https://sputnik.az/20221230/faizler-dehlizi-banklarda-faizlere-tesir-edib---lk-defe-450198208.html
Faizlər dəhlizi banklarda faizlərə təsir edib - İlk dəfə
Faizlər dəhlizi banklarda faizlərə təsir edib - İlk dəfə
Sputnik Azərbaycan
Mərkəzi Bank bəyan edib ki, buna pul siyasəti ilə bağlı təklif edilən yeni alətlər təsir edib. 30.12.2022, Sputnik Azərbaycan
2022-12-30T18:25+0400
2022-12-30T18:25+0400
2022-12-30T18:25+0400
bank
iqtisadiyyat
mərkəzi bank
https://cdnn1.img.sputnik.az/img/07e4/07/15/424494561_0:0:3073:1728_1920x0_80_0_0_f8a2a00ff825e445bd450fb59e4ea56a.jpg
BAKI, 30 dekabr — Sputnik. İlk dəfə faiz dəhlizinin parametrlərinin banklararası bazarda faizlərə təsiri müşahidə olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilib. Buna pul siyasəti ilə bağlı təklif edilən yeni alətlərin təsir etdiyi bildirilib. Qeyd edilib ki, banklararası təminatsız pul bazarında 1 günlük əməliyyatların orta faizi noyabrda oktyabrla müqayisədə 0.6 faiz bəndi yüksək olub. Qeyd olunanlar pul siyasəti qərarlarının faiz kanalı ilə transmissiyasının yaxşılaşdığını göstərir. "Ümumilikdə, yeni əməliyyat çərçivəsinin tətbiqi pul siyasətinin alternativ lövbərinin formalaşmasına, pul siyasətinin transmissiyasında faiz kanalının gücləndirilməsinə xidmət edir. Yeni alətlərin tətbiqi ilə sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi kredit qoyuluşlarının balanslı artımının təmin edilməsi və ortamüddətli perspektivdə valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından da vacibdir. Eyni zamanda yeni alətlərin tətbiqi və banklararası pul bazarında əməliyyatların aktivləşməsi imkan verəcəkdir ki, banklar zərurət yarandığı təqdirdə qısamüddətli dövrə vəsait cəlb etsinlər. Bu da hesablaşmaların fasiləsizliyini və dayanıqlığını dəstəkləyəcək", - bəyanatda bildirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/15/424494561_0:0:2731:2048_1920x0_80_0_0_17af55c291cc53e99b0623d37e781c55.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bank, mərkəzi bank
Faizlər dəhlizi banklarda faizlərə təsir edib - İlk dəfə
Mərkəzi Bank bəyan edib ki, buna pul siyasəti ilə bağlı təklif edilən yeni alətlər təsir edib.
BAKI, 30 dekabr — Sputnik. İlk dəfə faiz dəhlizinin parametrlərinin banklararası bazarda faizlərə təsiri müşahidə olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilib.
Buna pul siyasəti ilə bağlı təklif edilən yeni alətlərin təsir etdiyi bildirilib. Qeyd edilib ki, banklararası təminatsız pul bazarında 1 günlük əməliyyatların orta faizi noyabrda oktyabrla müqayisədə 0.6 faiz bəndi yüksək olub.
Qeyd olunanlar pul siyasəti qərarlarının faiz kanalı ilə transmissiyasının yaxşılaşdığını göstərir. "Ümumilikdə, yeni əməliyyat çərçivəsinin tətbiqi pul siyasətinin alternativ lövbərinin formalaşmasına, pul siyasətinin transmissiyasında faiz kanalının gücləndirilməsinə xidmət edir. Yeni alətlərin tətbiqi ilə sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi kredit qoyuluşlarının balanslı artımının təmin edilməsi və ortamüddətli perspektivdə valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından da vacibdir. Eyni zamanda yeni alətlərin tətbiqi və banklararası pul bazarında əməliyyatların aktivləşməsi imkan verəcəkdir ki, banklar zərurət yarandığı təqdirdə qısamüddətli dövrə vəsait cəlb etsinlər. Bu da hesablaşmaların fasiləsizliyini və dayanıqlığını dəstəkləyəcək", - bəyanatda bildirilib.