https://sputnik.az/20230102/turk-dunyasini-valeh-eden-agdamli-musiqi-muellimi-polad-hesimovun-esgeri-olub-450227386.html
Türk dünyasını valeh edən ağdamlı musiqi müəllimi Polad Həşimovun əsgəri olub
Türk dünyasını valeh edən ağdamlı musiqi müəllimi Polad Həşimovun əsgəri olub
Sputnik Azərbaycan
İctimaiyyət Habil Məmmədovu sosial şəbəkələrdən, öz şagirdlər ilə birgə gözəl ifaları sayəsində tanıyıb. Ağdamlı musiqi müəlliminin Sputnik Azərbaycan-a... 02.01.2023, Sputnik Azərbaycan
2023-01-02T09:01+0400
2023-01-02T09:01+0400
2023-01-02T09:01+0400
qarabağ
mədəniyyət
ağdam
musiqi
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1e/450226708_0:150:1600:1050_1920x0_80_0_0_9cc6eedab800be522f9dd62f62822f2a.jpg
BAKI, 2 yanvar — Sputnik. Habil Məmmədov Ağdam rayonunun Hacıməmmədli kəndində doğulub. On ildən artıqdır ki, Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbində səs müəllimi olaraq çalışır. O, solo fəaliyyətlə də məşğul olur. Amma geniş ictimaiyyət onu sosial şəbəkələrdə öz şagirdlərilə birgə gözəl ifaları sayəsində tanıyıb. Onların ifaları indi təkcə Azərbaycandan olan izləyicilərin deyil, xarici ölkələrdə yaşayan insanların da diqqətini cəlb edib. Azyaşlı şagirdləriylə bir-birindən maraqlı ifalar səsləndirən, milli musiqimizi həm onlara öyrədib, həm də çəkdiyi videolar sayəsində sosial şəbəkələrdə təbliğ edən Habil müəllimlə həmsöhbət olduq. - Neçə müddətdir ki, sizin çəkdiyiniz videoları təkcə azərbaycanlılar yox, digər ölkələrdən, xüsusən də Türkiyədən olan izləyicilər həvəslə paylaşırlar. Yeni başlayanda bu qədər seviləcəyinizi düşünürdünüzmü? - Biz bu videoları 7 il əvvəl çəkmişdik. Amma son 3 ildə paylaşmağa başladıq. Son bir aydır ki, Türkiyədə və digər xarici ölkələrdə geniş yayılıb. O vaxtlar bu qədər insanların diqqətini cəlb edəcəyimizi ağlımdan keçirmirdim. İnanmırdım ki, belə tanınarıq. - Sizin tələblərinizi "Qarabağ bülbülləri"nə bənzədirlər. Siz belə bir qrup yaratmağı düşünürsünüzmü? - Mən "Qarabağ bülbülləri"nin üzvü olmuşam. Bizi də hər kəs həmin ansanblın davamçıları kimi təqdim etdi. Amma bunu istəməzdim. Çünki, əfsanəvi "Qarabağ bülbülləri" ansamblını Murad Rzayev yaradıb. Onun zəhmətinin bəhrəsidir. Amma həmin ansamblın bədii rəhbəri Murad Rzayev bunu çox xoş qarşıladı. Mənə dedi ki, bu missiya sənə düşür. Sən bu işi davam etdir. - Həmişə deyirlər ki, Qarabağın suyunu içən hər kəsin məlahətli səsi olur. Amma işğaldan sonra Qarabağ camaatı müxtəlif bölgələrə məcburi köçkün kimi sığındılar və o səslər sanki yoxa çıxdı. İndi Qarabağ işğaldan azad edilib. Necə düşünürsünüz, Qarabağdan yenə həmin səsləri eşidə biləcəyikmi? - Əlbəttə ki, Qarabağın havası, suyu, oradakı mühitin çox böyük təsiri var idi. Qarabağdan çıxan səslər başqa yerlərdə nadirən tapılır. Qarabağın işğal olunması sözsüz ki, musiqimizə də təsirsiz ötüşmədi. Buna baxmayaraq, Qarabağdan çıxan insanların genlərində bu istedad var. Onlar hara da getsələr, sənəti yaşadacaqlar. Çox şükür ki, doğma torpaqlarımız artıq bizdədir. O insanlar Qarabağa qayıtdıqdan sonra əvvəlki vaxtlarda olduğu kimi yenə də Qarabağ Azərbaycanın musiqi mərkəzi olacaq. - Tələbələri özünüz seçirsiniz, yoxsa, valideynlər sizə övladlarını təqdim edirlər? - Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinə