CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayramın xoş əhval-ruhiyyədə keçirilməsi üçün polislər bütün lazımi tədbirləri görəcək

© Sputnik / Murad OrujovPolis əməkdaşı, arxiv şəkli
Polis əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.12.2022
Abunə olmaq
Vətəndaşlar üzləşdikləri hər hansı neqativ hallarla bağlı gücləndirilmiş iş rejimində xidmət aparan polis naryadlarına, həmçinin DİN-in “102” Zəng Mərkəzinə, Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
BAKI, 30 dekabr — Sputnik. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il bayramı ilə əlaqədar elan edilən istirahət günlərində polis əməkdaşları tərəfindən ictimai asayişin və təlükəsizliyin yüksək səviyyədə qorunması, insanların rahat və maneəsiz hərəkətlərini təmin etmək, onların mənzil başına sağ-salamat çatması və möhtəşəm bayramı xoş əhval-ruhiyyədə keçirməsi üçün bütün lazımi tədbirlər görüləcək.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, vətəndaşlar üzləşdikləri hər hansı neqativ hallarla bağlı gücləndirilmiş iş rejimində xidmət aparan polis naryadlarına, həmçinin DİN-in “102” Zəng Mərkəzinə, Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Xəbər lenti
0