https://sputnik.az/20221230/azerbaycan-biznesi-amerikalilar-nehayet-mehsullarin-tebii-dadi-ile-tanis-olacaqlar-450219095.html
Azərbaycan biznesi: amerikalılar nəhayət məhsulların təbii dadı ilə tanış olacaqlar
Azərbaycan biznesi: amerikalılar nəhayət məhsulların təbii dadı ilə tanış olacaqlar
Sputnik Azərbaycan
Azərbaycanlı sahibkarlar özləri üçün yeni olan dünyanın ən böyük bazarlarından birinə yiyələnməli olacaqlar. 30.12.2022, Sputnik Azərbaycan
2022-12-30T19:48+0400
2022-12-30T19:48+0400
2022-12-30T19:48+0400
biznes
iqtisadiyyat
amerika
https://cdnn1.img.sputnik.az/img/42260/59/422605923_0:0:3073:1728_1920x0_80_0_0_4e84476824c9a4680143b0e94d97ea8d.jpg
BAKI, 30 dekabr — Sputnik. Azərbaycan məhsullarının ABŞ bazarına ixracı ilə bağlı gömrük, logistika və maliyyə məsələləri üzrə razılıq əldə olunub. Danışıqlar zamanı hansı məqamlara toxunulub və ixrac prosesinin startı nə vaxta təsadüf edəcək? İlk öncə onu qeyd etmək istərdim ki, Azərbaycan mallarına ABŞ bazarında çox böyük maraq mövcuddur. Hazırki geo-siyasi vəziyyət də ərzaq məhsullarına olan tələbin daha da artması ilə nəticələnib. Düşünürəm ki, yaranan bu tələb yerli məhsullarımızın ABŞ- da daha da geniş şəbəkələrə yayılmasında əlavə dəstək olacaq. Qeyd edim ki, artıq danışıqlar gedir. Üç yerli şirkət nümayəndəsi və ABŞ-da yerləşən idxalçılarla onlayn görüşlər həyata keçirilib. Görüşlər bundan sonra da növbəti istehsalçılarla davam etdiriləcək. Qeyd edim ki, bəzi Azərbaycan məhsulları artıq ABŞ-ın FDA qeydiyyatına alınıb. Həmin məhsullara artıq sifarişlər var. Növbəti aydan həmin məhsulların ixracına start verilir. Amerikaya əsasən hansı məhsullar göndəriləcək? Hazırda əsas istiqamət olaraq ABŞ-da təqdimatı keçirilən konservləşdirilmiş qida məhsulları, qənnadı məhsulları, alkoqolsuz içkilər və kosmetik vasitələr üzrə müvafiq sertifikatlaşdırma və ABŞ standartlarına uyğun qablaşdırma üzrə işlər aparılır. İlk olaraq sadalanan bu kateqoriyadan olan məhsulların Azexport portalı vasitəsilə ABŞ-a ixrac olunması nəzərdə tutulub. Amazon, eBay və digər e-ticarət platformalarında hansı məhsullar nə vaxt təmsil olunacaq? Hazırda sadalanan platformalarda ABAD və Azəripək məhsulları başda olmaqla müxtəlif əl işləri məhsulları nümayiş olunur. Növbəti aydan yerli istehsal olan daha geniş çeşiddə məhsulların FDA qeydiyyatına alınması həyata keçiriləcək. Bu da bizə alkoqolsuz içkilər, qənnadı məhsulları və kosmetik ləvazimatların da bu platformalarda təmsil olunması imkanını verəcək. Logistika və daşıma prosesində nə kimi problemlər yarana bilər? Hazırda bu istiqamətdə daşınma ilə çətinlik yoxdur. Tək çağrış kimi məsafənin uzaq olmasını qeyd edə bilərik. Bu da quru və su nəqliyyatı ilə daşınmanın daha dəqiq loqistika planlaşdırılmasını tələb edir. Belə ki, işləyəcəyimiz şəbəkələr məhsul təminatına çox diqqət edirlər. Məhsul rəfdə bitmədən yeni məhsulun artıq anbarda mövcud olması və təchizat davamiyyatının qorunmasını əsas məsələlərdən biri