Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Zakir Həsənov Quru Qoşunlarının qərargahında olub

© AR Ministry of DefenceMüdafiə naziri general-polkovnik Zakir Həsənov Quru Qoşunlarının qərargahında
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Quru Qoşunlarının qərargahında - Sputnik Azərbaycan, 1920, 03.01.2023
Abunə olmaq
Quru Qoşunlarının döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı göstərişlər verilib.
BAKI, 3 yanvar - Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən yanvarın 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Quru Qoşunlarının qərargahında olub. Bu barədə Müdafiə nazirliyi məlumat yayıb.
© AR Ministry of DefenceЗакир Гасанов посетил штаб Сухопутных войск
Закир Гасанов посетил штаб Сухопутных войск - Sputnik Azərbaycan, 1920, 03.01.2023
Закир Гасанов посетил штаб Сухопутных войск

General-polkovnik Z.Həsənov Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib, xidməti-döyüş fəaliyyətinə dair müvafiq göstərişlər verib.
Sonra Quru Qoşunlarının idarə heyəti ilə keçirilən xidməti müşavirədə görülən işlərin təhlili aparılıb, döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı göstərişlər verilib.
© AR Ministry of DefenceMüdafiə naziri general-polkovnik Zakir Həsənov Quru Qoşunlarının qərargahında
Закир Гасанов посетил штаб Сухопутных войск - Sputnik Azərbaycan, 1920, 03.01.2023
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Quru Qoşunlarının qərargahında

General-polkovnik Z.Həsənov Ali Baş Komandanın Azərbaycan Ordusunun qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə komandir-rəis heyətinin diqqətinə çatdırıb.
Müşavirə iştirakçılarına 2023-cü ildə xidmətlərində uğurlar arzulayıb.
Xəbər lenti
0