hər il valideynlər öz uşaqlarını gətirirlər. Biz onları yoxlayırıq, sonra qəbul edirik. Elə uşaq var ki, onun istedadını həmin an duymaq olur. Amma elə uşaq da var ki, o özünü bir ilə göstərə bilir. Şagirlərimizin içində müsabiqələrdə uğur qazananlar çoxdur. Məsələn, bu il VIII "Muğam" Televiziya Müsabiqəsinin ikincisi olan Fatimə Kərimova bizim tələbəmiz olub. - Ağdam Gülablı kənd məktəbi doğma yurdun azad edilməsi barədə xəbəri necə qarşıladı? - Çox böyük sevinc və qürurla. Eyni zamanda, unutmuruq ki, torpaqlarımızı üç minə yaxın şəhidimizin canı, qanı bahasına aldıq. Milli Qəhrəman Polad Həşimov hərbi xidmətdə komandirim olub. Biz vətənpərvərliyi həm də ondan öyrənmişik. Allah ona və bütün şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bu gün torpaqlarımız azaddır. Texnika nə qədər güclü olsa da, əsas qüvvə insandır. Mən də könüllü müraciət etmişdim və öz növbəmi gözləyirdim, amma çağırmadılar. Şükür ki, müharibə də məhz insanımızın əzmi, qəhrəmanlığı sayəsində tez və qələbəylə bitdi. Kəndimiz işğal olunmasa da, bizə yaxın kəndlər işğalda idi. Uşaq vaxtı orda erməniləri görürdük, ürəyimiz partlayırdı ki, öz torpaqlarımıza niyə gedə bilmirik? Gözümüzün qabağında sökürdülər oraları, nəsə edə bilmirdik. Çox ağır günlər idi. İndi isə böyük intizarla Gülablı məktəbinin öz yurduna qovuşacağı, bizim də o torpaqlarda yeni xanəndələr yetişdirəcəyimiz günü gözləyirik. İnşallah, həyat bərpa olunandan sonra fəaliyyətimizə orda davam edəcəyik. İçimizdə bu ruh, bu mədəniyyət, bu milli təəssübkeşlik varkən, bizə kimsə qalib gələ bilməz. - "Mən mahnı qoşuram" filminə yəqin ki, baxmısınız. Oradakı "Sona" obrazını Azərbaycan qızlarının ümumiləşdirilmiş obrazı hesab etmək olar. Azərbaycanda elə qızlar olub ki, mükəmməl səslərinin olmasına baxmayaraq, valideynləri onlara səhnəyə çıxmağı qadağan edib. Sizin qarşısınıza Xudayar kişi obrazındakı kimi valideynlər çıxıbmı ki, övladının mükəmmlə səsi olsun, amma oxumağa icazə verməsinlər? - Buna bənzər hadisə olub. Amma o qız deyildi, oğlan idi. Biz çox istəyirdik ki, o oxusun. Çox mükəmməl səsi var idi. Amma ailəsi icazə vermədi. Hansı səbəbdən olduğunu deyə bilmərəm. Halbuki həmin uşağın ailəsində, qohumlarında musiqiçilər var idi. Lakin o oğlana icazə vermədilər. - Bu gün musiqiçilərin əsas qazanc mənbəyi toylardır. Siz toylara gedirsinizmi? - Yox, biz toylara getmirik. Çünki, toylarda bizi dinləyən çox az olacaq. Ona görə də getmirik. Bizim ifa etdiyimiz musiqilər klassik əsərlərdir. O əsərləri də toylarda dinləməyəcəklər. Hərdən balaca məclislər olur, ora dəvət alırıq. Türkiyədən bu ilin may ayında İzmir şəhərinə dəvət aldıq. Konsert etməyi düşünürük. Amma bunun üçün məkan lazımdır. Muğam mərkəzində konsert verməyi düşünürük.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1e/450226708_0:0:1600:1200_1920x0_80_0_0_17f4d1b07a0582907e8a959a774b261a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, ağdam, musiqi, qarabağ
qarabağ, ağdam, musiqi, qarabağ
Türk dünyasını valeh edən ağdamlı musiqi müəllimi Polad Həşimovun əsgəri olub
İctimaiyyət Habil Məmmədovu sosial şəbəkələrdən, öz şagirdlər ilə birgə gözəl ifaları sayəsində tanıyıb. Ağdamlı musiqi müəlliminin Sputnik Azərbaycan-a müsahibəsini təqdim edirik.
