https://sputnik.az/20221230/azerbaycanda-deputatlar-ve-akademiklerin-qohum-eqrebalari-elmi-adlari-nece-alirlar--450149362.html
Azərbaycanda deputatlar və akademiklərin qohum-əqrəbaları elmi adları necə alırlar?
Azərbaycanda deputatlar və akademiklərin qohum-əqrəbaları elmi adları necə alırlar?
Sputnik Azərbaycan
İlqar Orucov bildirib ki, bu gün alim adı alan deputatlar sertifikasiyadan keçirilsə, onların çoxu elmi məqalə yaza bilməz. 30.12.2022, Sputnik Azərbaycan
2022-12-30T19:33+0400
2022-12-30T19:33+0400
2023-01-01T18:36+0400
alim
elm
akademik
ali attestasiya komissiyası
ilqar orucov
https://cdnn1.img.sputnik.az/img/42308/87/423088775_0:158:3077:1889_1920x0_80_0_0_0293902cf8cadec8b6198f43dc30ec46.jpg
BAKI, 01 yanvar — Sputnik. Milli Məclisin plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov alim adı almağın çətinləşməsindən şikayətlənib. Komitə sədri bildirib ki, elmi fəaliyyyətlə məşğul olanlar süründürməçiliklə üzləşirlər. O, "Təhsil haqqında qanun"a yenidən baxılmasını tələb edib. Deputat qeyd edib ki, bu qanun Milli Məclisdə 14 il müzakirə olunub:"Təhsilin pilləliyindən danışırlar. Təhsildə nə qədər pillə olar? Bakalavr, magistr, aspirantura, dissertantura, doktorantura və s. Dünyanın hər yerində birpilləli müdafiə sistemi var. Prezidentin sərəncamı oldu, təhsillə elm birləşdi. Qanunda da bu, nəzərə alınmalıdır. Biz sistemi müasirləşdirməliyik, yeniləşdirməliyik. Mənim bu strukturlarla problemim yoxdur, amma bir adam bir kafedrada 4 dəfə müdafiə edir, 5-ci dəfə alimin işi Ali Attestasiya komissiyasına göndərilir. Orda da ekspert deyir ki, bu, plagiatdır. Yəni 60-70 alimin rəyi nəzərə alınmır, amma tanınmayan bir ekspertin rəyinə görə bu alimə dərəcə verilmir. Amerika üzrə elmlər doktoru var. Bu harada görülüb?! Biz artıq yeni sistemə keçməliyik". Bəs görəsən deputat iradlarında nə qədər haqlıdır? Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a ölkəmizdə elmi adların verilməsi ilə bağlı problemləri şərh edib. İ.Orucov bildirib ki, Siyavuş Novruzovun səsləndirdiyi iradlarda həqiqət payı olsa da, burada müəyyən ziddiyyətli məqamlar da var. Onun sözlərinə görə, S Novruzov elmlər doktoru adı alsa da, aktiv elmi fəaliyyətlə məşğul olmur:"Biz zaman-zaman deyirik ki, deputatların, iş adamlarının elmi işlər müdafiə etməyi zərərlidir. Mənim üçün maraqlıdır ki, Siyavuş müəllim bu elmi işi müdafiə etməyə zamanı necə tapıb? Seçicilərlə tez-tez görüşən, zamanı məhdud olan şəxslərin qısa müddətə elmlər doktoru olmasında qaranlıq məqamlar var. Həmçinin , elmlə bağlı daha çox bu sahədə məşğul olan şəxslər fikir bildirməlidirlər. Bununla belə İ.Orucov bildirib ki, Azərbaycanda "Təhsil Haqqında Qanun"un dəyişməsinə ehtiyac var. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində Azərbaycanda olduğu kimi Ali Attestasiya Komissiyası yoxdur. Xarici ölkələrdə elmi işlərin yekunu olaraq alimlik dərəcələrinin verilməsi universitetlərdə həyata keçirilir. Cəmiyyət sədrinin sözlərinə görə, bu Türkiyədə də belədir. Amma ekspert Azərbaycan reallığında bu səlahiyyəti universitetlərə verməyin düzgün olmadığı qənaətindədir:"Azərbaycanda Müdafiə Şurasını Ali Attestasiya Komissiyası təşkil edir. Bu zaman sual yaranır ki, Müdafiə Şurasını Ali Attestasiya Komissiyası təşkil edirsə niyə Müdafiə Şurasının qərarlarına hörmətlə yanaşmır? Maraqlı məqam odur