Президент РФ Владимир Путин и президент Азербайджана Ильхам Алиев на пресс-конференции по итогам переговоров после подписания декларации о союзническом взаимодействии - Sputnik Azərbaycan, 1920
Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə
Azərbaycan və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni iki ölkənin prezidentləri İlham Əliyev və Vladimir Putin 2021-ci il fevralın 22-də imzalayıblar. 43 bənddən ibarət bəyannamə dövlətlər arasında qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir.

Azərbaycan-Rusiya iqtisadi əlaqələri - 2022-ci ilin yekunları

© Sputnik / Murad OrujovAzərbaycan - Rusiya sərhədində yük avtomobili
Azərbaycan - Rusiya sərhədində yük avtomobili - Sputnik Azərbaycan, 1920, 01.01.2023
Abunə olmaq
Artıq geridə qutduğumuz ildə Azərbaycan ilə Rusiya arasında mühüm iqtisadi hadisələri oxucuların diqqətinə çatdırırıq. 2022-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində artım müşahidə edilir.
BAKI, 1 yanvar — Sputnik. Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələr genişlənir. Rusiya Azərbaycanın ən böyük qonşusu olmaqla yanaşı, ölkəmizdə istehsal olunan məhsullar üçün böyük bazardır. Azərbaycan iqtisadiyyatı, sahibkarları üçün bu bazar vacib əhəmiyyət daşıyır.
2022-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində də artım müşahidə edilir. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 264 milyon 444 min dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 faiz çoxdur.
2022-ci il "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin imzalanması, "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" Müqavilənin təsdiq edilməsi, "Aqroekspress" layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya ilk yük qatarının göndərilməsi və digər mühüm hadisələr ilə yadda qalıb.
Geridə qoyduğumuz ildə Azərbaycan ilə Rusiya arasında baş verən mühüm iqtisadi hadisələri oxucuların diqqətinə çatdırırıq:
Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə
22 fevral 2022-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb.
Sənədi şərh edən deputat Vüqar Bayramov bildirib ki, "Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" iki ölkə arasındakı iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edəcək. Bəyannamədə eyni zamanda iqtisadi məsələlər də öz əksini tapıb. Tərəflər qarşılıqlı olaraq investisiya qoyuluşlarını artırmaq və eləcə də idxal-ixrac imkanlarını genişləndirə biləcəklər. Bu, xüsusən də Rusiya və Azərbaycanın qarşılıqlı daha çox mal idxal və ixrac etməsinə imkan yaradacaq.
© Sputnik / Михаил Климентьев / Mediabanka keçidİlham Əliyev və Vladimir Putin "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin imzalanma mərasimində
Президент РФ Владимир Путин и президент Азербайджана Ильхам Алиев на пресс-конференции по итогам переговоров после подписания декларации о союзническом взаимодействии - Sputnik Azərbaycan, 1920, 31.12.2022
İlham Əliyev və Vladimir Putin "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin imzalanma mərasimində
Deputat bildirib ki, Rusiya Azərbaycanın qeyri-neft ixracatında ən böyük ticarət tərəfdaşıdır. Qarşılıqlı olaraq bankların müxbir hesab açmaq imkanları və gələcəkdə milli valyutadan istifadə imkanlarının nəzərdə tutulması həm də xarici ticarətin genişləndirilməsi baxımından vacibdir.
Onun sözlərinə görə, bu, qısamüddətli hədəflər deyil, daha çox orta və uzunmüddətli dövrdə reallaşacaq hədəflərdir:
"Kənar region ölkələri dollardan istifadəyə daha çox önəm verirlər. Güman olunur ki, növbəti dövrlərdə də iki ölkə arasında ticarət dövriyyəsində dollar və ya avroya üstünlük veriləcək. Amma mərhələli şəkildə Bəyannaməyə uyğun olaraq gələcəkdə milli valyutalardan, xüsusən də bir sıra məhsulların idxal və ixrac zamanı istifadə imkanları mümkündür. Bütövlükdə sənəd bunun üçün bir baza formalaşdırıb".
