SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türk dünyası geosiyasi mərkəzə çevrilir - Çavuşoğlu

© Sputnik / Murad OrujovTürkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan, 1920, 29.12.2022
Abunə olmaq
Türkiyə xarici işlər naziri bildirib ki, bu məsələdə hədəf türk dünyasının siyasi, mədəni və iqtisadi cəhətdən inteqrasiyasını təmin etməkdir.
BAKI, 29 dekabr — Sputnik. Türk dünyası geosiyasi mərkəzə çevrilir və yüksəlməkdə olan bir türk dünyası reallığı var.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bu məsələdə hədəf türk dünyasının siyasi, mədəni və iqtisadi cəhətdən inteqrasiyasını təmin etməkdir.
"Azərbaycanla birlikdə ticarət və nəqliyyat nazirlərimizin də iştirakı ilə üçtərəfli formatlar təsis etdik. Bu il reallaşdırdığımız Türkiyə-Azərbaycan-Qazaxıstan, Türkiyə-Azərbaycan-Özbəkistan nazirləri iclasları və Avaza şəhərində keçirilən Türkiyə-Azərbaycan-Türkmənistan Zirvəsi tarixi inkişafa səbəb oldu", - deyə o bildirib.
Xəbər lenti
0