CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda azyaşlıların "TikTok"a girişinin qadağan edilməsi təklif edilir

© AFP 2023 / LOIC VENANCETikTok loqosu
TikTok loqosu - Sputnik Azərbaycan, 1920, 30.12.2022
Abunə olmaq
Deputat “TikTok"un Azərbaycan gəncliyinin məhvə getməsinə səbəb olduğunu bildirib, aidiyyəti qurumlara azyaşlıların "TikTok"a girişinin məhdudlaşdırılması çağırışını edib.
BAKI, 30 dekabr - Sputnik. "TikTok" sosial şəbəkəsi bir çox ölkələrdə səmərəli istifadə olunsa da, bu sözləri "TikTok"un Azərbaycan seqmenti üçün demək mümkün deyil.
Bunu deputat Elşad Mirbəşir Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
O bildirib ki, “TikTok" Azərbaycan gəncliyinin məhvə getməsinə səbəb olur və təklif edirəm aidiyyəti qurumlar azyaşlıların "TikTok"a girişini məhdudlaşdırsın.
Onun sözlərinə görə, məktəblər, qanunvericilik, valideynlərlə iş prinsipi səviyyəsində bu işə diqqət yetirilməlidir: "16-24 yaş arasında gənclərin "TikTok"dan istifadəsi 60%-ə bərabərdir. Bir çox ölkələrdə məhkəmə qərarları ilə "TikTok"un fəaliyyəti məhdudlaşdırılıb, dayandırılıb. Azərbaycanda da bu istiqamətdə iş görülməlidir”.
Xatırladaq ki, sentyabrın 14-də DTX-nın yaydığı məlumatda cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görüldüyü bildirilib.
Qeyd olunub ki, həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı “TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanıb. Göstərilənlərlə əlaqədar, “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınıb və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin məlumatına görə, noyabrın 5-də saat 18:00-dan etibarən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır”, - deyə məlumatda bildirilib.
Xəbər lenti
0