DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Əfsanə vəfat etdi

© AP Photo / Alexander ZemlianichenkoPele, arxiv şəkli
Pele, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.12.2022
Abunə olmaq
Pele 3 qat (1958, 1962, 1970-ci illər) dünya çempionu olan yeganə futbolçudur.
BAKI, 29 dekabr - Sputnik. Üçqat dünya çempionu Pele 82 yaşında dünyasını dəyişib.
Noyabrın 29-da Braziliya millisinin sabiq futbolçusu səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Ona böyrək və ürək çatışmazlığı diaqnozu qoyulub.
Daha əvvəl onun yoğun bağırsaq xərçənginin müalicəsi çərçivəsində keçdiyi kimyaterapiyanın istənilən nəticəni verməyi dayandırdığı bildirilirdi.
Xatırladaq ki, Pele 3 qat (1958, 1962, 1970-ci illər) dünya çempionu olan yeganə futbolçudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Sabiq forvard FIFA-nın versiyasına əsasən XX əsrin ən yaxşı futbolçusu elan edilib.
Hücumçu Braziliyanın "Santos" (1956-1974-cü illər) və Amerikanın "Nyu-York Kosmos" (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.
Xəbər lenti
0