"Bu isə ondan xəbər verir ki, növbəti dövrdə iki ölkə arasında ticarət dövriyyəsində həm də milli valyutalardan istifadə edilməsi, o cümlədən ticarət dövriyyəsinin həcminin daha da artırılması imkanları geniş olacaq", - deyə millət vəkili əlavə edib.
Qeyd edək ki, sənədə görə, tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.
Azərbaycan və Rusiya milli qanunvericilikləri çərçivəsində metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaqlar.
Tərəflər iki ölkənin ticarət-iqtisadi əlaqələrinin davamlı artımının təmin edilməsi üçün vacib əhəmiyyəti olan Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işinə hərtərəfli yardım etməyə davam edəcəklər.
Sənədə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığı dərinləşdirmək, istehsal və elmi əməkdaşlığı, hər növ mülkiyyət formalı təsərrüfat subyektləri arasında birbaşa əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədirlər.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə bizim ikitərəfli münasibətlərdə çox mühüm addımdır və artıq dediyim kimi o, bizim əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək.
© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidİlham Əliyev və Sergey Lavrov görüş zamanı
Визит делегации РФ в Азербайджан - Sputnik Azərbaycan, 1920, 31.12.2022
İlham Əliyev və Sergey Lavrov görüş zamanı
Dövlət başçısı vurğulayıb ki, Moskvada "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin imzalanması bizim münasibətlərə, münasibətlərimizin yeni mərhələsinə yaxşı start, belə müsbət ahəng, dinamika verdi. Hesab edirəm ki, bizim münasibətlərimizin gələcək inkişafı üçün bu əsas sənəd çoxillik, çox səmərəli əməkdaşlığın gözəl yekunudur. Bəyannamənin müddəalarının implementasiyası çərçivəsində artıq xeyli iş görülüb.
Azərbaycanla Rusiya arasında pensiya təminatı barədə müqavilə təsdiqlənib
İyul ayında Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" Müqavilənin təsdiq edilməsi və "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında qanunu imzalayıb.
Dövlət başçısı "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqaviləni təsdiq edib.
"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2001-ci il 3 aprel tarixli 114-IIQ nömrəli Qanunu isə ləğv edilib.
Qeyd edək ki, sənədə qeyd olunub ki, sığortaolunan şəxsin ərizəsinə əsasən təyin edilmiş pensiyalar ona bu pensiyaları təyin edən razılığa gələn tərəfin ərazisində ödənilə, yaxud digər razılığa gələn tərəfin ərazisinə köçürülə bilər. Başqa hal müəyyən edilməyibsə, razılığa gələn tərəflərin təyin etdiyi və ödədiyi pensiyalar sığortaolunan şəxsin digər razılığa gələn tərəfin ərazisində yaşaması ilə əlaqədar olaraq azaldıla, dayandırıla və ləğv edilə bilməz. O cümlədən başqa hal nəzərdə tutulmayıbsa, sığortaolunan şəxsin bir razılığa gələn tərəfin ərazisindən digər razılığa gələn tərəfin ərazisində yaşamaq üçün köçdüyü zaman ona təyin olunmuş pensiyanı, o cümlədən pensiyaya ödəmələrin və artımların ödənişini onu təyin edən razılığa gələn tərəf davam etdirir. Sığortaolunan şəxs daimi yaşayış üçün üçüncü dövlətə köçdüyü zaman pensiyanı təyin edən razılığa gələn tərəf sığortaolunan şəxsin seçiminə əsasən ona təyin olunmuş pensiyaları ya öz ərazisində ödəməyə davam edir, ya da digər razılığa gələn tərəfin ərazisinə köçürüləcək.
Məsələni şərh edən deputat Vüqar Bayramov bildirib ki, bu, uzun müddətdir müzakirə edilən pensiya kapitalının qarşılıqlı olaraq tanınması ilə bağlı anlaşmadır. Hər iki ölkədə əmək miqrantları fəaliyyət göstərir, onlar işlədikləri dövrdə sosial ödənişlər həyata keçirir və müəyyən pensiya kapitalına malik olurlar. Lakin öz ölkələrinə qayıtdıqdan sonra həmin pensiya kapitalından istifadə ilə bağlı çətinlik olurdu, onlara pensiya hesablanan zaman həmin kapital nəzərə alınmırdı. Artıq bu razılaşma imkan verəcək ki, həmin kapital istifadə oluna bilsin.
