https://sputnik.az/20230102/kim-cen-in-qizi-ile-raket-anbarina-baxis-kecirib-450289074.html
Kim Çen In qızı ilə raket anbarına baxış keçirib
Kim Çen In qızı ilə raket anbarına baxış keçirib
Sputnik Azərbaycan
Partiyanın dekabrın 26-dan 31-dək keçirilən altıncı plenumu ilə bağlı süjetdə Kim Çen Inın qızı ilə çəkilmiş kadrlar izahat verilmədən televiziyada nümayiş... 02.01.2023, Sputnik Azərbaycan
2023-01-02T13:41+0400
2023-01-02T13:41+0400
2023-01-02T14:26+0400
kim çen in
şimali koreya lideri kim çen in
kim çem in
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1c/444459904_0:206:2500:1612_1920x0_80_0_0_576cc01ae48f38b11d112bc368a588e2.jpg
BAKI, 2 yanvar - Sputnik. Şimali Koreya lideri Kim Çen In qızı ilə birlikdə taktiki nüvə yükü daşıya bilən KN-23 raketləri və orta mənzilli Hvason-12 ballistik raketləri olan anbara baxış keçirib. Bu barədə Renhap agentliyi KXDR Mərkəzi Dövlət Televiziyasına istinadən xəbər verir.Agentliyin məlumatına görə, Şimali Koreya televiziyası Kim Çen Inın yeri göstərilməyən raket anbarına baxış keçirərkən onun qara paltolu qızın qolundan tutaraq yeridiyini əks etdirən fotolar dərc edib. Fotoşəkillərin birində 10-a yaxın “Hvason-12” raketini, digərində isə Rusiyanın “İsgəndər” raketlərinin analoqu adlandırılan KN-23 raketləri üçün 10-a yaxın mobil buraxılış qurğusunu yoxlayırlar.Dəqiqləşdirilir ki, partiyanın dekabrın 26-dan 31-dək keçirilən altıncı plenumu ilə bağlı süjetdə Kim Çen Inın qızı ilə çəkilmiş kadrlar izahat verilmədən televiziyada nümayiş etdirilib.Agentlik uşağın doğulmasının “Şimali Koreyalıların gələcək nəslini” simvolizə etdiyini güman edir və “gələcək nəsilləri qorumaq üçün alət” kimi KXDR üçün nüvə silahına ehtiyac olduğunu vurğulayır. Agentliyin ekspertləri hesab edirlər ki, belə bir addım Şimali Koreyalıları sakitləşdirməli və nüvə silahının “legitimliyini” göstərməlidir.Şimali Koreya liderinin qızı üçüncü dəfədir ki, ictimaiyyət qarşısına çıxır. Kim Çen In ilk dəfə "sevimli qızı"nı həyat yoldaşı Ri Sol Ju ilə birlikdə noyabrın 18-də "Hvason-17" qitələrarası ballistik raketinin buraxılışını izləyərkən ictimaiyyətə göstərib.Daha sonra o və qızı QBR-nin uğurla sınaqdan çıxarılmasına töhfə verən heyətlə şəkil çəkdiriblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1c/444459904_279:0:2500:1666_1920x0_80_0_0_fbaeadd1a04d7030f0905fc0a8d18337.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kim çen in, şimali koreya lideri kim çen in, kim çem in
kim çen in, şimali koreya lideri kim çen in, kim çem in
Kim Çen In qızı ilə raket anbarına baxış keçirib
13:41 02.01.2023 (Yenilənib: 14:26 02.01.2023) Partiyanın dekabrın 26-dan 31-dək keçirilən altıncı plenumu ilə bağlı süjetdə Kim Çen Inın qızı ilə çəkilmiş kadrlar izahat verilmədən televiziyada nümayiş etdirilib.
BAKI, 2 yanvar - Sputnik. Şimali Koreya lideri Kim Çen In qızı ilə birlikdə taktiki nüvə yükü daşıya bilən KN-23 raketləri və orta mənzilli Hvason-12 ballistik raketləri olan anbara baxış keçirib. Bu barədə Renhap agentliyi KXDR Mərkəzi Dövlət Televiziyasına istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Şimali Koreya televiziyası Kim Çen Inın yeri göstərilməyən raket anbarına baxış keçirərkən onun qara paltolu qızın qolundan tutaraq yeridiyini əks etdirən fotolar dərc edib. Fotoşəkillərin birində 10-a yaxın “Hvason-12” raketini, digərində isə Rusiyanın “İsgəndər” raketlərinin analoqu adlandırılan KN-23 raketləri üçün 10-a yaxın mobil buraxılış qurğusunu yoxlayırlar.
Dəqiqləşdirilir ki, partiyanın dekabrın 26-dan 31-dək keçirilən altıncı plenumu ilə bağlı süjetdə Kim Çen Inın qızı ilə çəkilmiş kadrlar izahat verilmədən televiziyada nümayiş etdirilib.
Agentlik uşağın doğulmasının “Şimali Koreyalıların gələcək nəslini” simvolizə etdiyini güman edir və “gələcək nəsilləri qorumaq üçün alət” kimi KXDR üçün nüvə silahına ehtiyac olduğunu vurğulayır. Agentliyin ekspertləri hesab edirlər ki, belə bir addım Şimali Koreyalıları sakitləşdirməli və nüvə silahının “legitimliyini” göstərməlidir.
Şimali Koreya liderinin qızı üçüncü dəfədir ki, ictimaiyyət qarşısına çıxır. Kim Çen In ilk dəfə "sevimli qızı"nı həyat yoldaşı Ri Sol Ju ilə birlikdə noyabrın 18-də "Hvason-17" qitələrarası ballistik raketinin buraxılışını izləyərkən ictimaiyyətə göstərib.
Daha sonra o və qızı QBR-nin uğurla sınaqdan çıxarılmasına töhfə verən heyətlə şəkil çəkdiriblər.