ki, indiyə qədər eşitməmişəm ki, bir deputata alimlik dərəcəsi verilməsindən imtina olunsun. Bu sual doğurur. Günü kitabxanalarda, laboratoriyalarda keçən, peşəkar elmi fəaliyyətlə məşğul olanalar üçün bu imkanlar yoxdur, amma parlament nümayəndələrinə bu imkanlar yaradılır. Deməli burada subyektiv münasibət var. Amma əvvəllər şübhələr doğuran məqamlar olduqda müdafiə edən şəxs Ali Attestasiya Komissiyasına dəvət edilirdi". İ.Orucov deyir ki, elmi ad almaq üçün xarici ölkələrdə çox ciddi baryerlər var. Müvafiq dərəcəni almaq üçün elm adamları bu baryerləri keçməlidirlər. Ona görə də, Avropada elmi ad alanlara şübhə ilə yanaşılmır:"Azərbaycanda isə deputatların elmi ad almasına müəyyən şübhələr var ki, onlar bu adları mandatlarından istifadə edərək alıblar. Çox təəssüf ki, bizdə belə hallar var. Necə ola bilər, bir gün kitabxanada olmayanlar alim adı alırlar? Hətta zərərli məqamlar o həddə çatıb ki, akademiklərin bütün qohum-əqrabası elmi ad alır. İnstitut direktorlarının qız və gəlinləri alimlik dərəcəsi alır. Elmə rəhbərlik edən şəxslərin elmi mühiti bu cür korlamasına Azərbaycandan başqa dünyanın heç yerində rast gəlmək mümkün deyil. Elmimizin bu günə düşməsində həmin şəxslərin dırnaqarası xidmətləri var. Hətta bu gün Azərbaycanda elmin vəziyyəti Ermənistan və Gürcüstandan geri qalır. Bu bir faktdır ki, Azərbaycan alimlərinə istinadlar yoxdur. Bu gün alim adı alan deputatlarımızı sertifikasiyadan keçirsək, onların çoxu elmi məqalə yaza bilməz. Elmə nəzarət edən şəxlər qohumlarını akademik səviyyəsinə çatdırıblar". Ekspert bildirib ki, Ali Attestasiya Komissiyasının ləğv olunmasının tərəfdarı deyil: " Bu gün yaxşı universitetlərimiz olsa da, elmi adların verilməsini ali təhsil müəssisələrinin ixtiyarına vermək olmaz. İnstitut direktorları məmurlaşıb. Onlar bəzən savadlı, əsl elm adamlarına maneələr yaradır, öz qohum-əqrabalarına isə asanlıqla elmi ad almağa şərait yaradırlar". O ki, qaldı Ali Attestasiya komissiyasına göndərilən elmi işlərin ekspertlər tərəfindən qiymətləndirilməsinə, İ. Orucov ekspertlərin tərəfsiz olduğunu söylədi: "Əvvəllər Attestasiya Komissiyasında korrupsiya halları olsa da, bu gün bunu demək olmaz. Bu qurum korrupsiyadan uzaqdır". Məlumat üçün bildirək ki, AAK-da Ekspert Şuraları fəaliyyət göstərir. Bu şuralar elmi dərəcə verilməsinə dair dissertasiya və attestasiya sənədlərinin, elmi ad verilməsinə dair attestasiya sənədlərinin ekspertizasının aparılması və Komissiyaya müvafiq tövsiyələrin hazırlanması işini icra edirlər. Bu şuralar elmi dərəcələrdən və elmi adlardan məhrumetmə (bərpaetmə) məsələləri üzrə Komissiyanın Rəyasət Heyətinə müvafiq tövsiyələrin hazırlanmasını da həyata keçirir. Qeyd edək ki, Ali Attestasiya Komissiyası şəxslərin elmi dərəcədən və ya elmi addan məhrum edilməsi (elmi dərəcənin və ya elmi adın bərpası) məsələsinə əsaslı faktlar, arqumentlər göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin dissertasiya və ya elmi şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42308/87/423088775_174:0:2903:2047_1920x0_80_0_0_8ca3804fd4a439686f4b3949e1ddbd8c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
alim, akademik, ali attestasiya komissiyası, ilqar orucov
alim, akademik, ali attestasiya komissiyası, ilqar orucov
Azərbaycanda deputatlar və akademiklərin qohum-əqrəbaları elmi adları necə alırlar?