© Photo : TRENDMilli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
"Məsələn, Rusiyada 20 il işləmiş və sosial ödəniş etmiş azərbaycanlı əmək miqrantı Azərbaycana qayıdırsa, onun pensiyası ölkəmizdə təyin olunursa, artıq həmin şəxs bu kapital nəzərə alınmaqla pensiyaya çıxa biləcək. Bu addım pensiyaya əlçatanlığı artıracaq, daha yüksək pensiya almaq üçün şərait yaradacaq", - deyə deputat əlavə edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov bildirib ki, sənəd Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının qorunması mexanizmlərini müəyyən edəcək. Hazırkı müqavilə ilə 1992-ci il yanvarın 1-dən sonrakı dövrdə qazanılmış stajlar qarşılıqlı şəkildə tanınacaq.
Onun sözlərinə görə, sazişin qüvvəyə minməsindən asılı olmayaraq indiyədək hər iki ölkədə pensiya kapitalı olan vətəndaşlar bundan yararlana biləcəklər. Vətəndaş bir pensiyanı seçə biləcək. Pensiyanı ya Rusiyadan, ya da Azərbaycandan almalıdır. Eyni vaxta hər iki tərəfdən pensiya ödənişi qadağandır. Vətəndaş baxacaq, hansı ölkə ərazisində pensiyasının məbləği daha yüksək olacaqsa, o pensiyanı seçəcək və onun ödənişini tələb edə biləcək.
Elnur Abbasov bildirib ki, əgər vətəndaşın hər iki ölkədə pensiya kapitalı varsa, alacağı pensiya məbləği fərqli hesablanacaq:

"Məsələn, 20 il Azərbaycanda, 10 il Rusiyada işləyən vətəndaş ölkəmizdə pensiyaya çıxarsa, biz 20 il stajı və 10 il stajı birləşdirəcəyik. Beləliklə, 30 il sığorta stajına uyğun olaraq vətəndaşa Azərbaycan qanunvericiliyinə uyğun olaraq pensiya təyin edəcəyik".

Təyin olunmuş pensiyanın məbləğinə gəlincə, nazirlik rəsmisi deyib ki, məsələn, pensiya məbləği 300 manatdırsa, stajlara proporsional olaraq bunun 200 manatını biz ödəyəcəyik, 100 manatını isə Rusiya Azərbaycana ödəyəcək və bu məbləğ də vətəndaşın pensiya kartına köçürüləcək.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna uyğun olaraq hər bir Azərbaycan vətəndaşı əmək pensiyası təminatı hüququna malikdir. "Əmək pensiyaları haqqında" qanuna əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İndiyədək Azərbaycan və Rusiya arasında pensiya sahəsində əməkdaşlıq sazişi olmadığından sonrakı dövr nəzərə alınmırdı.
Azərbaycan-Rusiya regionlararası forumu
Bakıda 11-ci Azərbaycan-Rusiya regionlararası forumu keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Forumda iştirak ediblər.
© Sputnik11-ci Azərbaycan-Rusiya regionlararası forumu
XI азербайджано-российский межрегиональный форум - Sputnik Azərbaycan, 1920, 31.12.2022
11-ci Azərbaycan-Rusiya regionlararası forumu
Forum çərçivəsində iki ölkənin siyasət, biznes, elm, ziyalı və ictimaiyyət nümayəndələrinin, habelə regionların rəhbərlərinin və rəsmi şəxslərinin iştirakı ilə beş tematik dəyirmi masa keçirilib. İqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar sahələrdə əməkdaşlığa dair ətraflı müzakirələr aparılıb, kiçik və orta sahibkarlıq sahəsində gələcək qarşılıqlı fəaliyyət imkanları nəzərdən keçirilib.
Əli Əsədov qeyd edib ki, regionlararası forumların keçirilməsi yaxşı ənənəyə çevrilib və Azərbaycan ilə Rusiya arasında regionlararası əlaqələrin genişləndirilməsində mühüm rol oynayır.
