https://sputnik.az/20221229/azerkosmos-faydali-qazinti-yataqlarinin-tapilmasina-yardim-edecek-450176383.html
"Azərkosmos" faydalı qazıntı yataqlarının tapılmasına yardım edəcək
"Azərkosmos" faydalı qazıntı yataqlarının tapılmasına yardım edəcək
Sputnik Azərbaycan
Memorandum peyk təsvirləri və geoloji məlumatlar əsasında sürüşmə areallarının monitorinqi, əsas su anbarlarının, yeraltı su resurslarının qiymətləndirilməsi... 29.12.2022, Sputnik Azərbaycan
2022-12-29T21:01+0400
2022-12-29T21:01+0400
2022-12-29T21:01+0400
azərkosmos
cəmiyyət
rabitə və yüksək texnologiyalar nazirliyi
https://cdnn1.img.sputnik.az/img/41237/10/412371041_0:84:2000:1209_1920x0_80_0_0_f8a6d428757a7b8adcef8ee1e3d8cb5c.jpg
BAKI, 29 dekabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – "Azərkosmos"la Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Nazirliyin yaydığı məlumata görə, memoranduma əsasən, peyk məlumatlarından istifadə etməklə işğaldan azad olunmuş ərazilərdə faydalı qazıntı yataqlarının tapılması məqsədilə tədqiqat aparılması, ölkədə seysmik riskin qiymətləndirilməsi birgə fəaliyyətin əsas istiqamətlərindən olacaq. Sənəd peyk təsvirləri və geoloji məlumatlar əsasında sürüşmə areallarının monitorinqi, əsas su anbarlarının, yeraltı su resurslarının qiymətləndirilməsi və sudan səmərəli istifadə üçün təkliflərin hazırlanması üzrə əməkdaşlığı da əhatə edir. Eyni zamanda peyk təsvirlərindən istifadə olunmaqla innovativ məhsulların yaradılması istiqamətində birgə fəaliyyət nəzərdə tutulur. Kosmik Agentliyin İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, memorandum ölkəmizdə elmi tədqiqat layihələrinin icrasına mühüm töhfə verəcək: "Azərkosmos Geologiya və Geofizika İnstitutuna tədqiqat ərazilərinə aid peyk təsvirlərinin verilməsini, o cümlədən qarşılıqlı təcrübə mübadiləsi, peşəkar kadrların hazırlanması və birgə təlimlərin təşkili məsələlərini daim diqqətdə saxlayacaq". Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə qeyd edib ki, müasir dünyada kosmik təsvirlərin elmi tədqiqatlarda rolu əvəzolunmazdır. Onun sözlərinə görə, ölkəmizdə bu sahələrin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Memorandumda qurumlar arasında kosmik sahə üzrə kommersiyayönümlü birgə fəaliyyət də nəzərdə tutulur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41237/10/412371041_223:0:2000:1333_1920x0_80_0_0_daf86c6d6494729f7277eb189a5a3260.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərkosmos, rabitə və yüksək texnologiyalar nazirliyi
azərkosmos, rabitə və yüksək texnologiyalar nazirliyi
"Azərkosmos" faydalı qazıntı yataqlarının tapılmasına yardım edəcək
Memorandum peyk təsvirləri və geoloji məlumatlar əsasında sürüşmə areallarının monitorinqi, əsas su anbarlarının, yeraltı su resurslarının qiymətləndirilməsi və sudan səmərəli istifadə üçün təkliflərin hazırlanması üzrə əməkdaşlığı da əhatə edir.
BAKI, 29 dekabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – "Azərkosmos"la Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Nazirliyin yaydığı məlumata görə, memoranduma əsasən, peyk məlumatlarından istifadə etməklə işğaldan azad olunmuş ərazilərdə faydalı qazıntı yataqlarının tapılması məqsədilə tədqiqat aparılması, ölkədə seysmik riskin qiymətləndirilməsi birgə fəaliyyətin əsas istiqamətlərindən olacaq. Sənəd peyk təsvirləri və geoloji məlumatlar əsasında sürüşmə areallarının monitorinqi, əsas su anbarlarının, yeraltı su resurslarının qiymətləndirilməsi və sudan səmərəli istifadə üçün təkliflərin hazırlanması üzrə əməkdaşlığı da əhatə edir. Eyni zamanda peyk təsvirlərindən istifadə olunmaqla innovativ məhsulların yaradılması istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.
Kosmik Agentliyin İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, memorandum ölkəmizdə elmi tədqiqat layihələrinin icrasına mühüm töhfə verəcək: "Azərkosmos Geologiya və Geofizika İnstitutuna tədqiqat ərazilərinə aid peyk təsvirlərinin verilməsini, o cümlədən qarşılıqlı təcrübə mübadiləsi, peşəkar kadrların hazırlanması və birgə təlimlərin təşkili məsələlərini daim diqqətdə saxlayacaq".
Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə qeyd edib ki, müasir dünyada kosmik təsvirlərin elmi tədqiqatlarda rolu əvəzolunmazdır. Onun sözlərinə görə, ölkəmizdə bu sahələrin inkişafına xüsusi diqqət və qayğı göstərilir.
Memorandumda qurumlar arasında kosmik sahə üzrə kommersiyayönümlü birgə fəaliyyət də nəzərdə tutulur.