BAKI, 2 yanvar — Sputnik. Habil Məmmədov Ağdam rayonunun Hacıməmmədli kəndində doğulub. On ildən artıqdır ki, Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbində səs müəllimi olaraq çalışır. O, solo fəaliyyətlə də məşğul olur. Amma geniş ictimaiyyət onu sosial şəbəkələrdə öz şagirdlərilə birgə gözəl ifaları sayəsində tanıyıb. Onların ifaları indi təkcə Azərbaycandan olan izləyicilərin deyil, xarici ölkələrdə yaşayan insanların da diqqətini cəlb edib. Azyaşlı şagirdləriylə bir-birindən maraqlı ifalar səsləndirən, milli musiqimizi həm onlara öyrədib, həm də çəkdiyi videolar sayəsində sosial şəbəkələrdə təbliğ edən Habil müəllimlə həmsöhbət olduq.
- Neçə müddətdir ki, sizin çəkdiyiniz videoları təkcə azərbaycanlılar yox, digər ölkələrdən, xüsusən də Türkiyədən olan izləyicilər həvəslə paylaşırlar. Yeni başlayanda bu qədər seviləcəyinizi düşünürdünüzmü?
- Biz bu videoları 7 il əvvəl çəkmişdik. Amma son 3 ildə paylaşmağa başladıq. Son bir aydır ki, Türkiyədə və digər xarici ölkələrdə geniş yayılıb. O vaxtlar bu qədər insanların diqqətini cəlb edəcəyimizi ağlımdan keçirmirdim. İnanmırdım ki, belə tanınarıq.
- Sizin tələblərinizi "Qarabağ bülbülləri"nə bənzədirlər. Siz belə bir qrup yaratmağı düşünürsünüzmü?
- Mən "Qarabağ bülbülləri"nin üzvü olmuşam. Bizi də hər kəs həmin ansanblın davamçıları kimi təqdim etdi. Amma bunu istəməzdim. Çünki, əfsanəvi "Qarabağ bülbülləri" ansamblını Murad Rzayev yaradıb. Onun zəhmətinin bəhrəsidir. Amma həmin ansamblın bədii rəhbəri Murad Rzayev bunu çox xoş qarşıladı. Mənə dedi ki, bu missiya sənə düşür. Sən bu işi davam etdir.
- Həmişə deyirlər ki, Qarabağın suyunu içən hər kəsin məlahətli səsi olur. Amma işğaldan sonra Qarabağ camaatı müxtəlif bölgələrə məcburi köçkün kimi sığındılar və o səslər sanki yoxa çıxdı. İndi Qarabağ işğaldan azad edilib. Necə düşünürsünüz, Qarabağdan yenə həmin səsləri eşidə biləcəyikmi?
- Əlbəttə ki, Qarabağın havası, suyu, oradakı mühitin çox böyük təsiri var idi. Qarabağdan çıxan səslər başqa yerlərdə nadirən tapılır. Qarabağın işğal olunması sözsüz ki, musiqimizə də təsirsiz ötüşmədi. Buna baxmayaraq, Qarabağdan çıxan insanların genlərində bu istedad var. Onlar hara da getsələr, sənəti yaşadacaqlar. Çox şükür ki, doğma torpaqlarımız artıq bizdədir. O insanlar Qarabağa qayıtdıqdan sonra əvvəlki vaxtlarda olduğu kimi yenə də Qarabağ Azərbaycanın musiqi mərkəzi olacaq.