Regionlararası əməkdaşlığı ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi kimi səciyyələndirən Azərbaycanın Baş naziri vurğulayıb ki, bu əməkdaşlığa hər iki dövlətdə ali səviyyədə böyük əhəmiyyət verilir. Baş nazir deyib: "2018-ci ildə Bakıda keçirilmiş IX Forumda prezidentlər İlham Əliyevin və Vladimir Putinin birgə iştirak etmələri buna sübutdur. Yeri gəlmişkən, Forum məhz dövlət başçılarının təşəbbüsü ilə yaradılıb".
Vurğulanıb ki, 2019-cu ildə Moskvada keçirilmiş X yubiley Forumu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyekonun iştirakı ilə əlamətdar olub.
Qeyd edilib ki, regionlararası forum mövcud olduğu illərdə iki ölkənin müxtəlif sahələrinin nümayəndələrinin qarşılıqlı faydalı dialoqu üçün nüfuzlu platformaya çevrilib.
Məmnunluqla bildirilib ki, koronavirus pandemiyası səbəbindən fasilə yaranmış Forumun keçirilməsi məhz bu il, Azərbaycan-Rusiya diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyi vaxtda bərpa olunub.
Baş nazir Əli Əsədov Azərbaycan ilə Rusiyanın ikitərəfli əlaqələrindən bəhs edərək vurğulayıb ki, dövlət başçılarının siyasi iradəsi və birgə səyləri sayəsində ikitərəfli əməkdaşlıq strateji tərəfdaşlıq xarakteri kəsb edib. Daha sonra bildirilib ki, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq bu gün praktiki olaraq bütün sahələri ehtiva edir.
Qeyd edilib ki, regionlararası əməkdaşlıq ikitərəfli münasibətlərin gündəliyində xüsusi yer tutur. Azərbaycan Respublikası Rusiya Federasiyasının 80-ə yaxın subyekti ilə həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələri nizamlayıb, 20 subyektlə ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı fəaliyyət haqqında sazişlər imzalanıb.
Əminliklə bildirilib ki, Forum Azərbaycan ilə Rusiya arasında regionlararası əməkdaşlığın inkişafına yeni təkan verəcək, qarşılıqlı faydalı tərəfdaşlığın əsas inkişaf vektorlarını müəyyənləşdirməyə kömək edəcək.
Azərbaycan məhsulları beynəlxalq sərgilərdə nümayiş olunub
Yerli məhsulların xarici bazarlarda tanıdılması, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə Azərbaycan sahibkarları müxtəlif formatlı tədbirlərdə, o cümlədən mütəmadi olaraq beynəlxalq sərgilərdə iştirak edirlər.
Yola saldığımız ildə qeyri-neft məhsullarımız Rusiyanın Moskva şəhərində keçirilən "Prodexpo 2022" beynəlxalq ərzaq sərgisində nümayiş etdirilib.
"Prodexpo 2022" beynəlxalq sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 30-dan çox Azərbaycan şirkəti vahid ölkə stendi ilə təmsil olunub.
Sərgilər çərçivəsində Azərbaycan sahibkarları xarici iş adamları ilə yeni əməkdaşlıq əlaqələri qurmaq, məhsulların ixracına dair müzakirələr aparmaq imkanı əldə ediblər.
"Aqroekspress" layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya ilk yük qatarı göndərilib
Fevralın 12-də "Aqroekspress" layihəsi çərçivəsində ölkəmizdə istehsal olunan 1000 tonadək xurma 17 vaqondan ibarət sürətli qatar vasitəsilə Ləcət stansiyasından Rusiyanın Moskva vilayətinin Selyatino stansiyasına yola salınıb.
Bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, Rusiyanın Azərbaycandakı Səfirliyinin, Azərbaycan-Rusiya İşgüzar Şurasının, "Rusiya İxrac Mərkəzi"nin məsul şəxsləri və sahibkarlar iştirak ediblər.
