https://sputnik.az/20221231/musiqi-yaddasi---bu-il-hansi-medeniyyet-tedbirleri-bas-tutdu-450221278.html
Musiqi yaddaşı - bu il hansı mədəniyyət tədbirləri baş tutdu?
Musiqi yaddaşı - bu il hansı mədəniyyət tədbirləri baş tutdu?
Sputnik Azərbaycan
Prezident İlham Əliyev 2022-ci il yanvarın 5-də "Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin Sərəncam... 31.12.2022, Sputnik Azərbaycan
2022-12-31T23:37+0400
2022-12-31T23:37+0400
2022-12-31T23:37+0400
şuşa
mədəniyyət
il
musiqi
tədbir
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441918201_0:67:1280:787_1920x0_80_0_0_9eda14e6ac8567cb2df1464db4890796.jpg
BAKI, 31 dekabr — Sputnik. Ötən il Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində 2022-ci ili "Şuşa İli" elan etdiyini bildirmiş, 2022-ci il yanvarın 5-də isə dövlətimizin başçısı "Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında" Sərəncam imzalamışdı. "Şuşa İli" Azərbaycan musiqi mədəniyyəti tarixində rəngarəng tədbir və layihələrlə yadda qaldı. 2022-ci ildə keçirilən bir-birindən maraqlı festivallar, müsabiqələr, yubiley gecələri uzun illər yaddaşlardan silinməyəcək. İlin ən yaddaqalan musiqi layihələrindən biri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı oldu. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən təşkil olunan festival azad Şuşanın mədəni həyatına ikinci dəfə rəng qatdı. Festivalda bir sıra ölkələrdən musiqi və folklor kollektivləri iştirak etdi. Bu il dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyi Prezident İlham Əliyevi müvafiq Sərəncamına əsasən, ölkəmizdə və xaricdə böyük təntənə ilə qeyd olundu. Noyabr ayında Azərbaycan Mədəniyyət Nazirliyi və UNESCO-nun birgə təşkilatçılığı ilə Parisdə, təşkilatın mənzil-qərargahında F.Əmirovun yubileyinə həsr edilmiş möhtəşəm musiqi axşamı keçirildi. Görkəmli bəstəkar SSRİ Xalq artisti Rauf Hacıyevin 100 illiyi dövlət səviyyəsində qeyd olundu. Yubiley münasibətilə musiqi festivalı keçirildi. Festival çərçivəsində Bakıda və regionlarda konsertlər, elmi konfranslar təşkil edildi. Dövlət başçısının Sərəncamı ilə görkəmli tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun isə 130 illiyi müxtəlif tədbirlərlə yadda qaldı. Bundan əlavə, il ərzində görkəmli xanəndələr, Xalq artistləri Sara Qədimova və Şövkət Ələkbərovanın 100, Habil Əliyevin 95, Emin Sabitoğlunun 85, dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin 80 illik yubileyləri müxtəlif tədbirlərlə qeyd edildi. Avqustda paytaxtdakı "Yaşıl Teatr"da, oktyabrda isə Heydər Əliyev Sarayında Maqomayevin yubileyinə həsr olunmuş musiqi axşamları xüsusilə yaddaqalan oldu. Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı 14-cü dəfə ölkəmizdən və xaricdən ifaçı və kollektivləri, mütəxəssisləri bir araya gətirdi. Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın konsertləri Üzeyir bəyin doğma şəhəri Şuşada da gerçəkləşdi. 2010-cu ildən Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəkidə keçirilən "İpək Yolu" Beynəlxalq Musiqi Festivalı pandemiyanın yaratdığı ikiillik fasilədən sonra bu il 11-ci dəfə təşkil olundu. Ölkəmizdə vokal ifaçılığının inkişafına töhfə vermək məqsədilə keçirilən Vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsinin bu il səkkizinci dəfə reallaşdı. 25 il öncə təməli qoyulan müsabiqəyə ilk dəfə sənətkarın doğma yurdu Şuşa şəhəri ev sahibliyi etdi. Caz həvəskarlarının iki ildir intizarla gözlədikləri Bakı Caz Festivalı bu il paytaxt sakinlərini və şəhərimizin qonaqlarını cazsız qoymadı. Mədəniyyət Nazirliyinin dəstəyi ilə festival 17-ci dəfə təşkil olundu. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən "Barokko günləri" Beynəlxalq Musiqi Festivalı, Bakı Beynəlxalq Piano Festivalı da ilin uğurlu mədəniyyət layihələrindən oldu. Nazirliyin "Yeni adlar" layihəsi isə gənc və istedadlı musiqiçilər üçün geniş meydan oldu. Gənc ifaçılar Azərbaycan Dövlət Akademik Filarmoniyasında ölkənin aparıcı orkestrlərinin müşayiəti və tanınmış dirijorların rəhbərliyi ilə imkanlarını nümayiş etdirmək fürsəti qazandılar. Heydər Əliyev Fondu və Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən VIII "Muğam" Televiziya Müsabiqəsi də muğamsevərlər üçün ilə bir naxış vurmuş oldu. Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə reallaşan, ictimaiyyətin marağını cəlb edən "Mədəni yenilənmə" layihəsi 2022-ci ildə də davam etdi. Kino, musiqi və digər sahələrdə tanınmış simalar şəhərimizin qonağı oldular. "Şuşa İli"ndə Azərbaycan musiqi mədəniyyətinin inkişafına töhfələr verən bir sıra sənətkarın da yubiley gecələri keçirildi. 60 il dirijor pultu arxasında dayanan görkəmli sənətkar, Xalq artisti, Dövlət mükafatı laureatı Rauf Abdullayevin 85 illiyi qeyd olundu. Maestronun yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında təntənəli gecə keçirildi. Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə və Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəylinin 75 illik yubileyləri keçirildi. Firəngiz Əlizadənin yubileyi münasibətilə musiqi festivalı təşkil olundu, paytaxtın musiqi salonlarında bəstəkarın əsərləri səsləndirildi. Firəngiz Əlizadənin yubileyi ölkəmizdən kənarda da qeyd edildi, o cümlədən dekabrda Almaniyada konsert keçirildi. Xalq artistləri – bəstəkar Eldar Mansurov və müğənni Sərxan Sərxanın 70, bəstəkar Sərdar Fərəcovun 65 illiyinə həsr olunan tədbirlər də ilin musiqi yaddaşına yazıldı. Uşaq və yeniyetmələrin incəsənətin müxtəlif istiqamətləri üzrə püxtələşməsində xüsusi yeri olan Azərbaycan Dövlət Uşaq Filarmoniyası bu il 30 yaşını qeyd etdi. İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin isə 100 yaşı ilə bağlı tədbir keçirildi. ABŞ-nin Boston şəhərində yaşayan azərbaycanlı cazmen, pianoçu, Əməkdar artist Emil Əfrasiyab ilk dəfə ölkəmizi Kaliforniya ştatında 65-ci Monterey Caz Festivalında təmsil etdi. 2022-ci ildə təşkil edilən bu çoxsaylı və rəngarəng tədbirlər doğma Azərbaycanımızı yaxın, uzaq məmləkətlərdə tanıtmaqla yanaşı, həm də milli mədəniyyətimizin yaşadılmasına və təbliğinə böyük töhfə verdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441918201_72:0:1209:853_1920x0_80_0_0_08be13efe008070c3959f8df3476a621.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa, il, musiqi, tədbir
Musiqi yaddaşı - bu il hansı mədəniyyət tədbirləri baş tutdu?
Prezident İlham Əliyev 2022-ci il yanvarın 5-də "Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin Sərəncam əsasında bu il ölkəmizdə xeyli sayda mədəniyyət tədbirləri keçirilib.
BAKI, 31 dekabr — Sputnik. Ötən il Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində 2022-ci ili "Şuşa İli" elan etdiyini bildirmiş, 2022-ci il yanvarın 5-də isə dövlətimizin başçısı "Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında" Sərəncam imzalamışdı. "Şuşa İli" Azərbaycan musiqi mədəniyyəti tarixində rəngarəng tədbir və layihələrlə yadda qaldı.
2022-ci ildə keçirilən bir-birindən maraqlı festivallar, müsabiqələr, yubiley gecələri uzun illər yaddaşlardan silinməyəcək.
İlin ən yaddaqalan musiqi layihələrindən biri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı oldu. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən təşkil olunan festival azad Şuşanın mədəni həyatına ikinci dəfə rəng qatdı. Festivalda bir sıra ölkələrdən musiqi və folklor kollektivləri iştirak etdi.
Bu il dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyi Prezident İlham Əliyevi müvafiq Sərəncamına əsasən, ölkəmizdə və xaricdə böyük təntənə ilə qeyd olundu. Noyabr ayında Azərbaycan Mədəniyyət Nazirliyi və UNESCO-nun birgə təşkilatçılığı ilə Parisdə, təşkilatın mənzil-qərargahında F.Əmirovun yubileyinə həsr edilmiş möhtəşəm musiqi axşamı keçirildi.
Görkəmli bəstəkar SSRİ Xalq artisti Rauf Hacıyevin 100 illiyi dövlət səviyyəsində qeyd olundu. Yubiley münasibətilə musiqi festivalı keçirildi. Festival çərçivəsində Bakıda və regionlarda konsertlər, elmi konfranslar təşkil edildi.
