CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni ilin ilk günü hava necə olacaq

© Sputnik / Murad OrujovBakıda buludlu hava, arxiv şəkli
Bakıda buludlu hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Abunə olmaq
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraitinin müşahidə olunacağı, bəzi yerlərdə duman olacağı gözlənilir.
BAKI, 31 dekabr - Sputnik. Yanvarın 1-nə olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-12° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 778 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3°-dək şaxta olacaq.
Xəbər lenti
0