© Sputnik / Rahim MuradovAstarada “Aqroekspress” layihəsi çərçivəsində Rusiyaya yük göndərilir
Astarada “Aqroekspress” layihəsi çərçivəsində Rusiyaya yük göndərilir - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Astarada “Aqroekspress” layihəsi çərçivəsində Rusiyaya yük göndərilir
Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov Azərbaycan-Rusiya siyasi-iqtisadi münasibətlərinin yüksək səviyyəsini, "Aqroekspress" layihəsinin hər iki ölkənin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsindəki rolunu və əhəmiyyətini diqqətə çatdırıb.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Rusiyanın dost və strateji tərəfdaş ölkələr olduğunu bildirib, hər iki ölkənin bir sıra platformalar çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayıb. Nazir müavini ölkələrimiz arasında həyata keçirilən birgə fəaliyyətin uğurlu nəticəsi olaraq reallaşdırılan "Aqroekspress" layihəsinin qarşlıqlı faydalı əməkdaşlığın və biznesin inkişafı üçün əhəmiyyətini, ticarətin inkişafına, nəqliyyat-tranzit potensialının artırılmasına töhfə verəcəyini, sahibkarlığın inkişafına yönəlmiş dəstək tədbiri olduğunu vurğulayıb.
Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov, "Alliance Logistics" MMC-nin rəhbəri Natiq Heydərov, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, "Rusiya İxrac Mərkəzi"nin rəhbəri Nuri Quliyev və digərləri "Aqroekspress" layihəsinin effektiv qurulmuş ixrac-idxal logistika sistemi sayəsində çatdırılma müddətini və daşınma xərclərini azaltmağa yönələn, yüklərin sürət qatarları vasitəsilə çatdırılması üzrə ixtisaslaşmış xidmət olduğunu qeyd edib, sahibkarlığa dəstək mexanizmi olaraq əhəmiyyətini vurğulayıblar.
Sankt-Peterburqla əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib. Videokonfrans formatında keçirilən iclasda Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryev, eləcə də hər iki tərəfdən Komissiyada təmsil olunan müvafiq qurumların nümayəndələri iştirak ediblər.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev dost və qonşu olan ölkələrimiz arasında ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. Qeyd edilib ki, Rusiyanın regionları ilə, o cümlədən Sankt-Peterburqla işgüzar münasibətlər genişlənir. Azərbaycan-Rusiya tərəfdaşlığının inkişafında yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin önəmini diqqətə çatdıran Elnur Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019 və 2021-ci illərdə MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən görüşlərində iştirakını, aparılan müzakirələrin ikitərfli əməkdaşlığın genişlənməsində xüsusi rolunu vurğulayıb. Bildirilib ki, Sankt-Peterburqla sənaye, ticarət, investisiya, innovasiya, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər vardır. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinə Rusiya şirkətlərinin böyük maraq göstərməsi ölkəmizdə məmnunluqla qarşılanır.
Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryev Azərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğulayıb, iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, bir sıra sahələrdə, xüsusilə ticarət, mədəniyyət və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.
Tərəflər ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün görülən işlər barədə fikir mübadiləsi aparıb, iqtisadi-ticarət, innovasiya, KOB, kənd təsərrüfatı, humanitar, səhiyyə, turizm və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Perm vilayətinin qubernatoru İqtisadiyyat Nazirliyində olub
İqtisadiyyat Nazirliyində Rusiya Federasiyasının Perm vilayətinin qubernatoru Dmitri Maxonin ilə görüş keçirilib.
© Sputnik / Сергей Пятаков / Mediabanka keçidPerm vilayətinin qubernatoru Dmitri Maxonin
Губернатор Пермского края Дмитрий Махонин - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Perm vilayətinin qubernatoru Dmitri Maxonin
Görüşdə Azərbaycan Respublikası ilə Perm vilayəti arasında ticarət əlaqələri, "Made in Azerbijan" brendli məhsulların Perm vilayətində keçirilən sərgilərdə tanıdılması, Perm şirkətlərinin Azərbaycanın sənaye parklarına və aqroparklara, eləcə də Ələt Azad İqtisadi Zonasına cəlb olunması, maşınqayırma, kimya və neft kimyası sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Rusiyada Azərbaycan şərablarının təqdimatı keçirilib
Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan istehsalı olan "Meysəri" şərablarının təqdimatı keçirilib.
