Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Fermerlərə bir milyona yaxın yerli tut tingi paylanıb - FOTO

© Photo : Ministry of Agriculture (Azerbaijan)Azərbaycanda yetişdirilmiş bir milyona yaxın yerli tut tingi fermerlərə paylanıb
Azərbaycanda yetişdirilmiş bir milyona yaxın yerli tut tingi fermerlərə paylanıb - Sputnik Azərbaycan, 1920, 29.12.2022
Abunə olmaq
Qırxadək rayonda yerli şəraitdə istehsal olunmuş tinglər əsasında çəkil bağlarının salınması prosesi ilin sonuna kimi yekunlaşacaq.
BAKI, 29 dekabr — Sputnik. Baramaçılıqda yem bazasının gücləndirilməsi məqsədilə yerli şəraitə uyğunlaşmış tut (çəkil) tinglərinin istehsalı davam edir. Kompleks tədbirlər çərçivəsində bu il 1 milyona yaxın yerli tut tingi istehsal olunaraq əkin üçün hazırlanıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilir ki, tinglərin baramaçılıq rayonlarının ərazisində, kümçülük təsərrüfatlarında və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılmış meşə zolaqlarında əkini nəzərə tutulur.
Kök hissələrin zədələnməsinin qarşısını almaq məqsədilə xüsusi qablaşdırılmış tinglər Bərdə Baramaqurutma Məntəqəsinə gətirilib və buradan bölgü üzrə rayonlara paylanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin inkişafı və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nda baramaçılığın yem bazasının genişləndirilməsi məqsədilə yeni tut (çəkil) tingliyi təsərrüfatlarının yaradılmasının və tut (çəkil) bağlarının salınmasının dəstəklənməsi nəzərdə tutulub və ötən illər ərzində bu istiqamətdə xeyli işlər görülüb. Baramaçılıq rayonlarında yerli şəraitə uyğunlaşmış tinglər əsasında yeni çəkil bağlarının salınması baramaçılıqda yem bazasını möhkəmləndirməklə ipəkqurdlarının bəslənmə dövründə onların daha keyfiyyətli yarpaqla yemlənməsinə imkan verəcək. Çəkil ağaclarının yarpaqları xüsusi olaraq ipəkqurdunun yemlənməsi üçün nəzərdə tutulub.
© Photo : Ministry of Agriculture (Azerbaijan)Azərbaycanda yetişdirilmiş bir milyona yaxın yerli tut tingi fermerlərə paylanıb
Azərbaycanda yetişdirilmiş bir milyona yaxın yerli tut tingi fermerlərə paylanıb - Sputnik Azərbaycan, 1920, 28.12.2022
Azərbaycanda yetişdirilmiş bir milyona yaxın yerli tut tingi fermerlərə paylanıb
Çəkil bağlarının salınmasında xüsusi aqrotexniki qaydalara riayət olunmasının vacibliyini vurğulayan şöbə müdiri bu məqsədlə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən yerlərdə təlimlərin keçirildiyini, tinglərin əkini və onlara qulluq qaydaları haqqında məlumatlandırma işlərinin aparıldığını bildirib.
Qeyd edək ki, 40-dək rayonda yerli şəraitdə istehsal olunmuş tinglər əsasında çəkil bağlarının salınması prosesi ilin sonuna kimi yekunlaşacaq.
Subsidiya artırılıb
Xatırladaq ki, bu ildən baramaçılara ödənilən subsidiya artırılıb. Baramaçılıq dövlət dəstəyi ilə əhatə olunan və dövlət tərəfindən subsidiyalaşdırılan sahələrdən biridir. Bu il subsidiya fermerlərə dəstək tədbirlərinin artırılması üçün 5 manatdan 6 manata qaldırılıb. "Azəripək" MMC də öz tərəfindən fermerlərə yaş baramanın hər kiloqramı üçün 4 manat əvəzinə 5 manat ödəməyə razılaşıb. Beləliklə, artıq bu ildən etibarən fermerlərimiz baramanın hər kiloqramına görə ümumilikdə 9 manat yox, 11 manat alacaqlar.
Toxumların çoxu Çindən gətirilib
Bu il kümçülərə paylanan 11 min 130 qutu ipəkqurdu toxumunun 10 min qutusu Çindən gətirilib, 1130 qutu isə Qax Damazlıq İpəkçilik Stansiyasında istehsal olunub. İpəkqurdu toxumlarının paylanmasına aprel ayının sonlarından start verilib, paylanma mərhələsi rayonların coğrafi şəraiti nəzərə alınaraq mərhələli şəkildə həyata keçirilib.
Azərbaycan Prezidentinin 2017-ci il tarixli Sərəncamı ilə "Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.
Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş keçən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir.
Xəbər lenti
0