CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəyə qanunsuz "İphone" keçirilməsinin qarşısı alınıb

© Photo : The State Customs Committee of ARÖlkəyə qanunsuz "İphone" keçirilməsinin qarşısı alınıb
Ölkəyə qanunsuz İphone keçirilməsinin qarşısı alınıb - Sputnik Azərbaycan, 1920, 29.12.2022
Abunə olmaq
8 ədəd "İphone 14 Pro" və 6 ədəd "İphone 14 Pro Max" markalı mobil telefonlar aşkar edilib.
BAKI, 29 dekabr — Sputnik. Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları 14 ədəd mobil telefonun qanunsuz şəkildə ölkəyə gətirilməsinin qarşısı alınıb.
DGK-nın məlumatına görə, komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində 14 ədəd mobil telefonun qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
Belə ki, "Terminal-1 Beynəlxalq Hava Limanı" gömrük postunun gəliş zalında şübhəli hərəkətləri ilə diqqət çəkən şəxs nəzarətə götürülüb. Həmin şəxs gömrük ərazisini tərk edərkən gömrükçülər tərəfindən saxlanılıb və yoxlama otağına dəvət olunub. Yoxlama zamanı onun üzərindən gömrük nəzarətindən gizlədilən 8 ədəd "İphone 14 Pro" və 6 ədəd "İphone 14 Pro Max" markalı mobil telefonlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0