Bildirilib ki, "Meysəri" şərabları Azərbaycan şərabçılığının tarixi mərkəzlərindən olan Şamaxı rayonunda istehsal olunur. Coğrafi yerləşməsi, iqlimi və münbit torpağı bu rayonda keyfiyyətli şərabların istehsalına şərait yaradır. "Meysəri" şərablarının istehsalında heç bir kimyəvi əlavələrdən, pestisidlərdən və insektisidlərdən istifadə edilmir. Bu şərabların istehsalçısı olan "Shirvan Wines" şirkəti Avropanın "EcoCert" şərab sertifikatı ilə sertifikatlaşdırılıb.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiya Federasiyası Prezidentinin sahibkarların hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndəsi Boris Titov, "Food City" Ticarət Mərkəzinin, Rusiya ictimaiyyətinin nümayəndələri, sommelye və şərab idxalçılarının iştirak etdiyi tədbirdə Azərbaycanda şərabçılığın tarixi və inkişaf potensialı barədə məlumat verilib.
Ryazan vilayəti ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Rusiya Federasiyasının Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, Rusiyanın regionları ilə, o cümlədən Ryazan vilayəti ilə işgüzar münasibətlər mövcuddur. Bununla belə, sənaye, ticarət, informasiya texnologiyaları, investisiya, turizm, humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar vardır.
Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitin Azərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün görülən işlər barədə fikir mübadiləsi aparıb, əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.
Sonra Ryazan vilayəti Hökümətinin təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Ryazan şirkətlərinin məhsullarından ibarət "şou-rum"un açılışı olub.
Rusiya ilə iqtisadi əlaqələrin inkişafı istiqamətləri müzakirə olunub
İkinci Xəzər İqtisadi Forumunda iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşüb.
Tərəflər ticarət əlaqələrinin təşviqi, iqtisadi əməkdaşlıq çərçivəsində klasterlərin yaradılması, Azərbaycan-Rusiya regionlararası forumunun keçirilməsi, iqtisadi zonalar üzrə fəaliyyətin təkmilləşdirilməsi və sərhəd-keçid məntəqələrinin imkanlarının artırılması barədə müzakirələr aparıblar.
Azərbaycanın iqtisadiyyat naziri Rusiya ilə əməkdaşlığın uğurlu inkişafını vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması istiqamətində görülən işlər barədə danışıb.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov ölkələrimiz arasında iqtisadi münasibətlərin yüksək səviyyəsini vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Azərbaycan şirkətləri ixrac müqavilələri imzalayıb
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə Rusiyada 19 mindən çox mağazanı əhatə edən, ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən biri olan "X5 Group" və Azərbaycan şirkətləri arasında ixrac müqavilələri imzalanıb. Belə ki, bu il mayından indiyədək "X5 Group" Azərbaycanın "Aznar", "Aqroazərinvest", "Göygöl Şərab", "Abşeron Şərab" və "TAC" şirkətləri ilə nar şirəsi, şərab və alkoqolsuz içkilərin Rusiyaya ixracı ilə bağlı müqavilələr imzalayıb. Artıq bir neçə müqavilə üzrə ixraca başlanıb.
© Photo : AZPROMORusiya Federasiyasının Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitinin rəhbərlik etdiyi nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub
Rusiya Federasiyasının Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitinin rəhbərlik etdiyi nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub. - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Rusiya Federasiyasının Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitinin rəhbərlik etdiyi nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub
Xatırladaq ki, bu ilin may ayında "X5 Group" nümayəndələrinin Azərbaycana səfəri zamanı AZPROMO-nun təşkilatçılığı ilə ölkəmizdə qida sənayesində fəaliyyət göstərən yerli şirkətlərin istehsal etdiyi məhsulların sərgisi keçirilib.
Qeyd: "X5 Group" Rusiyada "Pyaterochka", "Perekrestok", "Karusel", "Chizhik" kimi ticarət şəbəkələrini, həmçinin "Vprok.ru", "Many Salmon" və "5Post" rəqəmsal biznesləri idarə edir.
Ölkəmizdə istehsal olunan aksizli məhsulların Rusiyaya ixracı asanlaşır
Məlum olduğu kimi, əvvəllər Azərbaycan-Rusiya sərhədində aksizli malların rəsmiləşdirilməsi üçün xüsusi gömrük postunun olmaması Azərbaycan məhsulları üçün ənənəvi bazarlardan hesab edilən Rusiya Federasiyasına şərab və spirtli içkilərin ixracının genişləndirilməsində çətinliklər yaradır, ixrac olunan məhsulların bahalaşmasına, vaxt itkisinə, rəqabət qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarırdı.
