https://sputnik.az/20221229/qara-qizilin-qara-gunleri-yeniden-baslayib-450160527.html
"Qara qızıl"ın qara günləri yenidən başlayıb
"Qara qızıl"ın qara günləri yenidən başlayıb
Sputnik Azərbaycan
İqtisadi tənəzzül gözləntiləri ilə yanaşı, ABŞ-da tədarüklə bağlı narahatlıqların azalması qiymətlərin ucuzlaşmasına təsir edib. 29.12.2022, Sputnik Azərbaycan
2022-12-29T14:20+0400
2022-12-29T14:20+0400
2022-12-29T14:20+0400
neft
neft-qaz
qara qızıl
rusiya
abş
https://cdnn1.img.sputnik.az/img/42228/94/422289427_1066:60:3010:1153_1920x0_80_0_0_57e53bb8822c27c5de5ead5d5a2a9b0d.jpg
BAKI, 29 dekabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,5 dollar azalaraq 82,76 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,54 dollar ucuzlaşaraq 78,42 dollar olub. Azərbaycan neftinin 1 barelə olan qiyməti isə 0,39 dollar artaraq 87,73 dollar təşkil edib. Qeyd edək ki, iqtisadi tənəzzül gözləntiləri ilə yanaşı, ABŞ-da tədarüklə bağlı narahatlıqların azalması qiymətlərin ucuzlaşmasına təsir edib. Bazarlarda ABŞ Federal Ehtiyat Sistemi başda olmaqla inkişaf etmiş ölkələrin mərkəzi banklarının pul siyasətləri ilə bağlı qeyri-müəyyənliklər davam edir. Dünya iqtisadiyyatının inflyasiya və tənəzzül arasında ilişib qalması tələb narahatlığına səbəb olur və qiymətləri aşağı salır. Dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-da qış fırtınaları səbəbindən fəaliyyətini dayandıran bəzi elektrik stansiyalarının yenidən işə salınması da tədarüklə bağlı narahatlıqları azaldıb və qiymətləri aşağı salıb. Digər tərəfdən, Rusiyanın neft üçün tavan qiymət tətbiqində iştirak edənlərə neft və neft məhsullarının satışına qadağa qoyması təklif narahatlığını artırır və qiymətləri yuxarıya doğru dəstəkləyir. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42228/94/422289427_341:0:3072:2048_1920x0_80_0_0_d16d52f5d1bafc39e8936439162fe1d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qara qızıl, rusiya, abş
neft, qara qızıl, rusiya, abş
"Qara qızıl"ın qara günləri yenidən başlayıb
İqtisadi tənəzzül gözləntiləri ilə yanaşı, ABŞ-da tədarüklə bağlı narahatlıqların azalması qiymətlərin ucuzlaşmasına təsir edib.
BAKI, 29 dekabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,5 dollar azalaraq 82,76 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,54 dollar ucuzlaşaraq 78,42 dollar olub.
Azərbaycan neftinin 1 barelə olan qiyməti isə 0,39 dollar artaraq 87,73 dollar təşkil edib.
Qeyd edək ki, iqtisadi tənəzzül gözləntiləri ilə yanaşı, ABŞ-da tədarüklə bağlı narahatlıqların azalması qiymətlərin ucuzlaşmasına təsir edib.
Bazarlarda ABŞ Federal Ehtiyat Sistemi başda olmaqla inkişaf etmiş ölkələrin mərkəzi banklarının pul siyasətləri ilə bağlı qeyri-müəyyənliklər davam edir. Dünya iqtisadiyyatının inflyasiya və tənəzzül arasında ilişib qalması tələb narahatlığına səbəb olur və qiymətləri aşağı salır.
Dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-da qış fırtınaları səbəbindən fəaliyyətini dayandıran bəzi elektrik stansiyalarının yenidən işə salınması da tədarüklə bağlı narahatlıqları azaldıb və qiymətləri aşağı salıb.
Digər tərəfdən, Rusiyanın neft üçün tavan qiymət tətbiqində iştirak edənlərə neft və neft məhsullarının satışına qadağa qoyması təklif narahatlığını artırır və qiymətləri yuxarıya doğru dəstəkləyir.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.