https://sputnik.az/20221231/lin-teatr-menzeresi---bu-il-teatrlarimizda-hansi-repertuarlarla-yaddasda-qaldi-450236671.html
İlin teatr mənzərəsi - Bu il teatrlarımızda hansı repertuarlarla yaddaşda qaldı?
İlin teatr mənzərəsi - Bu il teatrlarımızda hansı repertuarlarla yaddaşda qaldı?
Sputnik Azərbaycan
2022-ci il Azərbaycan teatrlarının cari repertuarında, yeni tamaşalarında da öz əksini tapdı. İl ərzində bir-birindən baxımlı tamaşalar hazırlanaraq təqdim... 31.12.2022, Sputnik Azərbaycan
2022-12-31T22:12+0400
2022-12-31T22:12+0400
2022-12-31T22:12+0400
teatr
mədəniyyət
mədəniyyət nazirliyi
səhnə
tamaşa
şuşa
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0a/427664750_0:160:3073:1888_1920x0_80_0_0_9220e26d35a22dc4e81e6e4706cbe9eb.jpg
BAKI, 31 dekabr — Sputnik. 2022-ci il Azərbaycan teatrlarının cari repertuarında, yeni tamaşalarında da öz əksini tapdı. İl ərzində bir-birindən baxımlı tamaşalar hazırlanaraq təqdim olundu və teatrlarımız ilə yeni sənət uğurları ilə yekun vurdu. İl ərzində iki teatr festivalı – Mədəniyyət Nazirliyinin dəstəyi ilə "4.4" Qısa Tamaşalar və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə qurumun 125 illik yubileyinə həsr olunmuş "Milli klassika" festivalları da keçirildi. Üstəlik, bir sıra teatrlarımız ölkə xaricində də festivallara qatıldılar. Bu il Akademik Milli Dram Teatrı üçün əlamətdar hadisələrlə yadda qaldı. Teatrda Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə həsr olunan "Zəfər yolu" tamaşasının premyerası oldu. Yaradıcı heyət Türkiyənin Trabzon şəhərində keçirilən Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında "On ikinci gecə, yaxud hər nə istəsəniz" tamaşası ilə çıxış etdi. Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı kimi görkəmli sənətkarların yubiley tədbirlərinin təşkil olunduğu teatrın bu il üçün son premyerası "Xurşidbanu Natəvan" tamaşası oldu. Akademik Opera və Balet Teatrı da ili premyeralarla qeyd etdi. Teatrda "Bir Xəzər əfsanəsi" baleti, "Toska" operası yeni quruluşda təqdim olundu. "Babək" baleti də yenidən sənətsevərlərin ixtiyarına verildi. Kollektiv Fikrət Əmirovun "Sevil" operası ilə Şəki İpək Yolu Festivalında və bəstəkarın 100 illiyinə həsr olunmuş festival çərçivəsində Gəncə Dövlət Filarmoniyasında çıxış etdi. Yaradıcı heyət "Milli klassika" festivalına F.Əmirovun "Min bir gecə" baleti ilə qatılaraq mükafatlandırıldı. Kollektiv "Min bir gecə" baletini Gəncə səhnəsində də nümayiş etdirdi. "Şuşa İli"ndə Akademik Musiqili Teatr da bir sıra maraqlı layihələrə imza adı. Bu sıraya ingilis dilində "Anamın kitabı", eləcə də "Sehrli nəğmə" (uşaqlar üçün) tamaşalarını aid etmək olar. Həmçinin "Lara Martin"s Jazz Club" (caz tamaşa), "Bəxtiyar" (musiqili komediya), "Məchul pilləkən" (balet-tamaşa), "Psix" (birhissəli cəngavərlik oyunu) bu ilin səhnə məhsullarındandır. Bu il Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında dörd yeni səhnə işinin – "Və bir qadın gəldi...", "Mən, sən, o və telefon", "Qələbə" və "Sevgi@Toçka.ru" premyerası ilə yadda qaldı. V.Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrının Bakıya qastrolu zamanı Rus Dram Teatrının səhnəsində çıxış etməsi də bu sənət ocağının aktivinə yazıla bilər. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında da il ərzində dörd yeni tamaşanın – "Qağayı", "İnanıram", "Kod adı "V.X.A" və "Mauqli"nin premyerası oldu. Kollektiv may ayında Makedoniyanın Bitola şəhərində keçirilmiş Beynəlxalq Monodram Teatr Festivalında "Dəlinin qeydləri" mono-tamaşası ilə təmsil olundu və mükafatlandırıldı. "4.4" Qısa Tamaşalar Festivalında isə teatrın daha bir yaradıcılıq məhsulu – "İnanıram" tamaşası ikinci yerə layiq görüldü. Dövlət Yuğ Teatrında bu il üç premyera – "Kloun Bizzz", "Şəbədə" və "Toy dəsgahı" baş tutdu. Yuğçular may ayında Konyada (Türkiyə ) keçirilən "Min nəfəs bir səs", oktyabrda isə Almatı şəhərində (Qazaxıstan) Orta Asiya ölkələrinin VIII Beynəlxalq Teatr festivallarında çıxış etdilər. Dövlət Pantomima Teatrı bu il daha çox vaxtilə repertuarında olmuş tamaşaların bərpa-nümayişlərinə üstünlük verdi. Bununla belə, yaradıcı heyət "4.4" Qısa Tamaşalar Festivalının qalibi oldu ("Şinel" tamaşası, I yer ). Hazırda Bakıda fəaliyyətini davam etdirən Şuşa Dövlət Musiqili Dram Teatrı "Ana", "Qaraca qız", "Göyçək Fatma", "Qırmızıpapaq" tamaşalarının premyeralarını, həmçinin Vətən müharibəsində şanlı Zəfərin ikinci ildönümünə həsr olunmuş "Dəmir yumruq" adlı ədəbi-bədii kompozisiyasını tamaşaçılara təqdim etdi. İl ərzində "Boy çiçəyi" və "Aktyor əbədiyyətə qovuşanda" tamaşaları da bərpa edildi. Teatrın kollektivinin öz doğma şəhərində – azad Şuşada ilk çıxışı ("Müsyö Jordan və dərviş Məstəli şah" tamaşasının açıq havada nümayişi) da bu ilin əlamətdar hadisələrindəndir. Hazırda binası təmir-bərpada olan 140 yaşlı İrəvan Dövlət Azərbaycan Dram Teatrı il ərzində iki tamaşa təqdim etdi. Bunlar "Burdan min atlı keçdi" və "Beş dul qadın və rəis" adlı səhnə əsərləridir. "Şuşa İli"ndə bölgə teatrları da yeni səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gəldi. İl ərzində təqdim olunan tamaşalar teatrlarımızın yaradıcılıq axtarışlarını göstərməklə yanaşı, həm də yeni hədəflərini müəyyənləşdirmək baxımından qiymətləndirilə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0a/427664750_170:0:2901:2048_1920x0_80_0_0_f28c8381e1b9dbec25688afc305b38ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
teatr, mədəniyyət nazirliyi, səhnə, tamaşa, şuşa
teatr, mədəniyyət nazirliyi, səhnə, tamaşa, şuşa
İlin teatr mənzərəsi - Bu il teatrlarımızda hansı repertuarlarla yaddaşda qaldı?
2022-ci il Azərbaycan teatrlarının cari repertuarında, yeni tamaşalarında da öz əksini tapdı. İl ərzində bir-birindən baxımlı tamaşalar hazırlanaraq təqdim olundu və teatrlarımız ilə yeni sənət uğurları ilə yekun vurdu
BAKI, 31 dekabr — Sputnik. 2022-ci il Azərbaycan teatrlarının cari repertuarında, yeni tamaşalarında da öz əksini tapdı. İl ərzində bir-birindən baxımlı tamaşalar hazırlanaraq təqdim olundu və teatrlarımız ilə yeni sənət uğurları ilə yekun vurdu.
İl ərzində iki teatr festivalı – Mədəniyyət Nazirliyinin dəstəyi ilə "4.4" Qısa Tamaşalar və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə qurumun 125 illik yubileyinə həsr olunmuş "Milli klassika" festivalları da keçirildi. Üstəlik, bir sıra teatrlarımız ölkə xaricində də festivallara qatıldılar.
Bu il Akademik Milli Dram Teatrı üçün əlamətdar hadisələrlə yadda qaldı. Teatrda Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə həsr olunan "Zəfər yolu" tamaşasının premyerası oldu. Yaradıcı heyət Türkiyənin Trabzon şəhərində keçirilən Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında "On ikinci gecə, yaxud hər nə istəsəniz" tamaşası ilə çıxış etdi. Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı kimi görkəmli sənətkarların yubiley tədbirlərinin təşkil olunduğu teatrın bu il üçün son premyerası "Xurşidbanu Natəvan" tamaşası oldu.