Bunları nəzərə alaraq, aksiz postunun müəyyən edilməsi ilə bağlı Azərbaycan və Rusiyanın aidiyyəti qurumları arasında keçirilən görüşlərdə bu məsələ vaxtaşırı olaraq qaldırılıb, müxtəlif platformalar vasitəsilə prosesin sürətləndirilməsi istiqamətində işlər aparılıb.
Görülmüş işlərin nəticəsi olaraq, Rusiya hökumətinin müvafiq qərarı ilə oktyabrın 7-dən "Yaraq-Qazmalar" beynəlxalq avtomobil gömrük sərhəd buraxılış məntəqəsində aksizli malların rəsmiləşdirilməsi üçün məntəqə müəyyən edilib. Bu, sahibkarlara aksizli malların, xüsusilə şərab və spirtli içkilərin ixracının genişləndirilməsinə əlavə imkanlar yaradacaq.
Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilib
Azərbaycan və Rusiya nümayəndə heyətləri Rusiya Federasiyasının dövlət sərhədində "Yaraq-Qazmalar", "Tahirkənd-Qazmalar", həmçinin Azərbaycan Respublikasının dövlət sərhədində "Samur", "Xanoba" sərhəd-keçid məntəqələrinə baxış keçirib, məntəqələrin mal və nəqliyyat vasitələrinin keçirilməsi imkanları ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycan tərəfdən nümayəndə heyətinə Baş nazirin müavini Şahin Mustafayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini icra edən Şahin Bağırov, həmçinin, Rəqəmsal İnkişaf və Nəqliyyat, Xarici İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndələri, Xaçmaz və Qusar rayon icra hakimiyyətlərinin başçıları daxildir. Rusiya tərəfi isə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, Federal Gömrük Xidməti rəhbərinin birinci müavini Ruslan Davıdov, Dağıstan Respublikasının başçısı Sergey Məlikov və digər şəxslərdən ibarət heyətlə təmsil olunub.
Sonra Samur sərhəd buraxılış məntəqəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə Baş nazirin müavini Şahin Mustafayev ölkələrimiz arasında dostluğa, dövlət başçılarının siyasi iradəsinə əsaslanan yüksək səviyyəli əlaqələri, əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndiyini, nəqliyyat-tranzit sahəsində tərəfdaşlığın inkişafı məqsədilə həyata keçirilən tədbirləri vurğulayıb. Qeyd edilib ki, sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, keçid imkanlarının artırılması, prosedurların optimallaşdırılması baxımından önəmli addımlardır. "Xanoba" sərhəd-keçid məntəqəsinin yenidən qurulması da iqtisadi əlaqələrinin inkişafına, ticarətin genişlənməsinə, yükdaşımaların artmasına töhfə verəcəkdir.
© Sputnik / Murad OrujovSamur sərhəd buraxılış məntəqəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında görüş
Церемония открытия моста на реке Самур между Азербайджаном и Россией - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Samur sərhəd buraxılış məntəqəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında görüş
Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk iqtisadi-ticarət əməkdaşlığının inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb. Aleksey Overçuk sərhəd-keçid məntəqələrinin imkanlarının artırılmasının iqtisadi münasibətlərin inkişafında, xüsusilə nəqliyyat-tranzit sahəsində tərəfdaşlığın genişləndirilməsi istiqamətində önəmli olacağını, ixracın genişləndirilməsinə əlavə imkanlar yaradacağını qeyd edib.
Tərəflər sənaye, ticarət, tranzit və beynəlxalq nəqliyyat marşrutlarının inkişafı, yükdaşımalar, aksizli malların gömrük sərhədindən buraxılması, gəmiqayırma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Rusiyanın iqtisadi inkişaf naziri Ələt Azad İqtisadi Zonasında
Ölkəmizdə səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt Azad İqtisadi Zonasında və Bakı Gəmiqayırma Zavodunda olublar.
