CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

© Sputnik / Irade JELILFövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti - Sputnik Azərbaycan, 1920, 29.12.2022
Abunə olmaq
Baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.
BAKI, 29 dekabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.
Xəbər lenti
0