Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Vasif Talıbovun qardaşı da vəzifədən azad edildi

© Photo : AZƏRTACNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov - Sputnik Azərbaycan, 1920, 29.12.2022
Abunə olmaq
Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilərək sərəncama götürülüb.
BAKI, 29 dekabr - Sputnik. Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib.
M.Talıbov öz istəyi ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.
Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a təsdiqləyib.
Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, M.Talıbov Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşıdır.
Xatırladaq ki, Vasif Talıbov dekabrın 21-də Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən azad edilib.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Yusif oğlu Talıbovun müraciətini nəzərə alıb.
Qərara əsasən, Vasif Yusif oğlu Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsindən azad edilib.
Rəsmi qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.
***
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilib. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib.
Bu barədə sosial şəbəkədə jurnalist Sara Əzimova məlumat verib.
Məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.
Xəbər lenti
0