FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Dünya futbolunun əfsanəsi Pele sevənlərinə əbədi vida etdi - Fotolar

Abunə olmaq
Pele peşəkar karyerasında ən çox qol vurduğu üçün Ginnesin Rekordlar Kitabına düşüb - bəzi məlumatlara görə, braziliyalı 1281 qol vurub.
Braziliya milli futbol komandasının heyətində üçqat dünya çempionu olan Pele dekabrın 29-da 82 yaşında vəfat edib.
Pele (tam adı - Edson Arantis du Nasimentu) tarixdə oyunçu kimi üç dəfə (1958, 1962, 1970) dünya çempionu olmuş yeganə futbolçudur. O, 92 matçda 77 qol vuraraq Braziliya millisinin tarixində ən yaxşı bombardirlər siyahısında Neymarla birinci yeri bölüşdürür. Klub səviyyəsində Pele 18 il Braziliyanın "Santos" klubunu təmsil edib, daha üç il Amerikanın "Nyu-York Kosmos"unda oynaıb və 1977-ci ildə elə bu klubda karyerasını bitirib. Pele peşəkar karyerasında ən çox qol vurduğu üçün Ginnesin Rekordlar Kitabına düşüb - bəzi məlumatlara görə, braziliyalı 1281 qol vurub.
Pelenin dünya çempionatındakı ilk oyunu 1958-ci ildə İsveçdə keçirilən çempionatda SSRİ yığmasına qarşı oyun olub. Braziliyalılar 2:0 hesabı ilə qalib gəlib, Pele isə məhsuldar ötürmə edib. O, həmçinin, yoldaşlıq görüşlərində iki dəfə Sovet İttifaqına qarşı oynayıb: 1965-ci ilin iyulunda bir dubl və Pelenin qolla nəticələnən ötürməsi braziliyalılara Moskvanın "Lujniki" stadionunda 3: 0 hesabı ilə qalib gəlməyə kömək edib; noyabrda Braziliyada yenidən qarşılaşan komandalar heç-heçə oynayıblar (2:2). Futbol Kralı isə bu oyunda bir qola imza atıb.
Karyerası başa çatdıqdan sonra Pele bir sıra filmlərdə və seriallarda rollara çəkilib, xeyriyyə layihələri təşkil edib. 1994-cü ildə o, YUNESKO-nun xoşməramlı səfiri, 1995-ci ildə Braziliyanın idman naziri olub. 1997-ci ildə Böyük Britaniya kraliçası II Yelizaveta tərəfindən cəngavər rütbəsinə layiq görülüb.
Braziliya prezidenti Jair Bolsonaru Pelenin ölümü ilə əlaqədar üç günlük matəm elan edib.
© AP Photo / Richard Drew

Pele, Nyu Yorkdakı "Dauninq" stadionunda "Kosmos" və "Toronto Metro-Xorvatiya" matçı zamanı. 19 iyun 1975-ci il.

Pele, Nyu Yorkdakı "Dauninq" stadionunda "Kosmos" və "Toronto Metro-Xorvatiya" matçı zamanı. 19 iyun 1975-ci il. - Sputnik Azərbaycan
1/13

Pele, Nyu Yorkdakı "Dauninq" stadionunda "Kosmos" və "Toronto Metro-Xorvatiya" matçı zamanı. 19 iyun 1975-ci il.

© AP Photo

Braziliyalı futbol ulduzu Pele və həyat yoldaşı Rozemeri qızları Kelli ilə şəkil çəkdiriblər.

Braziliyalı futbol ulduzu Pele və həyat yoldaşı Rozemeri qızları Kelli ilə şəkil çəkdiriblər. - Sputnik Azərbaycan
2/13

Braziliyalı futbol ulduzu Pele və həyat yoldaşı Rozemeri qızları Kelli ilə şəkil çəkdiriblər.

© AP Photo / Marty Lederhandler

Braziliyalı futbolçu Pele (solda) və "Kosmos" komandasının kapitanı Verner Rot (ortada) 3 avqust 1978-ci il cümə axşamı Nyu-Yorkda mətbuat konfransında Hollandiyalı superulduz Yohan Kroyffa futbol forması təqdim edirlər.

Braziliyalı futbolçu Pele (solda) və "Kosmos" komandasının kapitanı Verner Rot (ortada) 3 avqust 1978-ci il cümə axşamı Nyu-Yorkda mətbuat konfransında Hollandiyalı superulduz Yohan Kroyffa futbol forması təqdim edirlər. - Sputnik Azərbaycan
3/13

Braziliyalı futbolçu Pele (solda) və "Kosmos" komandasının kapitanı Verner Rot (ortada) 3 avqust 1978-ci il cümə axşamı Nyu-Yorkda mətbuat konfransında Hollandiyalı superulduz Yohan Kroyffa futbol forması təqdim edirlər.

© AP Photo / Seth Rubenstein

Pele və "Nyu-York Kosmos" komandasının məşqçisi Xulio Mazzei 16 aprel 1982-ci ildə Nyu-Cersi ştatının İst-Rezerford şəhərindəki "Cayents" stadionunda qucaqlaşırlar.

Pele və "Nyu-York Kosmos" komandasının məşqçisi Xulio Mazzei 16 aprel 1982-ci ildə Nyu-Cersi ştatının İst-Rezerford şəhərindəki "Cayents" stadionunda qucaqlaşırlar. - Sputnik Azərbaycan
4/13

Pele və "Nyu-York Kosmos" komandasının məşqçisi Xulio Mazzei 16 aprel 1982-ci ildə Nyu-Cersi ştatının İst-Rezerford şəhərindəki "Cayents" stadionunda qucaqlaşırlar.

© AP Photo

Braziliyalı futbol ulduzu Pele.

