https://sputnik.az/20221230/milli-parklari-ne-qeder-turist-ziyaret-edib-resmi-aciqlama-450208751.html
Milli parkları nə qədər turist ziyarət edib? Rəsmi açıqlama
Milli parkları nə qədər turist ziyarət edib? Rəsmi açıqlama
Sputnik Azərbaycan
Firuddin Əliyev bildirib ki, parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub. 30.12.2022, Sputnik Azərbaycan
2022-12-30T16:17+0400
2022-12-30T16:17+0400
2022-12-30T16:17+0400
milli park
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/03/02/426359374_0:0:2268:1276_1920x0_80_0_0_67b0697f158e58364284745cf377018d.jpg
BAKI, 30 dekabr — Sputnik. Milli parklara səfər edən turistlərin sayı ilbəil artır. Bu il ərzində ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklarımız Göygöl, Şahdağ və Abşeron milli parklarıdır. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib. "Milli parklarımıza il ərzində ümumilikdə 276 703 nəfər turist səfər edib. Parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub". Xidmət rəisinin sözlərinə görə, ölkəmizin füsunkar guşələrində yerləşən milli parkların təbliği, orada təşkil olunan maarifləndirici tədbirlər, milli parklardan bütün fəsilləri əhatə edən və biomüxtəlifliyi əks etdirən maraqlı, rəngarəng video və foto görüntülər də gözəl təbiət ərazilərimizə olan marağın artmasına bu il də şərait yaradıb. F.Əliyev Azərbaycan təbiətini sevən, onun gözəlliklərinə dəyər verən bütün turistləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarını, eləcə də tətil günlərini milli parklarımızda keçirməyə dəvət edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/02/426359374_0:0:2268:1701_1920x0_80_0_0_015f77ca80b5a288f5803b914f5408c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
milli park
Milli parkları nə qədər turist ziyarət edib? Rəsmi açıqlama
Firuddin Əliyev bildirib ki, parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub.
BAKI, 30 dekabr — Sputnik. Milli parklara səfər edən turistlərin sayı ilbəil artır. Bu il ərzində ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklarımız Göygöl, Şahdağ və Abşeron milli parklarıdır. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib. "Milli parklarımıza il ərzində ümumilikdə 276 703 nəfər turist səfər edib. Parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub".
Xidmət rəisinin sözlərinə görə, ölkəmizin füsunkar guşələrində yerləşən milli parkların təbliği, orada təşkil olunan maarifləndirici tədbirlər, milli parklardan bütün fəsilləri əhatə edən və biomüxtəlifliyi əks etdirən maraqlı, rəngarəng video və foto görüntülər də gözəl təbiət ərazilərimizə olan marağın artmasına bu il də şərait yaradıb.
F.Əliyev Azərbaycan təbiətini sevən, onun gözəlliklərinə dəyər verən bütün turistləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarını, eləcə də tətil günlərini milli parklarımızda keçirməyə dəvət edib.