CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni ildə balacaları sevindirmək neçəyə başa gəlib?

© AFP 2023 / LEON NEALKloun, arxiv şəkli
Kloun, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.01.2023
Abunə olmaq
Bakıda uşaqlar üçün maraqlı Yeni il proqramları tərtib edilib. Sputnik Azərbaycan yanvarın ilk ongünlüyünə qədər davam edəcək şouların məkan və qiymətlərini təqdim edir.
BAKI, 1 yanvar — Sputnik. Hər il olduğu kimi yeni ilin gəlişini səbrisizliklə gözləyən uşaqlar üçün paytaxtın müxtəlif məkanlarında əyləncələr təşkil olunub. Bəs görəsən, bayrama rəng qatmaq üçün təşkil olununan əyləncə mərkəzlərində qiymətlər neçədən başlayır? Sputnik Azərbaycan paytaxtdakı əyləncə məkanlarının qiymətlərini sizə təqdim edir.
Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda baş tutacaq bayram şousunun qiyməti (Новогоднее Световое Шоу (0+) ) 10 - 40 manat arasında dəyişir.
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı da uşaqlara bayram əyləncəsi təqdim edir: "Qar Kraliçası və 7 Gözəl" musiqili teatr tamaşasına baxmaq istəyənlər üçün qiymətlər 10 -25 manat arasında dəyişir.
"Güzgülər dünyası" adlı sirk proqramında beynəlxalq sirk ustalarının macərə dolu çıxışları balaca tamaşaçıları gözləyir. Şounun hekayəsində şər qüvvələri ilə xeyirxah şahzadənin mübarizəsindən bəhs olunur. Müasir dünya sirkinə keçid etməyi qarşısına hədəf qoyan Bakı Dövlət Sirkində keçiriləcək bu ilki yeni il şousunda hava gimnastlarının baş gicəlləndirən çıxışını, klounlarların yumor dolu jestlərini, balet şousunu, transformasiya illüziyası kimi digər nömrələri seyr edə biləcəksiniz. Yeni il proqramı dekabr ayının 17-də start götürüb və yanvar ayının 8-nə kimi davam edəcək. Proqramın təşkilatçısı sirk kateqoriyasıda "OSCAR" mükafatına layiq görülmüş ilk azərbaycanlı Allahverdi İsrafilovdur.
"Studyland"də (Studyland, Renessans Palace) yeni il şənliyi isə dekabrın 18-dən başlayıb. Qiymətlərə gəldikdə isə 50 - 60 manat arasında dəyişir.
Akademik Rus Dram Teatrı da balaca tamaşaçılarını qarşılamağa hazırdır. Dekabrın 18-dən başlayan tamaşaların qiyməti 5 - 35 manat arası dəyişir. Bu teatrda balacalar üçün proqram yanvar ayının 3-də başa çatacaq.
Azərbaycan Dövlət Uşaq Filarmoniyası "Sirli Sandıq" tamaşasını təqdim edib. Tamaşaların qiyməti 10 manatdan başlayır.
Bakı Konqres Mərkəzi isə ailəvi meqaşouya dəvət edir. "Şaxta babanın sirri" adlı şou dekabrın 24-dən başlayıb. Şou yanvarın 4-ünə qədər davam edir. Qiymətlər isə 6 manatdan başlayır.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında isə "Qar kraliçasının yeni il sərgüzəştləri" adlı tamaşaları 26 dekabrdan 31 dekabra qədər davam edib. Biletin qiyməti isə 3 manat olub.
Xəbər lenti
0