Braziliyalı futbol ulduzu Pele. - Sputnik Azərbaycan
5/13

Braziliyalı futbol ulduzu Pele.

© AP Photo

Pele anası Celeste ilə. 1965-ci ilin mart ayı.

Pele anası Celeste ilə. 1965-ci ilin mart ayı. - Sputnik Azərbaycan
6/13

Pele anası Celeste ilə. 1965-ci ilin mart ayı.

© AP Photo

Pele, Mexikodakı "Atsteka" stadionunda İtaliyaya qarşı Dünya Kubokunun final oyunu zamanı. 21 iyun 1970-ci il.

Pele, Mexikodakı "Atsteka" stadionunda İtaliyaya qarşı Dünya Kubokunun final oyunu zamanı. 21 iyun 1970-ci il. - Sputnik Azərbaycan
7/13

Pele, Mexikodakı "Atsteka" stadionunda İtaliyaya qarşı Dünya Kubokunun final oyunu zamanı. 21 iyun 1970-ci il.

© AP Photo

Braziliyalı futbolçu Pele, Meksikanın Qvadalaxera şəhərində Uruqvaya qarşı Dünya Kubokunun yarımfinal oyunundan sonra. O, meydanı tərk edərkən azarkeş onun köynəyini almağa çalışıb. 17 iyun 1970-ci il.

Braziliyalı futbolçu Pele, Meksikanın Qvadalaxera şəhərində Uruqvaya qarşı Dünya Kubokunun yarımfinal oyunundan sonra. O, meydanı tərk edərkən azarkeş onun köynəyini almağa çalışıb. 17 iyun 1970-ci il. - Sputnik Azərbaycan
8/13

Braziliyalı futbolçu Pele, Meksikanın Qvadalaxera şəhərində Uruqvaya qarşı Dünya Kubokunun yarımfinal oyunundan sonra. O, meydanı tərk edərkən azarkeş onun köynəyini almağa çalışıb. 17 iyun 1970-ci il.

© AP Photo / Klaus Frings

Avstriyanın Salzburq şəhəri. Braziliyalı futbol ulduzu Pele nişanlısı Rozemeri ilə birlikdə azarkeşləri salamlayır. 25 fevral 1966-cı il.

Avstriyanın Salzburq şəhəri. Braziliyalı futbol ulduzu Pele nişanlısı Rozemeri ilə birlikdə azarkeşləri salamlayır. 25 fevral 1966-cı il. - Sputnik Azərbaycan
9/13

Avstriyanın Salzburq şəhəri. Braziliyalı futbol ulduzu Pele nişanlısı Rozemeri ilə birlikdə azarkeşləri salamlayır. 25 fevral 1966-cı il.

© AP Photo

Mexikodakı "Atsteka" stadionunda Braziliyanın İtaliyaya 4-1 hesabı ilə qalib gəldiyi Dünya Kuboku finalında futbolçular Peleni çiyinlərinə qaldırdılar. 21 iyun 1970-ci il.

Mexikodakı "Atsteka" stadionunda Braziliyanın İtaliyaya 4-1 hesabı ilə qalib gəldiyi Dünya Kuboku finalında futbolçular Peleni çiyinlərinə qaldırdılar. 21 iyun 1970-ci il. - Sputnik Azərbaycan
10/13

Mexikodakı "Atsteka" stadionunda Braziliyanın İtaliyaya 4-1 hesabı ilə qalib gəldiyi Dünya Kuboku finalında futbolçular Peleni çiyinlərinə qaldırdılar. 21 iyun 1970-ci il.

© AP Photo / Nelson Antoine

Futbolçu Neymar (solda) və Braziliya futbolunun əfsanəsi Pele Braziliyanın Santos şəhərində komandanın yüz illiyini qeyd edərkən gülürlər.

Futbolçu Neymar (solda) və Braziliya futbolunun əfsanəsi Pele Braziliyanın Santos şəhərində komandanın yüz illiyini qeyd edərkən gülürlər. - Sputnik Azərbaycan
11/13

Futbolçu Neymar (solda) və Braziliya futbolunun əfsanəsi Pele Braziliyanın Santos şəhərində komandanın yüz illiyini qeyd edərkən gülürlər.

© AP Photo / G. COPOLLA

Dieqo Armando Maradona (solda) Braziliyanın Rio-de-Janeyro şəhərində görüş zamanı Pele ilə birlikdə hamakda dincəlir. 13 may 1995-ci il.

Dieqo Armando Maradona (solda) Braziliyanın Rio-de-Janeyro şəhərində görüş zamanı Pele ilə birlikdə hamakda dincəlir. 13 may 1995-ci il. - Sputnik Azərbaycan
12/13

Dieqo Armando Maradona (solda) Braziliyanın Rio-de-Janeyro şəhərində görüş zamanı Pele ilə birlikdə hamakda dincəlir. 13 may 1995-ci il.

© AP Photo / Luca Bruno

Braziliya futbolunun əfsanəsi, daha çox "Pele" kimi tanınan Edson Arantis du Nasimentu İtaliyanın Milan şəhərində "Pele" filmi üçün fotosessiya zamanı. 25 may 2016-cı il, çərşənbə günü.

Braziliya futbolunun əfsanəsi, daha çox "Pele" kimi tanınan Edson Arantis du Nasimentu İtaliyanın Milan şəhərində "Pele" filmi üçün fotosessiya zamanı. 25 may 2016-cı il, çərşənbə günü. - Sputnik Azərbaycan
13/13

Braziliya futbolunun əfsanəsi, daha çox "Pele" kimi tanınan Edson Arantis du Nasimentu İtaliyanın Milan şəhərində "Pele" filmi üçün fotosessiya zamanı. 25 may 2016-cı il, çərşənbə günü.

Xəbər lenti
0