https://sputnik.az/20221229/olkede-keskin-respirator-infeksiyalarina-yoluxmada-artim-var---nfeksionist-450125875.html
Ölkədə kəskin respirator infeksiyalarına yoluxmada artım var - İnfeksionist
Ölkədə kəskin respirator infeksiyalarına yoluxmada artım var - İnfeksionist
Sputnik Azərbaycan
İnfeksionist insanların immun sistemini gücləndirmək üçün düzgün qidalanmalı olduqlarını bildirib 29.12.2022, Sputnik Azərbaycan
2022-12-29T08:33+0400
2022-12-29T08:33+0400
2022-12-29T08:33+0400
infeksiya
səhiyyə
əhali
qorunma
xəstəlik
https://cdnn1.img.sputnik.az/img/42357/96/423579616_0:0:3067:1725_1920x0_80_0_0_ba9fb58be77692fe1bdd9e94bf4a234d.jpg
BAKI, 29 dekabr — Sputnik. Qış aylarında uşaqlar və böyüklər arasında kəskin respirator infeksiyasına yoluxma hallarında artım müşahidə edilir. Həmin xəstəliklər, adətən, yuxarı tənəffüs yollarının zədələnməsi nəticəsində yaranır. Kəskin respirator virus simptomlarına boğaz ağrısı, öskürək, burun tutulması, temperaturun yüksəlməsi, halsızlıq, baş ağrısı, əzələ ağrıları daxildir. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, son aylarda ölkədə kəskin respirator infeksiyalara yoluxma saylarında artım müşahidə olunur:"Bu infeksiyalar xroniki xəstəliklərə malik və immun sistemi zəif olan insanlarda müəyyən fəsadlar yarada bilər". Respirator xəstəliklərindən qorunma yollarından danışan T.Eyvazov qeyd edib ki, infeksiyadan qorunmaq üçün əhalinin sıx toplaşdığı yerlərdə maskadan istifadə etmək, sosial məsafəni gözləmək, gigiyena qaydalarına əməl etmək vacibdir:"Valideynlər bu simptomları uşaqlarında müşahidə etdikləri zaman onları məktəbə göndərməməlidirlər. Xəstənin vəziyyətindən asılı olaraq həkimə müraciət etmək tövsiyə olunur". İnfeksionist insanların immun sistemini gücləndirmək üçün düzgün qidalanmalı olduqlarını bildirib:"İnsanlar qida rasionlarına mövsümi meyvə və tərəvəzləri əlavə etməlidirlər. Eyni zamanda havanın temperaturuna uyğun geyinmək tövsiyə edilir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42357/96/423579616_0:0:2731:2048_1920x0_80_0_0_2c9f58bc83f46d7aaa8ffad55a4ef0fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
infeksiya, əhali, qorunma, xəstəlik
infeksiya, əhali, qorunma, xəstəlik
Ölkədə kəskin respirator infeksiyalarına yoluxmada artım var - İnfeksionist
İnfeksionist insanların immun sistemini gücləndirmək üçün düzgün qidalanmalı olduqlarını bildirib
BAKI, 29 dekabr — Sputnik. Qış aylarında uşaqlar və böyüklər arasında kəskin respirator infeksiyasına yoluxma hallarında artım müşahidə edilir. Həmin xəstəliklər, adətən, yuxarı tənəffüs yollarının zədələnməsi nəticəsində yaranır. Kəskin respirator virus simptomlarına boğaz ağrısı, öskürək, burun tutulması, temperaturun yüksəlməsi, halsızlıq, baş ağrısı, əzələ ağrıları daxildir.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, son aylarda ölkədə kəskin respirator infeksiyalara yoluxma saylarında artım müşahidə olunur:
"Bu infeksiyalar xroniki xəstəliklərə malik və immun sistemi zəif olan insanlarda müəyyən fəsadlar yarada bilər".
Respirator xəstəliklərindən qorunma yollarından danışan T.Eyvazov qeyd edib ki, infeksiyadan qorunmaq üçün əhalinin sıx toplaşdığı yerlərdə maskadan istifadə etmək, sosial məsafəni gözləmək, gigiyena qaydalarına əməl etmək vacibdir:
"Valideynlər bu simptomları uşaqlarında müşahidə etdikləri zaman onları məktəbə göndərməməlidirlər. Xəstənin vəziyyətindən asılı olaraq həkimə müraciət etmək tövsiyə olunur".
İnfeksionist insanların immun sistemini gücləndirmək üçün düzgün qidalanmalı olduqlarını bildirib:
"İnsanlar qida rasionlarına mövsümi meyvə və tərəvəzləri əlavə etməlidirlər. Eyni zamanda havanın temperaturuna uyğun geyinmək tövsiyə edilir".