Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident bir qrup şəxsi, eləcə də Şəhriyar Məmmədyarovun atasını təltif edib

Prezident İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 30.12.2022
Abunə olmaq
Prezidentin digər sərəncamına əsasən, Çopsiyev İsmayıl Səməd oğlu və Məmmədyarov Həmid Hilal oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
BAKI, 30 dekabr - Sputnik. Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncamlar imzalayıb.
Dövlət başçısının sərəncamı ilə Çələbiyev Cavid Namiq oğlu, Əsədov Fuad İsmayıl oğlu, İsmayılov Çingiz Məmməd oğlu və Məmmədzadə Nurlana Balahüseyn qızı “Tərəqqi” medalı ilə təltif ediliblər.
Prezidentin digər sərəncamına əsasən, Çopsiyev İsmayıl Səməd oğlu və Məmmədyarov Həmid Hilal oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Bundan əlavə, daha bir sərəncamla aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:
Cəfərov Ağanağı Cəfər oğlu
Həmidov Tofik Sadıq oğlu
Həsənov Məlik Ənvəroviç
Xanəliyev Tofiq Sarxan oğlu
İsmayılov Musa Çoban oğlu
Qurbanov Ağa Yusif Kazım oğlu
Mustafayev Ramiz Yaqub oğlu
Namazəliyev Əfsər Hüseyn oğlu
Rəcəbov Faiq Əbdül oğlu
Rəşidov Rəşad Yusif oğlu
Tahirov İsmayıl Ağababa oğlu
Umudov Firdovsi Qəminalı oğlu
Vahabzadə Asmira Hacı qızı
Zudov Aleksandr Nikolayeviç.
Qeyd edək ki, onların hər biri Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə təltif olunub.
Xatırladaq ki, Həmid Məmmədyarov Azərbaycanın dünya şahmatçısı, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarovun atasıdır.
Xəbər lenti
0