https://sputnik.az/20221229/bakida-nazirlik-ucuz-qiymete-temirli-menzilleri-satisa-cixarir-450157438.html
Bakıda nazirlik ucuz qiymətə təmirli mənzilləri satışa çıxarır
Bakıda nazirlik ucuz qiymətə təmirli mənzilləri satışa çıxarır
Sputnik Azərbaycan
Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən mənzillər onlayn formada satılacaq. 29.12.2022, Sputnik Azərbaycan
2022-12-29T15:57+0400
2022-12-29T15:57+0400
2022-12-29T15:57+0400
mənzil
cəmiyyət
qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/40966/17/409661733_0:100:1921:1180_1920x0_80_0_0_5ff1111e02ec95be64df72f783bb42f0.jpg
BAKI, 29 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn ilin yanvarın 23-dən keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillərin satışına başlayacaq. Artıq nazirlik rəsmi şəkildə mənzillərin qiymətini və yerləşdiyi əraziləri və digər məlumatları da açıqlayıb. Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən mənzillər onlayn formada satılacaq. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışını təşkil etmək məqsədilə elektron portal hazırlanır. Portal bir neçə moduldan ibarət olacaq. Mənzil almaq istəyən hüquqi və fiziki şəxslərin satış portalına real vaxt rejimində Vahid Giriş Sistemindən - "ASAN Login" üzərindən giriş imkanı olacaq. Portalda onların qeydiyyatı aparılmaqla, hər biri üçün elektron kabinetlər yaradılacaq, mənzillərin satışı ilə bağlı bildirişlər yerləşdiriləcək. Portalda satılan mənzillərlə bağlı məlumatlar (ünvanı, binanın mərtəbə sayı, mənzilin yerləşdiyi mərtəbə, mənzilin nömrəsi, sahəsi, otaqlarının sayı, təmir vəziyyəti və s.) yerləşdiriləcək. Fiziki və hüququ şəxslər mənzil satışına dair elanla portal üzərindən məlumatlandırılacaq. Satışı nəzərdə tutulan həmin mənzillər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə Bakının Ramana, Ümid, Хocasən qəsəbələrində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalardakı, həmçinin Bakının Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalardakı istifadə edilməyən mənzillərdir. Dövlət başçısının tapşırığına əsasən, həmin mənzillərin satışından əldə olunan vəsait digər bölgələr üzrə şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək. Xatırladaq ki, Prezident İlham Əliyev bir neçə gün öncə "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Bu fərman mənzilə ehtiyacı olan vətəndaşlarda ev almağa böyük ümid yaradıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40966/17/409661733_106:0:1813:1280_1920x0_80_0_0_b3177b144dd0fe5bbeb3e11b0a89a2f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mənzil, qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
mənzil, qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
Bakıda nazirlik ucuz qiymətə təmirli mənzilləri satışa çıxarır
Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən mənzillər onlayn formada satılacaq.
BAKI, 29 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn ilin yanvarın 23-dən keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillərin satışına başlayacaq. Artıq nazirlik rəsmi şəkildə mənzillərin qiymətini və yerləşdiyi əraziləri və digər məlumatları da açıqlayıb. Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən mənzillər onlayn formada satılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışını təşkil etmək məqsədilə elektron portal hazırlanır. Portal bir neçə moduldan ibarət olacaq. Mənzil almaq istəyən hüquqi və fiziki şəxslərin satış portalına real vaxt rejimində Vahid Giriş Sistemindən - "ASAN Login" üzərindən giriş imkanı olacaq.
Portalda onların qeydiyyatı aparılmaqla, hər biri üçün elektron kabinetlər yaradılacaq, mənzillərin satışı ilə bağlı bildirişlər yerləşdiriləcək. Portalda satılan mənzillərlə bağlı məlumatlar (ünvanı, binanın mərtəbə sayı, mənzilin yerləşdiyi mərtəbə, mənzilin nömrəsi, sahəsi, otaqlarının sayı, təmir vəziyyəti və s.) yerləşdiriləcək. Fiziki və hüququ şəxslər mənzil satışına dair elanla portal üzərindən məlumatlandırılacaq.
Satışı nəzərdə tutulan həmin mənzillər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə Bakının Ramana, Ümid, Хocasən qəsəbələrində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalardakı, həmçinin Bakının Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalardakı istifadə edilməyən mənzillərdir.
Dövlət başçısının tapşırığına əsasən, həmin mənzillərin satışından əldə olunan vəsait digər bölgələr üzrə şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Xatırladaq ki, Prezident İlham Əliyev bir neçə gün öncə "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Bu fərman mənzilə ehtiyacı olan vətəndaşlarda ev almağa böyük ümid yaradıb.