DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hulusi Akar rusiyalı və suriyalı həmkarları ilə nəyi müzakirə edəcəyini açıqlayıb

© Turkish Defense Ministry via AP, PoolHulusi Akar
Hulusi Akar - Sputnik Azərbaycan, 1920, 29.12.2022
Abunə olmaq
Türkiyənin milli müdafiə naziri Hulusi Akar müdafiə nazirləri ilə görüşdə müzakirə olunan məsələlər haqda məlumat verib.
BAKI, 29 dekabr — Sputnik. Rusiya və suriyalı həmkarlarımla üçtərəfli görüşdə Suriya və regiondakı durumun ən qısa müddətdə müsbət istiqamətdə inkişaf etməsi, sülhün, sabitliyin təmin olunması üçün hansı addımların atılmasının lazım olduğunu müzakirə etdik.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Rusiyanın paytaxtı Moskvada keçirilən görüşdə məsələ ilə bağlı Türkiyənin mövqeyi ortaya qoyulub.
Xatrıladaq ki, ötən gün Moskvada Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub arasında üçtərəfli görüş olub. Müdafiə nazirləri regionda sabitlik üçün üçtərəfli dialoqun davam etdirilməsinin zəruriliyini müzakirə ediblər.
Məlumata görə, nazirlər Suriya böhranını və bu ölkədə ekstremist qüvvələrlə mübarizə tədbirlərini müzakirə ediblər.
Xəbər lenti
0