19:33 30.12.2022 (Yenilənib: 18:36 01.01.2023) İlqar Orucov bildirib ki, bu gün alim adı alan deputatlar sertifikasiyadan keçirilsə, onların çoxu elmi məqalə yaza bilməz.
BAKI, 01 yanvar — Sputnik. Milli Məclisin plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov alim adı almağın çətinləşməsindən şikayətlənib. Komitə sədri bildirib ki, elmi fəaliyyyətlə məşğul olanlar süründürməçiliklə üzləşirlər. O, "Təhsil haqqında qanun"a yenidən baxılmasını tələb edib. Deputat qeyd edib ki, bu qanun Milli Məclisdə 14 il müzakirə olunub:
"Təhsilin pilləliyindən danışırlar. Təhsildə nə qədər pillə olar? Bakalavr, magistr, aspirantura, dissertantura, doktorantura və s. Dünyanın hər yerində birpilləli müdafiə sistemi var. Prezidentin sərəncamı oldu, təhsillə elm birləşdi. Qanunda da bu, nəzərə alınmalıdır. Biz sistemi müasirləşdirməliyik, yeniləşdirməliyik. Mənim bu strukturlarla problemim yoxdur, amma bir adam bir kafedrada 4 dəfə müdafiə edir, 5-ci dəfə alimin işi Ali Attestasiya komissiyasına göndərilir. Orda da ekspert deyir ki, bu, plagiatdır. Yəni 60-70 alimin rəyi nəzərə alınmır, amma tanınmayan bir ekspertin rəyinə görə bu alimə dərəcə verilmir. Amerika üzrə elmlər doktoru var. Bu harada görülüb?! Biz artıq yeni sistemə keçməliyik".
Bəs görəsən deputat iradlarında nə qədər haqlıdır?
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a ölkəmizdə elmi adların verilməsi ilə bağlı problemləri şərh edib.
İ.Orucov bildirib ki, Siyavuş Novruzovun səsləndirdiyi iradlarda həqiqət payı olsa da, burada müəyyən ziddiyyətli məqamlar da var. Onun sözlərinə görə, S Novruzov elmlər doktoru adı alsa da, aktiv elmi fəaliyyətlə məşğul olmur:
"Biz zaman-zaman deyirik ki, deputatların, iş adamlarının elmi işlər müdafiə etməyi zərərlidir. Mənim üçün maraqlıdır ki, Siyavuş müəllim bu elmi işi müdafiə etməyə zamanı necə tapıb? Seçicilərlə tez-tez görüşən, zamanı məhdud olan şəxslərin qısa müddətə elmlər doktoru olmasında qaranlıq məqamlar var. Həmçinin , elmlə bağlı daha çox bu sahədə məşğul olan şəxslər fikir bildirməlidirlər.
Bununla belə İ.Orucov bildirib ki, Azərbaycanda "Təhsil Haqqında Qanun"un dəyişməsinə ehtiyac var. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində Azərbaycanda olduğu kimi Ali Attestasiya Komissiyası yoxdur. Xarici ölkələrdə elmi işlərin yekunu olaraq alimlik dərəcələrinin verilməsi universitetlərdə həyata keçirilir. Cəmiyyət sədrinin sözlərinə görə, bu Türkiyədə də belədir. Amma ekspert Azərbaycan reallığında bu səlahiyyəti universitetlərə verməyin düzgün olmadığı qənaətindədir:
"Azərbaycanda Müdafiə Şurasını Ali Attestasiya Komissiyası təşkil edir. Bu zaman sual yaranır ki, Müdafiə Şurasını Ali Attestasiya Komissiyası təşkil edirsə niyə Müdafiə Şurasının qərarlarına hörmətlə yanaşmır? Maraqlı məqam odur ki, indiyə qədər eşitməmişəm ki, bir deputata alimlik dərəcəsi verilməsindən imtina olunsun. Bu sual doğurur. Günü kitabxanalarda, laboratoriyalarda keçən, peşəkar elmi fəaliyyətlə məşğul olanalar üçün bu imkanlar yoxdur, amma parlament nümayəndələrinə bu imkanlar yaradılır. Deməli burada subyektiv münasibət var. Amma əvvəllər şübhələr doğuran məqamlar olduqda müdafiə edən şəxs Ali Attestasiya Komissiyasına dəvət edilirdi".
