Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yola saldığımız ildə hansı dünya ulduzlarının konserti baş tutdu? - VİDEO

© Photo : Instagram / sibelcanSibel Can
Sibel Can - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Abunə olmaq
İki il davam edən sərt karantindən sonra paytaxt Bakımızda onlarla əcnəbi musiqiçinin konserti baş tutub. Əcnəbilər sırasında daha çox qardaş ölkənin sənətçiləri yer alıb
BAKI, 31 dekabr — Sputnik. İki il davam edən sərt karantindən sonra paytaxt Bakımız qonaqlı-qaralı oldu. Əvvəllər olduğu kimi, bu il də ölkəmizə xeyli sayda məşhur gəldi. Sputnik Azərbaycan uzun fasilədən sonra ölkəmizə təşrif buyurmuş məşhurları sizə təqdim edir.
İlin əvvəlində Türkiyənin məşhur müğənnisi Kibariyə Bakıda konsert verdi. Yanvar ayında keçirilən konsert restoranların birində baş tutdu.
Kibariyədən sonra Türkiyənin daha bir tanınmış müğənnisi Cem Adrian Azərbaycana gəldi. Sənətçi fevralın 7-də Bakı Konqres Mərkəzində səhnə alıb. İfaçının konsertində izdiham yaşanıb.
Daha sonra isə qardaş ölkənin daha bir sənətçisi Merve ÖzbeyLerzan Mutlu Azərbaycana gəlib. Sənətçi paytaxtdakı restoranlardan birində səhnəyə çxıb.
2022-ci ilim fevralında Türkiyənin tanınmış müğənnisi Deniz Seki də paytaxtımıza üz tutan sənətçilər sırasındadır.
Türkiyənin məşhur rok qrupu "Duman" Azərbaycana gəlib. Qrup Bakı Konqres Mərkəzində çıxış edib.
Dünya şöhrətli musiqiçi Yevgeni Qrinko da bu il paytaxtımızın qonağı oldu. Məşhur musiqiçinin konserti aprelin 2-də Heydər Əliyev Sarayında baş tutub.
Türkiyəli məşhur müğənni Sibel Can da may ayında Bakıya üz tutdu. Müğənni Bakı Konqres Mərkəzində musiqisevərlər qarşısında çıxış etdi.
Mayın 20-də Türkiyəli məşhur müğənni Mabel Matiz Azərbaycana gəlib. Sənətçi Bakı Konqres Mərkəzində səhnə alıb.
Mayın 21-də isə üç türk ulduz azərbaycanlı sevənləri qarşısına çıxıb. Onlar Murad Boz, Gökhan Türkmen və Emre Aydındır. Murat Bakı Konqres Mərkəzi, Gökhan Heydər Əliyev Sarayında, Emre isə "Elektra Hall"da səhnəyə çıxdı.
28 may Türkiyəli məşhur müğənni və aktyor Kutsi Azərbaycana gəlib. Lirik mahnıları ilə populyar olan sənətçi Bakıda restoranlardan birində səhnə alıb.
Onun konsertinə olduqca maraq olub. Kutsi azərbaycanlı müğənni Elvin Mirzəzadə ilə duet də oxuyub.
Türkiyəli fenomen Kerimcan Durmazın Azərbaycanda konserti may ayının 29-da Bakıda "Elektra Events Hall"da baş tutub.
Türkiyəli məşhur müğənni Ferhat Göçer də Bakıda olub. Həmin konsert müğənninin jurnalistlərə qarşı hörmətsiz rəftarı ilə yadda qalıb. Belə ki, şəhərin dəbdəbəli məkanlarından birində konserti olan sənətçinin əvvəl yerli mətbuata müsahibə verəcəyi bildirilib. Lakin Ferhat jurnalistlərə görünmədən səhnəyə çıxaraq konsert verib. Bundan sonra Göçerin musiqili proqramı yekunlaşıb. Dörd saatdan sonra Fərhat jurnalistlərə müsahibə vermək qərarına gəlib. Yerli kanalların mikrofonuna danışan Göçer media əməkdaşlarından üzr istəyib.
