CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu il ANAMA tərəfindən piyada əleyhinə 8780 zərərsizləşdirilib

© AR Ministry of DefenceAzad edilmiş ərazilərdə minatəmizləmə işləri, arxiv şəkli
Azad edilmiş ərazilərdə minatəmizləmə işləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Abunə olmaq
Dekabrın 1-dən 30-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 146 mina zərərsizləşdirilib.
BAKI, 31 dekabr - Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq və illik məlumatları açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, dekabrın 1-dən 30-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 146, tank əleyhinə 405 mina və 1370 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən ay ərzində 2263,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Ümumilikdə bu il ərzində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 8780, tank əleyhinə 4133 mina və 14 min partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
İl ərzində 41 min 915,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Xəbər lenti
0