Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Naxçıvanda daha bir yenilik olacaq

© Photo : APANaxçıvana mənzərə
Naxçıvana mənzərə - Sputnik Azərbaycan, 1920, 30.12.2022
Abunə olmaq
Sədr bildirib ki, Naxçıvanda tikintisi davam etdirilən DOST Mərkəzinin 2023-cü ilin sonuna qədər açılışı planlaşdırılır.
BAKI, 30 dekabr — Sputnik. Naxçıvan Muxtar Respublikasında DOST Mərkəzi yaradılacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, Naxçıvanda tikintisi davam etdirilən DOST Mərkəzinin 2023-cü ilin sonuna qədər açılışı planlaşdırılır:
"Həmçinin Naxçıvanda yaşayan vətəndaşların məlumatlarının da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi sistemimə inteqrasiyası ilə bağlı işlər aparılır. Bu fəaliyyət növbəti il ərzində davam etdiriləcək".
O qeyd edib ki, hazırda Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarda mərkəzlərin yekun layihələndirmə-tikinti işləri aparılır:
"2025-ci ilin sonunadək 17 regional "DOST" mərkəzinin və 55 rayon filiallarının istifadəyə verilməsi nəzərdə tutulub".
Xatırladaq ki, bundan əvvəl Naxçıvanda elektron hökumətə keçidin ilk addımları atılıb.
Muxtar Respublikada 11 dövlət qurumunun rəsmi internet səhifəsi Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən yenilənib. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin (nnk.gov.az), Ali Məhkəməsinin (nsupremecourt.gov.az), Mərkəzi Seçki Komissiyasının (nmsk.gov.az), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (neco.gov.az), Kənd Təsərrüfatı Nazirliyinin (nagro.gov.az), Energetika Dövlət Xidmətinin (nminenergy.gov.az), Dövlət İmtahan Mərkəzinin (ndim.gov.az) internet səhifələrinin audit yoxlamaları aparıldıqdan sonra "GOV.AZ" domen zonasına köçürülməsi planlı olaraq həyata keçirilməkdədir.
Naxçıvan şəhəri - Sputnik Azərbaycan, 1920, 29.12.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Naxçıvanda elektron hökumətə keçidin ilk addımları atılıb
Xəbər lenti
0