CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fişəng və "vzrıvpaket"lər uşaqlar üçün qorxuludurmu?

© pixabay / meineresterampeFişəng
Fişəng - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Abunə olmaq
Psixoloq bildirir ki, qəfil, yüksək səs 5-6 yaşadək uşaqların sinir sistemlərinə çox ciddi təsir edir.
BAKI, 31 dekabr — Sputnik. Hazırlıqlı, yəni hamının bunun baş verə biləcəyini gözlədiyi vaxtda fişəng atılması və ya partladılması heç bir fobiya yaratmır. Qəfildən baş verdikdə isə, bu, nəinki uşaqlarda, böyüklərdə də qorxu, stres yarada bilər. Bunu Sputnik Azərbaycan-a açıqlamasında psixoloq Asəf Kərimov deyib.
Onun sözlərinə görə, xüsusən də müharibə ilə bağlı travması olan uşaqlara bu cür səs-küyün çox mənfi təsiri var.
Psixoloq bildirir ki, yaşanan müəyyən travmalardan sonra bəzən uzun müddətlik sakitləşmə təmin olunnsa da, sonradan, gizlin şəkildə həmin qorxu, stres geri qayıdır, həmin şəxslər müəyyən yüksək səsdən uzun müddət özlərinə gəlməyə də bilərlər:

"Uşaqlar 2 yaşadək qorxu hissini çox yaşamırlar. Qorxu hissi 2 yaşdan sonra yaranmağa başlayır. Lakin yüksək səs körpə uşaqlar üçün də çox ziyandır. Bir pasiyentim olub, 6 aylıq olanda Tərtərdə top mərmisi partlamışdı. O uşaq böyüsə də stres, qorxu içində idi. Travma uşağın sinir sisteminə təsir etmişdi. Qəfil, yüksək səs 5-6 yaşadək uşaqların sinir sistemlərinə çox ciddi təsir edir".

Mütəxəssis onu da deyib ki, uşaqları ümumiyyətlə yüksək səsdən uzaq saxlamaq lazımdır.
Digər psixoloq Elnur Rüstəmov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhlükəsizlik qorunarsa, öncədən uşaqlar bu haqda məlumatlı olarsa, onlara xəbərdarlıq edilərsə, yüksək səs, fişəng atılması, "vzrıvpaket" (fişəng) partladılması qorxulu olmaya bilər:

"Əks halda uşaqlarda müəyyən qorxular, fobiyalar yarana bilər. Ümumiyyətlə, fişənglər nəinki uşaqlarda, yaşlılarda, ürək, qan-damar sistemində problem olan şəxslərdə, həssas insanlarda narahatlıq yaradır, hətta müharibə travmasını yenidən oyatmış olur".

© Photo : APAPsixoloq Elnur Rüstəmov
Psixoloq Elnur Rüstəmov - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Psixoloq Elnur Rüstəmov
Psizoloq onu da bildirib ki, "bu cür partlayıcılar, fişənglər birmənalı şəkildə uşaqlara satılmamalıdır".
Xəbər lenti
0