Akademik Opera və Balet Teatrı da ili premyeralarla qeyd etdi. Teatrda "Bir Xəzər əfsanəsi" baleti, "Toska" operası yeni quruluşda təqdim olundu. "Babək" baleti də yenidən sənətsevərlərin ixtiyarına verildi.
Kollektiv Fikrət Əmirovun "Sevil" operası ilə Şəki İpək Yolu Festivalında və bəstəkarın 100 illiyinə həsr olunmuş festival çərçivəsində Gəncə Dövlət Filarmoniyasında çıxış etdi. Yaradıcı heyət "Milli klassika" festivalına F.Əmirovun "Min bir gecə" baleti ilə qatılaraq mükafatlandırıldı. Kollektiv "Min bir gecə" baletini Gəncə səhnəsində də nümayiş etdirdi.
"Şuşa İli"ndə Akademik Musiqili Teatr da bir sıra maraqlı layihələrə imza adı. Bu sıraya ingilis dilində "Anamın kitabı", eləcə də "Sehrli nəğmə" (uşaqlar üçün) tamaşalarını aid etmək olar. Həmçinin "Lara Martin"s Jazz Club" (caz tamaşa), "Bəxtiyar" (musiqili komediya), "Məchul pilləkən" (balet-tamaşa), "Psix" (birhissəli cəngavərlik oyunu) bu ilin səhnə məhsullarındandır.
Bu il Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında dörd yeni səhnə işinin – "Və bir qadın gəldi...", "Mən, sən, o və telefon", "Qələbə" və "Sevgi@Toçka.ru" premyerası ilə yadda qaldı.
V.Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrının Bakıya qastrolu zamanı Rus Dram Teatrının səhnəsində çıxış etməsi də bu sənət ocağının aktivinə yazıla bilər.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında da il ərzində dörd yeni tamaşanın – "Qağayı", "İnanıram", "Kod adı "V.X.A" və "Mauqli"nin premyerası oldu.
Kollektiv may ayında Makedoniyanın Bitola şəhərində keçirilmiş Beynəlxalq Monodram Teatr Festivalında "Dəlinin qeydləri" mono-tamaşası ilə təmsil olundu və mükafatlandırıldı. "4.4" Qısa Tamaşalar Festivalında isə teatrın daha bir yaradıcılıq məhsulu – "İnanıram" tamaşası ikinci yerə layiq görüldü.
Dövlət Yuğ Teatrında bu il üç premyera – "Kloun Bizzz", "Şəbədə" və "Toy dəsgahı" baş tutdu. Yuğçular may ayında Konyada (Türkiyə ) keçirilən "Min nəfəs bir səs", oktyabrda isə Almatı şəhərində (Qazaxıstan) Orta Asiya ölkələrinin VIII Beynəlxalq Teatr festivallarında çıxış etdilər.
Dövlət Pantomima Teatrı bu il daha çox vaxtilə repertuarında olmuş tamaşaların bərpa-nümayişlərinə üstünlük verdi. Bununla belə, yaradıcı heyət "4.4" Qısa Tamaşalar Festivalının qalibi oldu ("Şinel" tamaşası, I yer ).
Hazırda Bakıda fəaliyyətini davam etdirən Şuşa Dövlət Musiqili Dram Teatrı "Ana", "Qaraca qız", "Göyçək Fatma", "Qırmızıpapaq" tamaşalarının premyeralarını, həmçinin Vətən müharibəsində şanlı Zəfərin ikinci ildönümünə həsr olunmuş "Dəmir yumruq" adlı ədəbi-bədii kompozisiyasını tamaşaçılara təqdim etdi. İl ərzində "Boy çiçəyi" və "Aktyor əbədiyyətə qovuşanda" tamaşaları da bərpa edildi. Teatrın kollektivinin öz doğma şəhərində – azad Şuşada ilk çıxışı ("Müsyö Jordan və dərviş Məstəli şah" tamaşasının açıq havada nümayişi) da bu ilin əlamətdar hadisələrindəndir.
Hazırda binası təmir-bərpada olan 140 yaşlı İrəvan Dövlət Azərbaycan Dram Teatrı il ərzində iki tamaşa təqdim etdi. Bunlar "Burdan min atlı keçdi" və "Beş dul qadın və rəis" adlı səhnə əsərləridir.
"Şuşa İli"ndə bölgə teatrları da yeni səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gəldi.
İl ərzində təqdim olunan tamaşalar teatrlarımızın yaradıcılıq axtarışlarını göstərməklə yanaşı, həm də yeni hədəflərini müəyyənləşdirmək baxımından qiymətləndirilə bilər.