https://sputnik.az/20221229/dovlet-xidmeti-il-erzinde-budceye-yuz-milyon-manatdan-artiq-vesait-kocurub-450153940.html
Dövlət Xidməti il ərzində büdcəyə yüz milyon manatdan artıq vəsait köçürüb
Dövlət Xidməti il ərzində büdcəyə yüz milyon manatdan artıq vəsait köçürüb
Sputnik Azərbaycan
11 aylıq ödənişin 87,7 milyon manatı özəlləşdirmə, 23 milyon manatı isə icarə hesabına təmin edilib. 29.12.2022, Sputnik Azərbaycan
2022-12-29T22:56+0400
2022-12-29T22:56+0400
2022-12-29T22:56+0400
manat
cəmiyyət
əmlak məsələləri dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/40773/73/407737362_0:0:2001:1125_1920x0_80_0_0_37c961e9ff168509aa6c64a668a1391c.jpg
BAKI, 29 dekabr — Sputnik. Əmlak Məsələləri Dövlət Xidməti 11 ayda büdcəyə 111 milyon manat vəsait köçürüb Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 110,7 milyon manat vəsait köçürüb. Qurumdan verilən məlumata görə, 11 aylıq ödənişin 87,7 milyon manatı özəlləşdirmə, 23 milyon manatı isə icarə hesabına təmin edilib. Hesabat dövründə Dövlət Xidməti 58 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 16 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili, 538 nəqliyyat vasitəsi, o cümlədən 1 helikopter özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 359 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə "Elektron hərrac" proqram təminatı vasitəsilə 98 onlayn qoşulma reallaşıb. Bundan başqa, 27 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib. Ötən 11 ayda 3651 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 789-u qeyri-yaşayış, 2862-i isə torpaq sahələrinə aid olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40773/73/407737362_25:0:1732:1280_1920x0_80_0_0_03c097ca2bb9c6705ef2f2ee3844b16b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
manat, əmlak məsələləri dövlət komitəsi
manat, əmlak məsələləri dövlət komitəsi
Dövlət Xidməti il ərzində büdcəyə yüz milyon manatdan artıq vəsait köçürüb
11 aylıq ödənişin 87,7 milyon manatı özəlləşdirmə, 23 milyon manatı isə icarə hesabına təmin edilib.
BAKI, 29 dekabr — Sputnik. Əmlak Məsələləri Dövlət Xidməti 11 ayda büdcəyə 111 milyon manat vəsait köçürüb
Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 110,7 milyon manat vəsait köçürüb.
Qurumdan verilən məlumata görə, 11 aylıq ödənişin 87,7 milyon manatı özəlləşdirmə, 23 milyon manatı isə icarə hesabına təmin edilib.
Hesabat dövründə Dövlət Xidməti 58 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 16 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili, 538 nəqliyyat vasitəsi, o cümlədən 1 helikopter özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 359 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə "Elektron hərrac" proqram təminatı vasitəsilə 98 onlayn qoşulma reallaşıb. Bundan başqa, 27 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
Ötən 11 ayda 3651 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 789-u qeyri-yaşayış, 2862-i isə torpaq sahələrinə aid olub.