Yəhudi əsilli məşhur kamança ustası Mark Eliyahu Bakıda konsert verib. Markın maraqlı repertuardan ibarət dinamik və emosional konsert proqramı Heydər Əliyev Sarayında baş tutub.Konsert sənətçinin "About Love" adlı turnesi çərçivəsindədir. Gecəyə sənətçinin azərbaycanlı dinləyiciləri tərəfindən böyük maraq olub.
Bundan sonra Mustafa Sandal iyunun 18-də Bakıda səhnə alıb.
Türkiyəli pop ulduz Hande Yener iyunun 29-da Bakıya gəlib.
Demet Akalın isə digər həmkarlarından fərqli olaraq Naxçıvanda konsert verib
18 iyulda isə Beynəlxalq Muğam Mərkəzində Yaponiyanın məşhur piano ifaçısı və bəstəkarı Tempei Nakamuranın konserti keçirilib. Tədbir Yaponiyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə ərsəyə gəlmişdi. Tempei Nakamuranın konsertin sonunda himnimizi ifa etməsi ən yadda qalan məqamlardan biri oldu.
Sentyabr ayında Bakı Konqres Mərkəzində Türkiyənin məşhur müğənnisi Hadisə də konsert proqramı ilə çıxış edib.
Türkiyənin sevilən qrupu "Mor ve Ötesi" isə 21 oktyabrda Bakı Konqres Mərkəzində pərəstişkarları qarşısında çıxış edib.
Türkiyənin "Zakkum" qrupu da paytaxt Bakıda konsert proqramı ilə çıxış edib. Məşhur musiqi qrupu möhtəşəm ifaları ilə 5 noyabrda "Elektra Events Hall"da səhnə alıb.
29 noyabr 2022-ci il tarixində Heydər Əliyev Sarayının səhnəsində italiyalı tenor Alessandro Safina Qara Qarayev adına Azərbaycan kamera orkestrinin müşayiəti ilə çıxış etdi. Konsert zamanı dünya şöhrətli italyan tenoru, ona uğur gətirən yeni kompozisiyalar və bütün sevilən hitlərini ifa edib. Bundan başqa, Xalq artisti Emin Ağalarov italiyalı müğənni Alessandro Safina ilə duetini təqdim edib. Müğənnilər SSRİ Xalq artisti, əfsanəvi azərbaycanlı Müslüm Maqomayevin repertuarından olan "Mavi sonsuzluq" hit mahnını ifa ediblər.
Onlar bu kompozisiyanı ilk dəfə olaraq Maqomayevin 80 illik yubileyinə həsr olunmuş gecədə oxuyublar. Gecə 2022-ci il avqustun 17-də Bakıda Yaşıl teatrda təşkil olunmuşdu.
Dekabrın 1-də Türkiyənin məşhur aktrisası Demet Özdemir Bakıya gəlib.
Dekabrın 3-də isə Bakı Konqres Mərkəzində Türkiyənin tanınmış müğənnisi Yalının konserti baş tutub.
Fevral ayında Bakıya gələn Alişan dekabr ayında yenidən Azərbaycana gəlib.
İlin son konsertini isə Sərdar Ortac edəcək. Sevilən müğənni Sərdar Ortaçın Bakı konsertinə sayılı günlər qalıb. 28-29 dekabr axşamı, iki günlük konsert proqramı ilə Sərdar Ortaç səhnədə çıxış edəcək.
Sənətçi xüsusi orkestrı və canlı ifası ilə birgə səhnə alacaq. Gecə boyu pop ifaçı şou proqramla "Şazeli Sahne"də sevilən hitləri ilə pərəstişkarları qarşısında olacaq. Məşhur bəstəkar - müğənni Sərdar Ortaç növbəti dəfə paytaxtımızda mahnılarını canlı səsləndirəcək.
Xəbər lenti
0