https://sputnik.az/20221230/milli-meclis-dunya-azerbaycanlilarinin-hemreyliyi-gunu-munasibetile-muraciet-qebul-edib-450208470.html
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib
Sputnik Azərbaycan
Müraciətdə bildirilir ki, Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərpa edilməsi üçün mümkün olan bütün tədbirləri görür, təəssüf ki... 30.12.2022, Sputnik Azərbaycan
2022-12-30T14:33+0400
2022-12-30T14:33+0400
2022-12-30T14:33+0400
milli məclis
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441917942_0:67:1280:787_1920x0_80_0_0_17bb67f5aab867bf027a53c9e333d126.jpg
BAKI, 30 dekabr-Sputnik. Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib. Parlamentin bu gün keçirilən iclasında "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında" Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb. Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Müraciəti deputat Anar Məmmədov oxuyub. Müraciətdə deyilir: "Bəşər sivilizasiyanın indiki mərhələsi millətlərin tarixi rollarının yeni məzmun kəsb etməsi ilə fərqlənir. Taleyin hökmü ilə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlılarının hüquqlarının qorunması, onların inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ayrılmaz hissəsidir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar milli maraqlarımızın həyata keçirilməsinin zəruriliyini bu gün daha dərindən dərk edirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuza dünya azərbaycanlılarının göstərdiyi dəstək torpaqlarımızın 30 illik işğaldan azad olunmasına töhfə verib. Qəhrəman Azərbaycan əsgərinin sıldırım qayaları aşaraq azad etdiyi Şuşada keçirilən Azərbaycanlıların Zəfər Qurultayı bu həqiqəti dünyaya bir daha göstərmişdir. Bu gün Azərbaycanın qazandığı uğurlar bütün dünya azərbaycanlılarını qəlbdən sevindirir. Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərpa edilməsi üçün mümkün olan bütün tədbirləri görür, təəssüf ki, dövlətimizin sülh səylərini pozmaq istəyən qüvvələr var. Dünya azərbaycanlıları xalqımıza qarşı qərəzli siyasət aparanlara qarşı daha fəal rol oynamalıdır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hamınızı təbrik edirik".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441917942_72:0:1209:853_1920x0_80_0_0_986f4d180923e5504037f41fccaae26a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib
Müraciətdə bildirilir ki, Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərpa edilməsi üçün mümkün olan bütün tədbirləri görür, təəssüf ki, dövlətimizin sülh səylərini pozmaq istəyən qüvvələr var.
BAKI, 30 dekabr-Sputnik. Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib.
Parlamentin bu gün keçirilən iclasında "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında" Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Müraciəti deputat Anar Məmmədov oxuyub.
"Bəşər sivilizasiyanın indiki mərhələsi millətlərin tarixi rollarının yeni məzmun kəsb etməsi ilə fərqlənir. Taleyin hökmü ilə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlılarının hüquqlarının qorunması, onların inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ayrılmaz hissəsidir.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar milli maraqlarımızın həyata keçirilməsinin zəruriliyini bu gün daha dərindən dərk edirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuza dünya azərbaycanlılarının göstərdiyi dəstək torpaqlarımızın 30 illik işğaldan azad olunmasına töhfə verib.
Qəhrəman Azərbaycan əsgərinin sıldırım qayaları aşaraq azad etdiyi Şuşada keçirilən Azərbaycanlıların Zəfər Qurultayı bu həqiqəti dünyaya bir daha göstərmişdir. Bu gün Azərbaycanın qazandığı uğurlar bütün dünya azərbaycanlılarını qəlbdən sevindirir. Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərpa edilməsi üçün mümkün olan bütün tədbirləri görür, təəssüf ki, dövlətimizin sülh səylərini pozmaq istəyən qüvvələr var.
Dünya azərbaycanlıları xalqımıza qarşı qərəzli siyasət aparanlara qarşı daha fəal rol oynamalıdır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hamınızı təbrik edirik".