"Bakı Gəmiqayırma Zavodu" MMC-nin icraçı direktoru İmanverdi Həsənov zavodun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, 2011-ci ildə təsis edilən zavodda gəmilərin tikintisi və təmiri həyata keçirilir. İllik istehsal gücü 25 min ton metal konstruksiya olan müəssisədə indiyədək 10 gəmi tikilib, 170-ə yaxın gəmi təmiri və modernləşdirilməsi layihəsi icra olunub.
© Sputnik / Дмитрий Астахов / Mediabanka keçidRusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov  - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov
Ələt Azad İqtisadi Zonasında olan rəsmilərə İqtisadi Zonanın imkanları barədə məlumat verilib. Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov burada inşa edilən logistika mərkəzləri və digər görülən işlər barədə danışıb, yaradılan infrastrukturun investorlar üçün cəlbedici olacağını, İqtisadi Zonanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin potensialının genişlənməsində xüsusi rol oynayacağını vurğulayıb. Qeyd edilib ki, əlverişli coğrafi mövqedə yerləşən İqtisadi Zona qeyri-neft iqtisadiyyatının inkişafına, ixracyönümlü istehsalın və ixracın təşviqinə yeni imkanlar yaradacaq.
İqtisadiyyat Nazirliyində Dağıstan Respublikasının rəhbəri ilə görüş keçirilib
İqtisadiyyat Nazirliyində ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazir Mikayıl Cabbarov Rusiya Federasiyası ilə əlaqələrin uğurlu inkişafını qeyd edib, iqtisadi potensialın reallaşdırılması, ticarət və investisiya əlaqələrinin gücləndirilməsinin önəmini vurğulayıb. Bildirilib ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialı regional əməkdaşlığın, o cümlədən Rusiya Federasiyasının subyektləri ilə əlaqələrin genişləndirilməsinə yeni imkanlar yaradır.
CC BY-SA 4.0 / website of the Head of the Republic of Dagestan / Meeting of the head of Dagestan Sergey Melikovİqtisadiyyat Nazirliyində ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş
Сергей Меликов с министром экономики Азербайджана Микаилом Джаббаровым - Sputnik Azərbaycan, 1920, 31.12.2022
İqtisadiyyat Nazirliyində ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş
Nazir qeyd edib ki, ölkəmizlə Dağıstan Respublikası arasında nəqliyyat, dövlət xidmətlərinin göstərilməsi, mədəniyyət, gənclər və idman, turizm sahələrində, eləcə də Dağıstanla Azərbaycanın şəhərləri arasında əməkdaşlıq haqqında müxtəlif sənədlər imzalanıb və uğurla icra olunur.
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Melikov Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Rusiya Federasiyasının digər subyektləri kimi Dağıstan Respublikasının da Azərbaycanla tərəfdaşlığa böyük önəm verdiyini, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi rolunu vurğulayıb. İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi əlaqələrin dərinləşməsində əhəmiyyətini qeyd edən Sergey Melikov əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.
Tərəflər işgüzar dairələr arasında əlaqələrin intensivləşdirilməsi, özəl sektorun iqtisadi münasibətlərdə fəallığının artırılması ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar.
Sankt-Peterburqla əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsi sədrinin müavini Nizami Məmişovla görüşüb. Nazirin birinci müavini Rusiyanın regionları ilə, o cümlədən Sankt-Peterburqla işgüzar münasibətlərin inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, sənaye, ticarət, investisiya, innovasiya, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial vardır. Görüşdə həmçinin, gəmiqayırma sahəsində əməkdaşlıq perspektivləri, Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutunun resurslarından istifadə etməklə ticarət dövriyyəsinin artırılması üçün əlverişli şəraitin mövcud olduğu diqqətə çatdırılıb. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinə Rusiya şirkətlərinin maraq göstərməsi ölkəmizdə məmnunluqla qarşılanır.
Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsi sədrinin müavini Nizami Məmişov iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, bir sıra sahələrdə əlaqələrin gücləndirilməsi imkanlarını diqqətə çatdırıb.
Görüşdə "Made in Azerbaijan" brendli məhsulların Sankt-Peterburqda daha çox tanıdılması, ticarətin genişləndirilməsi, Rusiya şirkətləri ilə sənaye zonaları çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb...
Xəbər lenti
0