Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Bakıda Yeni il bayramı üçün yolkaların qiyməti neçəyədir

Xəbərlərə abunə olun
НовостиTelegram
Azərbaycan paytaxtının sakinlərinin Yeni il ərəfəsində əsas bayram atributu və onun bəzəkləri üçün nə qədər pul ödəməli olacaqları barədə Sputnik Azərbaycan-ın infoqrafikasında.
Bakı sakinləri artıq Yeni il bayramına hazırlaşırlar. Onlar Yeni il süfrəsi üçün alış-veriş edir, qohumlarına və dostlarına hədiyyələr hazırlayır, bayramın əsas atributu olan yolkanı bəzəyirlər.
Qeyd edək ki, qarşıdan gələn Yeni il bayramı ilə əlaqədar paytaxtın bir sıra rayonlarında bayram yarmarkaları təşkil olunub ki, burada yolka da daxil olmaqla, ehtiyacı olan hər şeyi almaq mümkündür.
Şəhərdə adi yolkanı 50 manatdan 150 manatadək, stolüstü dekorativ yolkanı isə beş manata və daha artıq qiymətə almaq olar.
Bəzək əşyalarına gəldikdə isə yolka üçün bəzəklər növündən və rənglərindən asılı olaraq yeddi manata satılır. Bəzəkli işıqlar isə 30 manata başa gələcək.
Ucuz oyuncaqlara 1,5 manata rast gəlinir, onların orta qiyməti isə 5 manata yaxındır. Bahalı oyuncaqları almaq üçün 30 manat ödəməli olacaqsınız.
Xəbər lenti
0