- Tələbələri özünüz seçirsiniz, yoxsa, valideynlər sizə övladlarını təqdim edirlər?
- Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinə hər il valideynlər öz uşaqlarını gətirirlər. Biz onları yoxlayırıq, sonra qəbul edirik. Elə uşaq var ki, onun istedadını həmin an duymaq olur. Amma elə uşaq da var ki, o özünü bir ilə göstərə bilir. Şagirlərimizin içində müsabiqələrdə uğur qazananlar çoxdur. Məsələn, bu il VIII "Muğam" Televiziya Müsabiqəsinin ikincisi olan Fatimə Kərimova bizim tələbəmiz olub.
- Ağdam Gülablı kənd məktəbi doğma yurdun azad edilməsi barədə xəbəri necə qarşıladı?
- Çox böyük sevinc və qürurla. Eyni zamanda, unutmuruq ki, torpaqlarımızı üç minə yaxın şəhidimizin canı, qanı bahasına aldıq. Milli Qəhrəman Polad Həşimov hərbi xidmətdə komandirim olub. Biz vətənpərvərliyi həm də ondan öyrənmişik. Allah ona və bütün şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bu gün torpaqlarımız azaddır. Texnika nə qədər güclü olsa da, əsas qüvvə insandır. Mən də könüllü müraciət etmişdim və öz növbəmi gözləyirdim, amma çağırmadılar. Şükür ki, müharibə də məhz insanımızın əzmi, qəhrəmanlığı sayəsində tez və qələbəylə bitdi. Kəndimiz işğal olunmasa da, bizə yaxın kəndlər işğalda idi. Uşaq vaxtı orda erməniləri görürdük, ürəyimiz partlayırdı ki, öz torpaqlarımıza niyə gedə bilmirik? Gözümüzün qabağında sökürdülər oraları, nəsə edə bilmirdik. Çox ağır günlər idi. İndi isə böyük intizarla Gülablı məktəbinin öz yurduna qovuşacağı, bizim də o torpaqlarda yeni xanəndələr yetişdirəcəyimiz günü gözləyirik. İnşallah, həyat bərpa olunandan sonra fəaliyyətimizə orda davam edəcəyik. İçimizdə bu ruh, bu mədəniyyət, bu milli təəssübkeşlik varkən, bizə kimsə qalib gələ bilməz.
- "Mən mahnı qoşuram" filminə yəqin ki, baxmısınız. Oradakı "Sona" obrazını Azərbaycan qızlarının ümumiləşdirilmiş obrazı hesab etmək olar. Azərbaycanda elə qızlar olub ki, mükəmməl səslərinin olmasına baxmayaraq, valideynləri onlara səhnəyə çıxmağı qadağan edib. Sizin qarşısınıza Xudayar kişi obrazındakı kimi valideynlər çıxıbmı ki, övladının mükəmmlə səsi olsun, amma oxumağa icazə verməsinlər?
- Buna bənzər hadisə olub. Amma o qız deyildi, oğlan idi. Biz çox istəyirdik ki, o oxusun. Çox mükəmməl səsi var idi. Amma ailəsi icazə vermədi. Hansı səbəbdən olduğunu deyə bilmərəm. Halbuki həmin uşağın ailəsində, qohumlarında musiqiçilər var idi. Lakin o oğlana icazə vermədilər.
- Bu gün musiqiçilərin əsas qazanc mənbəyi toylardır. Siz toylara gedirsinizmi?
- Yox, biz toylara getmirik. Çünki, toylarda bizi dinləyən çox az olacaq. Ona görə də getmirik. Bizim ifa etdiyimiz musiqilər klassik əsərlərdir. O əsərləri də toylarda dinləməyəcəklər. Hərdən balaca məclislər olur, ora dəvət alırıq. Türkiyədən bu ilin may ayında İzmir şəhərinə dəvət aldıq. Konsert etməyi düşünürük. Amma bunun üçün məkan lazımdır. Muğam mərkəzində konsert verməyi düşünürük.