İ.Orucov deyir ki, elmi ad almaq üçün xarici ölkələrdə çox ciddi baryerlər var. Müvafiq dərəcəni almaq üçün elm adamları bu baryerləri keçməlidirlər. Ona görə də, Avropada elmi ad alanlara şübhə ilə yanaşılmır:
"Azərbaycanda isə deputatların elmi ad almasına müəyyən şübhələr var ki, onlar bu adları mandatlarından istifadə edərək alıblar. Çox təəssüf ki, bizdə belə hallar var. Necə ola bilər, bir gün kitabxanada olmayanlar alim adı alırlar? Hətta zərərli məqamlar o həddə çatıb ki, akademiklərin bütün qohum-əqrabası elmi ad alır. İnstitut direktorlarının qız və gəlinləri alimlik dərəcəsi alır. Elmə rəhbərlik edən şəxslərin elmi mühiti bu cür korlamasına Azərbaycandan başqa dünyanın heç yerində rast gəlmək mümkün deyil. Elmimizin bu günə düşməsində həmin şəxslərin dırnaqarası xidmətləri var. Hətta bu gün Azərbaycanda elmin vəziyyəti Ermənistan və Gürcüstandan geri qalır. Bu bir faktdır ki, Azərbaycan alimlərinə istinadlar yoxdur. Bu gün alim adı alan deputatlarımızı sertifikasiyadan keçirsək, onların çoxu elmi məqalə yaza bilməz. Elmə nəzarət edən şəxlər qohumlarını akademik səviyyəsinə çatdırıblar".
Ekspert bildirib ki, Ali Attestasiya Komissiyasının ləğv olunmasının tərəfdarı deyil: " Bu gün yaxşı universitetlərimiz olsa da, elmi adların verilməsini ali təhsil müəssisələrinin ixtiyarına vermək olmaz. İnstitut direktorları məmurlaşıb. Onlar bəzən savadlı, əsl elm adamlarına maneələr yaradır, öz qohum-əqrabalarına isə asanlıqla elmi ad almağa şərait yaradırlar".
O ki, qaldı Ali Attestasiya komissiyasına göndərilən elmi işlərin ekspertlər tərəfindən qiymətləndirilməsinə, İ. Orucov ekspertlərin tərəfsiz olduğunu söylədi: "Əvvəllər Attestasiya Komissiyasında korrupsiya halları olsa da, bu gün bunu demək olmaz. Bu qurum korrupsiyadan uzaqdır".
Məlumat üçün bildirək ki, AAK-da Ekspert Şuraları fəaliyyət göstərir. Bu şuralar elmi dərəcə verilməsinə dair dissertasiya və attestasiya sənədlərinin, elmi ad verilməsinə dair attestasiya sənədlərinin ekspertizasının aparılması və Komissiyaya müvafiq tövsiyələrin hazırlanması işini icra edirlər. Bu şuralar elmi dərəcələrdən və elmi adlardan məhrumetmə (bərpaetmə) məsələləri üzrə Komissiyanın Rəyasət Heyətinə müvafiq tövsiyələrin hazırlanmasını da həyata keçirir.
Qeyd edək ki, Ali Attestasiya Komissiyası şəxslərin elmi dərəcədən və ya elmi addan məhrum edilməsi (elmi dərəcənin və ya elmi adın bərpası) məsələsinə əsaslı faktlar, arqumentlər göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin dissertasiya və ya elmi şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir.