https://sputnik.az/20230102/raqin-neftden-gelirleri-azalib---resm-450304219.html
İraqın neftdən gəlirləri azalıb - RƏSMİ
İraqın neftdən gəlirləri azalıb - RƏSMİ
Sputnik Azərbaycan
Noyabr ayında gəlirlər qismən ixracın azalması səbəbindən 8,2 milyard dollara qədər geriləyib. 02.01.2023, Sputnik Azərbaycan
2023-01-02T23:20+0400
2023-01-02T23:20+0400
2023-01-02T23:54+0400
neft-qaz
iran
neft
gəlir
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450242588_0:160:3072:1888_1920x0_80_0_0_5667a5822f8e88a03075632e6b345a9d.jpg
BAKI, 2 yanvar - Sputnik. İraqın Dövlət Neft Marketinq Təşkilatının (SOMO) açıqladığı statistikaya görə, İraqın neft ixracından əldə etdiyi gəlir noyabrda 8,2 milyard dollardan dekabrda 7,6 milyard dollara düşüb."SOMO-nun ilkin statistikasına əsasən, dekabrda xam neftin ümumi ixracı 103 milyon 281 min 459 barel təşkil edib... Gəlirlər 7,606 milyard dollara çatıb", - İraq Neft Nazirliyinin mətbuat xidmətindən RİA Novosti-yə daxil olan bəyanatda deyilir.Açıqlamaya görə, hesabat dövründə neftin orta qiyməti 73,6 dollar/barel təşkil edib. Noyabrda İraq orta hesabla 82,4 dollar/barel qiymətlə təxminən 99,8 milyon barel neft ixrac edib.Bu ilin may ayında neft ixracı İraqa 50 il ərzində rekord məbləğ - 11,477 milyard dollar, bir barelinin orta dəyəri 112,19 dollar gətirdi. Lakin may-sentyabr aylarında aylıq gəlirlər tədricən azalaraq 98,7 milyon barel ixrac üzrə 8,8 milyard dollara düşüb. Oktyabrda neft ixracı gəlirləri təxminən 9,26 milyard dollar olub, beləliklə, yaydakı enişlər seriyasını qırıb.Noyabr ayında isə gəlirlər qismən ixracın azalması səbəbindən 8,2 milyard dollara qədər geriləyib.SOMO-nun icraçı direktoru Saadoun Mohsen noyabrın sonunda İraqın 2023-cü ilin ikinci yarısında neft ixracını sutkada 3,3 milyon bareldən 3,6 milyona çatdırmaq niyyətində olduğunu bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450242588_171:0:2902:2048_1920x0_80_0_0_c369fc7c9cd2b25eeeb926fa6d30f505.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, neft, gəlir
İraqın neftdən gəlirləri azalıb - RƏSMİ
23:20 02.01.2023 (Yenilənib: 23:54 02.01.2023) Noyabr ayında gəlirlər qismən ixracın azalması səbəbindən 8,2 milyard dollara qədər geriləyib.
BAKI, 2 yanvar - Sputnik. İraqın Dövlət Neft Marketinq Təşkilatının (SOMO) açıqladığı statistikaya görə, İraqın neft ixracından əldə etdiyi gəlir noyabrda 8,2 milyard dollardan dekabrda 7,6 milyard dollara düşüb.
"SOMO-nun ilkin statistikasına əsasən, dekabrda xam neftin ümumi ixracı 103 milyon 281 min 459 barel təşkil edib... Gəlirlər 7,606 milyard dollara çatıb", - İraq Neft Nazirliyinin mətbuat xidmətindən RİA Novosti-yə daxil olan bəyanatda deyilir.
Açıqlamaya görə, hesabat dövründə neftin orta qiyməti 73,6 dollar/barel təşkil edib. Noyabrda İraq orta hesabla 82,4 dollar/barel qiymətlə təxminən 99,8 milyon barel neft ixrac edib.
Bu ilin may ayında neft ixracı İraqa 50 il ərzində rekord məbləğ - 11,477 milyard dollar, bir barelinin orta dəyəri 112,19 dollar gətirdi. Lakin may-sentyabr aylarında aylıq gəlirlər tədricən azalaraq 98,7 milyon barel ixrac üzrə 8,8 milyard dollara düşüb. Oktyabrda neft ixracı gəlirləri təxminən 9,26 milyard dollar olub, beləliklə, yaydakı enişlər seriyasını qırıb.
Noyabr ayında isə gəlirlər qismən ixracın azalması səbəbindən 8,2 milyard dollara qədər geriləyib.
SOMO-nun icraçı direktoru Saadoun Mohsen noyabrın sonunda İraqın 2023-cü ilin ikinci yarısında neft ixracını sutkada 3,3 milyon bareldən 3,6 milyona çatdırmaq niyyətində olduğunu bildirib.