https://sputnik.az/20230101/olkemizde-konserti-legv-olunan-ecnebi-ulduzlar-hansilardir-450240575.html
Ölkəmizdə konserti ləğv olunan əcnəbi ulduzlar hansılardır?
Ölkəmizdə konserti ləğv olunan əcnəbi ulduzlar hansılardır?
Sputnik Azərbaycan
Yola saldığımız ildə dünyanın müxtəlif ölklərindən xeyli sayda məşhur Azərbaycana təşrif buyurdu. Buna baxmayaraq, konserti baş tutmayan, sevənlərini gözü... 01.01.2023, Sputnik Azərbaycan
2023-01-01T13:27+0400
2023-01-01T13:27+0400
2023-01-01T13:27+0400
konsert
mədəniyyət
bülənt ərsoy
pandemiya
https://cdnn1.img.sputnik.az/img/07e6/09/13/446228896_0:190:1366:958_1920x0_80_0_0_50302768d7365f9d606bc16dd0ff2212.jpg
BAKI, 1 yanvar — Sputnik. 2022-ci ildə ölkəmizdə xeyli sayda mədəniyyət hadisələri baş tutdu. Dünyanın müxtəlif ölklərindən xeyli sayda məşhur Azərbaycana təşrif buyurdu. Buna baxmayaraq konserti baş tutmayan, sevənlərini gözü yolda qoyanlar da az olmadı. Sputnik Azərbaycan konserti baş tutmayan məşhurları təqdim edir. Bakı Konqres Mərkəzində baş tutması planlaşdırılan türk müğənni Özcan Dənizin konserti qeyri-müəyyən müddətə təxirə salınıb. Konsertin baş tutmamasının səbəbi sentyabr ayında sərhəddəki gərginlik və Azərbaycan ordusunun 50 şəhid verməsi oldu. Qeyd edək ki, Özcan 16 sentyabrda səhnə alacaqdı. Rusiyanın məşhur müğənnisi Lyubov Uspenskaya da eyni aqibəti yaşayıb. Oktyabrın 9-da Bakı Konqress Zalında baş tutmalı olan konserti ləğv edilib. Bakı sakinlərindən biri Azərbaycanın Mədəniyyət Nazirliyinə həmin konsertlə bağlı şikayətlə müraciət edib və o, idarənin nümayəndələrinə Lyubov Uspenskayanın qızğın ermənipərəst mövqedən çıxış etdiyini, mediada və sosial şəbəkələrdə belə fikirlər səsləndirdiyini bildirib. Azərbaycanı və onun məmurlarını təhqir edərək, guya sadə azərbaycanlılara məhəbbətlə bağlı açıqlamalar verib. Nazirlik sənətçi ilə bağlı məlumatları oxuduqdan sonra Lyubov Uspenskayanın konsertinin ləğv edildiyini bildirib. Konserti ləğv olunan sənətçilərdən biri də Ukraynanın pop ulduzu Maks Barskixdir. 32 yaşlı estrada müğənnisi dekabrın 10-da Bakı Konqres Mərkəzində azərbaycanlı pərəstişkarlarının qarşısında çıxış edəcəkdi. Ukraynalı müğənninin konsertinin ləğv olunmasının səbəbi sosial medai hesabında ermənilərə dəstək olması olub. Bunun ardından Azərbaycanda sosial şəbəkələrdə müğənninin dekabrın 10-da başa tutacağı gözlənilən Bakı konsertinin ləğvi tələbi ilə çağırışlar edilib. Bir müddət sonra Maks Barskixin konsertinə bilet satışını həyata keçirən iTicket.az şirkəti bilet satışını dayandırıb. Bakı Konqres Mərkəzində keçiriləcəyi gözlənilən konsertə biletlərin qiyməti 40-230 AZN arası idi. Daha sonra Maks Barskix sözügedən paylaşımını silib. Erməniləri dəstəkləyən daha bir ukraynalı müğənni Tina Karolun da Bakı konserti ləğv edildi. Müğənninin 15 noyabrda keçirilməyi nəzərdə tutulan Tina Karolun konserti sosial mediada ermənilərə dəstək olması olub. "Qazapizm" qrupunun Bakı konserti də ləğv olunub. Buna səbəb qrupun lideri Anıl Akarın COVID-19 pasportunun olmamasıdır. Qrupun konserti noyabrın 19-da planlaşdırılmışdı. Bundan başqa, türkiyəli müğənnilər Gökhan Türkmən və Emir Can İğrekin Bakıda konserti keçiriləcəkdi. Hər iki sənətçinin səhnə çıxması mümkün olmadı. Buna səbəb sözügedən konsertlərə yetərli sayda bilet satışı həyata keçirilməməsi olub. Ona görə də müğənnilərin çıxışı təxirə salınıb. Qeyd edək ki, G.Türkmənin konserti Heydər Əliyev sarayında baş tutacaqdı. Emir Canın konserti əvvəlcə Bakı Konqress Mərkəzində nəzərdə tutulsa da, sonradan "Elektra Hall"da keçirilmişdi. Bülənt Ərsoyun da Bakıda verəcəyi konsert təxirə düşüb. Sənətçinin 31 dekabrdakı səhnəsi başqa bir tarixə ertələnib. Buna səbəb isə tədbirin keçiriləcəyi yerin sənədlərindəki əksikliklər olub. Xatırladaq ki, B.Ərsoyun bir neçə il əvvəl də Bakıda konserti planlaşdırılmış, lakin pandemiya səbəbilə ləğv edilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/13/446228896_0:0:1366:1026_1920x0_80_0_0_e64f4105b257703f22e0bf92c9952ced.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
konsert, bülənt ərsoy, pandemiya
konsert, bülənt ərsoy, pandemiya
Ölkəmizdə konserti ləğv olunan əcnəbi ulduzlar hansılardır?