kimi qeyd edə bilərik. Bu istiqamət də görüşlər zamanı ən çox səsləndirilən və müzakirə olunan məsələlərdəndir. Qərb ölkələrinə malların ixracı zamanı Azərbaycanda nə kimi çətinliklər yaranır? İxrac zamanı diqqət etməli olduğumuz məqamlar əsasən məhsulların təbii və kimyəvi qatqısız olmasıdır. Bununla yanaşı məhsulların rəf ömrünün uzun ölmasıdır. Bu iki tələbin bir arada qorunub saxlanması bir qədər çətinlik yarada bilir. Bununla yanaşı ixrac olunan malların ixrac bazarına uyğunlaşdırılması başlıca şərtlərdəndir. Buna misal olaraq meyvə şirələrini qeyd edə bilərəm. Belə ki, ABŞ bazarında bizdə olduğu kimi şüşə qablarda olan meyvə şirələrinə maraq azdır. Əsasən plastik konteynerlərdə meyvə şirələri daha çox istehlak olunur. Hesab edirəm ki, bunun da başlıca səbəbi daha təhlükəsiz və daşınması rahat olduğu üçündur. Bu səbəbdən Azərbaycandan ABŞ-a ixrac olunan məhsulların qablaşdırılması istiqamətində müəyyən yeniliklərin tətbiqinin məqsədəuyğun olacağını düşünürəm. Sizcə, biz hansı rəqabətədavamlı məhsulları xarici bazarlara çıxara bilərik? Səfər ərzində market şəbəkələrində apardığım müşahidələr əminliklə onu deməyimə əsas verir ki, Azərbaycanda istehsal olunan əksər məhsullar istər dadına istərsə də keyfiyyətinə görə bazarda rəqabət aparmaq imkanına malikdir. ABŞ bazarında digər ölkələrdən olan məhsullarla tanış olduqda ölkəmizdə bənzər məhsulların daha yuxarı keyfiyyətə və dada malik olduğunun şahidi oldum. Hesab edirəm ki, müvafiq uyğunlaşdırmalar aparmaqla əksək dünya ölkələrində Azərbaycan məhsullarının daha geniş çeşiddə təmsil olunması üçün böyük imkanlar mövcuddur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42260/59/422605923_104:0:2835:2048_1920x0_80_0_0_7155f2ce2ebe2b7a357e42e37fce2728.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
biznes, amerika
Azərbaycan biznesi: amerikalılar nəhayət məhsulların təbii dadı ilə tanış olacaqlar
Azərbaycanlı sahibkarlar özləri üçün yeni olan dünyanın ən böyük bazarlarından birinə yiyələnməli olacaqlar.
BAKI, 30 dekabr — Sputnik. Azərbaycan məhsullarının ABŞ bazarına ixracı ilə bağlı gömrük, logistika və maliyyə məsələləri üzrə razılıq əldə olunub. Danışıqlar zamanı hansı məqamlara toxunulub və ixrac prosesinin startı nə vaxta təsadüf edəcək?
İlk öncə onu qeyd etmək istərdim ki, Azərbaycan mallarına ABŞ bazarında çox böyük maraq mövcuddur. Hazırki geo-siyasi vəziyyət də ərzaq məhsullarına olan tələbin daha da artması ilə nəticələnib. Düşünürəm ki, yaranan bu tələb yerli məhsullarımızın ABŞ- da daha da geniş şəbəkələrə yayılmasında əlavə dəstək olacaq.
Qeyd edim ki, artıq danışıqlar gedir. Üç yerli şirkət nümayəndəsi və ABŞ-da yerləşən idxalçılarla onlayn görüşlər həyata keçirilib. Görüşlər bundan sonra da növbəti istehsalçılarla davam etdiriləcək. Qeyd edim ki, bəzi Azərbaycan məhsulları artıq ABŞ-ın FDA qeydiyyatına alınıb. Həmin məhsullara artıq sifarişlər var. Növbəti aydan həmin məhsulların ixracına start verilir.
