginləşdirilmiş məhsullardır. Həmin məhsulların tərkibində vitamin və minerallarla yanaşı, lif, doymamış yağ turşuları olan lipidlər, canlı laktik turşu bakteriyalarının faydalı növləri, xüsusən də bifidobakteriyalar və onların qidalanması üçün lazım olan oliqosakkaridlər var.Zənginləşdirilən qida məhsullarına əsasən buğda və qarğıdalı unu, şəkər, duz, bitki yağları, düyü və digərlərini misal göstərmək olar. Ən çox zənginləşdirilən qida məhsulları arasında buğda unu xüsusilə seçilir. Unun zənginləşdirilməsi, yəni mikronutriyentlərin kiçik miqdarının həmin məhsula əlavə olunması zəruri qida maddələri çatışmazlığının aradan qaldırılmasında düzgün yanaşma üsulu hesab olunur. Unun zənginləşdirilməsi onun emalı zamanı itirilmiş komponentlərin bərpa olunmasını təmin edir. Zənginləşdirilmiş unun istifadəsi orqanizmə mənfi təsir göstərmir.İnsanın gündəlik qəbul etdiyi qidalar arasında un məmulatlarının xüsusi yer tutması onun keyfiyyətinin, qidalılıq dəyərinin və çeşidlərinin artırılmasını tələb edir. Un məmulatlarının keyfiyyəti və istehlak xüsusiyyəti onların bişirilməsindən asılı olaraq dəyişir. Qida sənayesində xəmirdən hazırlanan məmulatların keyfiyyətinin yüksəldilməsi zamanı istifadə olunan oksidləşdiricilərin, fermentativ preparatların və səthi-aktiv maddələrin tətbiqi xüsusilə nəzərə alınmalıdır. Tətbiq olunan yaxşılaşdırıcılar orqanizmə zərər yetirmədən hazır məhsulun keyfiyyətini yüksəltməli, eləcə də iqtisadi baxımdan əlverişli olmalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443965377_171:0:2902:2048_1920x0_80_0_0_13e08dbbbee7c50b1dd0c5a82788ef62.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qida, qida təhlükəsizliyi agentliyi
qida, qida təhlükəsizliyi agentliyi
Qidaların zənginləşdirilməsinin insan orqanizmi üçün faydası
Texnoloji emal prosesi nəticəsində qida məhsulları faydalı xüsusiyyətlərinin bir qismini itirir.
BAKI, 2 yanvar - Sputnik. Düzgün və balanslı qidalanma insan sağlamlığının başlıca meyarlarından biridir. Orqanizm funksiyasını normal yerinə yetirməsi üçün lazım olan enerjini zəruri mikro və makroelementlərlə zəngin qidalar vasitəsilə almalıdır. Keyfiyyətli qidalanma orqanizmin normal böyümə və inkişafını, eləcə də xəstəliklərdən və ətraf mühitin digər xoşagəlməz amillərindən qorunmasını təmin edir. Həmçinin bu amil genofondun qorunması baxımından mühüm əhəmiyyətə malikdir.
Bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamentinin mütəxəssislərinin hazırladıqları elmi məqalədə bəhs olunur.
Tədqiqatlara əsasən, insan orqanizmi qida məhsullarının tərkibində mövcud olan və mikronutriyentlər kimi tanınan əvəzolunmaz qida maddələrini sintez etmək xüsusiyyətinə malik deyil. Son zamanlar isə ekoloji mühitin çirklənməsi qida məhsullarının tərkibinin və keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Buna görə də müasir dövrdə mikronutriyentlərə tələbat daha çoxdur. Orqanizm həmin maddələri ehtiyat şəklində toplaya bilmədiyi üçün onlar qida ilə mütəmadi olaraq qəbul edilməlidir.
Elmi araşdırmalar göstərir ki, insanlarda C, B1, B2, B3, B6, B9 və D vitaminlərinin çatışmazlığı ilə yanaşı, dəmir defisiti də çox müşahidə edilir. Dünyada ən çox rast gəlinən anemiya forması da məhz dəmir defisitli anemiyadır və qadınlar, uşaqlar və yeniyetmələr ondan daha çox əziyyət çəkir. Dəmir çatışmazlığından yaranan qanazlığının qarşısının alınması üçün qanda dəmirin səviyyəsinin yüksəldilməsi tövsiyə olunur.
Nəzərə almaq lazımdır ki, texnoloji emal prosesi nəticəsində qida məhsulları faydalı xüsusiyyətlərinin bir qismini itirir. Odur ki, insan sağlamlığının təmin olunmasında gündəlik istehlak edilən qida məhsullarının zəruri komponentlərlə zənginləşdirilməsi səmərəli çıxış yolu sayılır.
Zənginləşdirilmiş qidalar orqanizmdə müəyyən qida maddələrinin çatışmazlığının qarşısının alınması və ya bərpa edilməsi üçün bir və ya bir neçə fizioloji funksional inqrediyentin əlavə olunduğu ənənəvi qidalardır. Zənginləşdirilmiş qida növlərinə vitaminlər və minerallarla, zülalla, qida lifi və probiotik mikroorqanizmlərlə zənginləşdirilmiş məhsullar daxildir. Vitamin və minerallarla zənginləşdirilmiş qida məhsulları funksional qidaların böyük bir qrupuna daxildir. Yəni bunlar insan sağlamlığını yaxşılaşdıran fizioloji faydalı qida maddələri ilə zənginləşdirilmiş məhsullardır. Həmin məhsulların tərkibində vitamin və minerallarla yanaşı, lif, doymamış yağ turşuları olan lipidlər, canlı laktik turşu bakteriyalarının faydalı növləri, xüsusən də bifidobakteriyalar və onların qidalanması üçün lazım olan oliqosakkaridlər var.
Zənginləşdirilən qida məhsullarına əsasən buğda və qarğıdalı unu, şəkər, duz, bitki yağları, düyü və digərlərini misal göstərmək olar. Ən çox zənginləşdirilən qida məhsulları arasında buğda unu xüsusilə seçilir. Unun zənginləşdirilməsi, yəni mikronutriyentlərin kiçik miqdarının həmin məhsula əlavə olunması zəruri qida maddələri çatışmazlığının aradan qaldırılmasında düzgün yanaşma üsulu hesab olunur. Unun zənginləşdirilməsi onun emalı zamanı itirilmiş komponentlərin bərpa olunmasını təmin edir. Zənginləşdirilmiş unun istifadəsi orqanizmə mənfi təsir göstərmir.
İnsanın gündəlik qəbul etdiyi qidalar arasında un məmulatlarının xüsusi yer tutması onun keyfiyyətinin, qidalılıq dəyərinin və çeşidlərinin artırılmasını tələb edir. Un məmulatlarının keyfiyyəti və istehlak xüsusiyyəti onların bişirilməsindən asılı olaraq dəyişir. Qida sənayesində xəmirdən hazırlanan məmulatların keyfiyyətinin yüksəldilməsi zamanı istifadə olunan oksidləşdiricilərin, fermentativ preparatların və səthi-aktiv maddələrin tətbiqi xüsusilə nəzərə alınmalıdır. Tətbiq olunan yaxşılaşdırıcılar orqanizmə zərər yetirmədən hazır məhsulun keyfiyyətini yüksəltməli, eləcə də iqtisadi baxımdan əlverişli olmalıdır.