Yola saldığımız ildə dünyanın müxtəlif ölklərindən xeyli sayda məşhur Azərbaycana təşrif buyurdu. Buna baxmayaraq, konserti baş tutmayan, sevənlərini gözü yolda qoyanlar da az olmadı. Sputnik Azərbaycan konserti baş tutmayan məşhurları təqdim edir.
BAKI, 1 yanvar — Sputnik. 2022-ci ildə ölkəmizdə xeyli sayda mədəniyyət hadisələri baş tutdu. Dünyanın müxtəlif ölklərindən xeyli sayda məşhur Azərbaycana təşrif buyurdu. Buna baxmayaraq konserti baş tutmayan, sevənlərini gözü yolda qoyanlar da az olmadı. Sputnik Azərbaycan konserti baş tutmayan məşhurları təqdim edir.
Bakı Konqres Mərkəzində baş tutması planlaşdırılan türk müğənni Özcan Dənizin konserti qeyri-müəyyən müddətə təxirə salınıb.
Konsertin baş tutmamasının səbəbi sentyabr ayında sərhəddəki gərginlik və Azərbaycan ordusunun 50 şəhid verməsi oldu. Qeyd edək ki, Özcan 16 sentyabrda səhnə alacaqdı.
Rusiyanın məşhur müğənnisi Lyubov Uspenskaya da eyni aqibəti yaşayıb. Oktyabrın 9-da Bakı Konqress Zalında baş tutmalı olan konserti ləğv edilib. Bakı sakinlərindən biri Azərbaycanın Mədəniyyət Nazirliyinə həmin konsertlə bağlı şikayətlə müraciət edib və o, idarənin nümayəndələrinə Lyubov Uspenskayanın qızğın ermənipərəst mövqedən çıxış etdiyini, mediada və sosial şəbəkələrdə belə fikirlər səsləndirdiyini bildirib. Azərbaycanı və onun məmurlarını təhqir edərək, guya sadə azərbaycanlılara məhəbbətlə bağlı açıqlamalar verib. Nazirlik sənətçi ilə bağlı məlumatları oxuduqdan sonra Lyubov Uspenskayanın konsertinin ləğv edildiyini bildirib.
Konserti ləğv olunan sənətçilərdən biri də Ukraynanın pop ulduzu Maks Barskixdir. 32 yaşlı estrada müğənnisi dekabrın 10-da Bakı Konqres Mərkəzində azərbaycanlı pərəstişkarlarının qarşısında çıxış edəcəkdi.
Ukraynalı müğənninin konsertinin ləğv olunmasının səbəbi sosial medai hesabında ermənilərə dəstək olması olub. Bunun ardından Azərbaycanda sosial şəbəkələrdə müğənninin dekabrın 10-da başa tutacağı gözlənilən Bakı konsertinin ləğvi tələbi ilə çağırışlar edilib. Bir müddət sonra Maks Barskixin konsertinə bilet satışını həyata keçirən iTicket.az şirkəti bilet satışını dayandırıb. Bakı Konqres Mərkəzində keçiriləcəyi gözlənilən konsertə biletlərin qiyməti 40-230 AZN arası idi. Daha sonra Maks Barskix sözügedən paylaşımını silib.
Erməniləri dəstəkləyən daha bir ukraynalı müğənni Tina Karolun da Bakı konserti ləğv edildi. Müğənninin 15 noyabrda keçirilməyi nəzərdə tutulan Tina Karolun konserti sosial mediada ermənilərə dəstək olması olub.
"Qazapizm" qrupunun Bakı konserti də ləğv olunub. Buna səbəb qrupun lideri Anıl Akarın COVID-19 pasportunun olmamasıdır. Qrupun konserti noyabrın 19-da planlaşdırılmışdı.
Bundan başqa, türkiyəli müğənnilər Gökhan Türkmən və Emir Can İğrekin Bakıda konserti keçiriləcəkdi. Hər iki sənətçinin səhnə çıxması mümkün olmadı. Buna səbəb sözügedən konsertlərə yetərli sayda bilet satışı həyata keçirilməməsi olub. Ona görə də müğənnilərin çıxışı təxirə salınıb.
Qeyd edək ki, G.Türkmənin konserti Heydər Əliyev sarayında baş tutacaqdı. Emir Canın konserti əvvəlcə Bakı Konqress Mərkəzində nəzərdə tutulsa da, sonradan "Elektra Hall"da keçirilmişdi.
Bülənt Ərsoyun da Bakıda verəcəyi konsert təxirə düşüb. Sənətçinin 31 dekabrdakı səhnəsi başqa bir tarixə ertələnib. Buna səbəb isə tədbirin keçiriləcəyi yerin sənədlərindəki əksikliklər olub.
Xatırladaq ki, B.Ərsoyun bir neçə il əvvəl də Bakıda konserti planlaşdırılmış, lakin pandemiya səbəbilə ləğv edilmişdi.