Dövlət başçısının Sərəncamı ilə görkəmli tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun isə 130 illiyi müxtəlif tədbirlərlə yadda qaldı. Bundan əlavə, il ərzində görkəmli xanəndələr, Xalq artistləri Sara Qədimova və Şövkət Ələkbərovanın 100, Habil Əliyevin 95, Emin Sabitoğlunun 85, dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin 80 illik yubileyləri müxtəlif tədbirlərlə qeyd edildi. Avqustda paytaxtdakı "Yaşıl Teatr"da, oktyabrda isə Heydər Əliyev Sarayında Maqomayevin yubileyinə həsr olunmuş musiqi axşamları xüsusilə yaddaqalan oldu.
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı 14-cü dəfə ölkəmizdən və xaricdən ifaçı və kollektivləri, mütəxəssisləri bir araya gətirdi. Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın konsertləri Üzeyir bəyin doğma şəhəri Şuşada da gerçəkləşdi.
2010-cu ildən Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəkidə keçirilən "İpək Yolu" Beynəlxalq Musiqi Festivalı pandemiyanın yaratdığı ikiillik fasilədən sonra bu il 11-ci dəfə təşkil olundu.
Ölkəmizdə vokal ifaçılığının inkişafına töhfə vermək məqsədilə keçirilən Vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsinin bu il səkkizinci dəfə reallaşdı. 25 il öncə təməli qoyulan müsabiqəyə ilk dəfə sənətkarın doğma yurdu Şuşa şəhəri ev sahibliyi etdi.
Caz həvəskarlarının iki ildir intizarla gözlədikləri Bakı Caz Festivalı bu il paytaxt sakinlərini və şəhərimizin qonaqlarını cazsız qoymadı. Mədəniyyət Nazirliyinin dəstəyi ilə festival 17-ci dəfə təşkil olundu.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən "Barokko günləri" Beynəlxalq Musiqi Festivalı, Bakı Beynəlxalq Piano Festivalı da ilin uğurlu mədəniyyət layihələrindən oldu.
Nazirliyin "Yeni adlar" layihəsi isə gənc və istedadlı musiqiçilər üçün geniş meydan oldu. Gənc ifaçılar Azərbaycan Dövlət Akademik Filarmoniyasında ölkənin aparıcı orkestrlərinin müşayiəti və tanınmış dirijorların rəhbərliyi ilə imkanlarını nümayiş etdirmək fürsəti qazandılar.
Heydər Əliyev Fondu və Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən VIII "Muğam" Televiziya Müsabiqəsi də muğamsevərlər üçün ilə bir naxış vurmuş oldu.
Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə reallaşan, ictimaiyyətin marağını cəlb edən "Mədəni yenilənmə" layihəsi 2022-ci ildə də davam etdi. Kino, musiqi və digər sahələrdə tanınmış simalar şəhərimizin qonağı oldular.
"Şuşa İli"ndə Azərbaycan musiqi mədəniyyətinin inkişafına töhfələr verən bir sıra sənətkarın da yubiley gecələri keçirildi. 60 il dirijor pultu arxasında dayanan görkəmli sənətkar, Xalq artisti, Dövlət mükafatı laureatı Rauf Abdullayevin 85 illiyi qeyd olundu. Maestronun yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında təntənəli gecə keçirildi.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə və Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəylinin 75 illik yubileyləri keçirildi. Firəngiz Əlizadənin yubileyi münasibətilə musiqi festivalı təşkil olundu, paytaxtın musiqi salonlarında bəstəkarın əsərləri səsləndirildi. Firəngiz Əlizadənin yubileyi ölkəmizdən kənarda da qeyd edildi, o cümlədən dekabrda Almaniyada konsert keçirildi.
Xalq artistləri – bəstəkar Eldar Mansurov və müğənni Sərxan Sərxanın 70, bəstəkar Sərdar Fərəcovun 65 illiyinə həsr olunan tədbirlər də ilin musiqi yaddaşına yazıldı.
Uşaq və yeniyetmələrin incəsənətin müxtəlif istiqamətləri üzrə püxtələşməsində xüsusi yeri olan Azərbaycan Dövlət Uşaq Filarmoniyası bu il 30 yaşını qeyd etdi. İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin isə 100 yaşı ilə bağlı tədbir keçirildi.
ABŞ-nin Boston şəhərində yaşayan azərbaycanlı cazmen, pianoçu, Əməkdar artist Emil Əfrasiyab ilk dəfə ölkəmizi Kaliforniya ştatında 65-ci Monterey Caz Festivalında təmsil etdi.
2022-ci ildə təşkil edilən bu çoxsaylı və rəngarəng tədbirlər doğma Azərbaycanımızı yaxın, uzaq məmləkətlərdə tanıtmaqla yanaşı, həm də milli mədəniyyətimizin yaşadılmasına və təbliğinə böyük töhfə verdi.