Amerikaya əsasən hansı məhsullar göndəriləcək?
Hazırda əsas istiqamət olaraq ABŞ-da təqdimatı keçirilən konservləşdirilmiş qida məhsulları, qənnadı məhsulları, alkoqolsuz içkilər və kosmetik vasitələr üzrə müvafiq sertifikatlaşdırma və ABŞ standartlarına uyğun qablaşdırma üzrə işlər aparılır. İlk olaraq sadalanan bu kateqoriyadan olan məhsulların Azexport portalı vasitəsilə ABŞ-a ixrac olunması nəzərdə tutulub.
Amazon, eBay və digər e-ticarət platformalarında hansı məhsullar nə vaxt təmsil olunacaq?
Hazırda sadalanan platformalarda ABAD və Azəripək məhsulları başda olmaqla müxtəlif əl işləri məhsulları nümayiş olunur. Növbəti aydan yerli istehsal olan daha geniş çeşiddə məhsulların FDA qeydiyyatına alınması həyata keçiriləcək. Bu da bizə alkoqolsuz içkilər, qənnadı məhsulları və kosmetik ləvazimatların da bu platformalarda təmsil olunması imkanını verəcək.
Logistika və daşıma prosesində nə kimi problemlər yarana bilər?
Hazırda bu istiqamətdə daşınma ilə çətinlik yoxdur. Tək çağrış kimi məsafənin uzaq olmasını qeyd edə bilərik. Bu da quru və su nəqliyyatı ilə daşınmanın daha dəqiq loqistika planlaşdırılmasını tələb edir. Belə ki, işləyəcəyimiz şəbəkələr məhsul təminatına çox diqqət edirlər. Məhsul rəfdə bitmədən yeni məhsulun artıq anbarda mövcud olması və təchizat davamiyyatının qorunmasını əsas məsələlərdən biri kimi qeyd edə bilərik. Bu istiqamət də görüşlər zamanı ən çox səsləndirilən və müzakirə olunan məsələlərdəndir.
Qərb ölkələrinə malların ixracı zamanı Azərbaycanda nə kimi çətinliklər yaranır?
İxrac zamanı diqqət etməli olduğumuz məqamlar əsasən məhsulların təbii və kimyəvi qatqısız olmasıdır. Bununla yanaşı məhsulların rəf ömrünün uzun ölmasıdır. Bu iki tələbin bir arada qorunub saxlanması bir qədər çətinlik yarada bilir. Bununla yanaşı ixrac olunan malların ixrac bazarına uyğunlaşdırılması başlıca şərtlərdəndir. Buna misal olaraq meyvə şirələrini qeyd edə bilərəm. Belə ki, ABŞ bazarında bizdə olduğu kimi şüşə qablarda olan meyvə şirələrinə maraq azdır. Əsasən plastik konteynerlərdə meyvə şirələri daha çox istehlak olunur. Hesab edirəm ki, bunun da başlıca səbəbi daha təhlükəsiz və daşınması rahat olduğu üçündur. Bu səbəbdən Azərbaycandan ABŞ-a ixrac olunan məhsulların qablaşdırılması istiqamətində müəyyən yeniliklərin tətbiqinin məqsədəuyğun olacağını düşünürəm.
Sizcə, biz hansı rəqabətədavamlı məhsulları xarici bazarlara çıxara bilərik?
Səfər ərzində market şəbəkələrində apardığım müşahidələr əminliklə onu deməyimə əsas verir ki, Azərbaycanda istehsal olunan əksər məhsullar istər dadına istərsə də keyfiyyətinə görə bazarda rəqabət aparmaq imkanına malikdir. ABŞ bazarında digər ölkələrdən olan məhsullarla tanış olduqda ölkəmizdə bənzər məhsulların daha yuxarı keyfiyyətə və dada malik olduğunun şahidi oldum. Hesab edirəm ki, müvafiq uyğunlaşdırmalar aparmaqla əksək dünya ölkələrində Azərbaycan məhsullarının daha geniş çeşiddə təmsil olunması üçün böyük imkanlar mövcuddur.