https://sputnik.az/20221229/azerbaycanda-covid-19-la-elaqeli-son-epidemioloji-durum-aciqlanib-450177973.html
Azərbaycanda COVID-19-la əlaqəli son epidemioloji durum açıqlanıb
Azərbaycanda COVID-19-la əlaqəli son epidemioloji durum açıqlanıb
Sputnik Azərbaycan
Əgər dövriyyəyə yeni, əldə olunmuş kütlə immunitetindən əhəmiyyətli dərəcədə yayına bilən mutant ştamm daxil olmazsa, vəziyyətin bu cür davam edəcəyi qənaətinə... 29.12.2022, Sputnik Azərbaycan
2022-12-29T21:35+0400
2022-12-29T21:35+0400
2022-12-29T21:35+0400
azərbaycan
səhiyyə
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1a/424534863_0:0:3072:1728_1920x0_80_0_0_7276db8c7d35e82d7ff9d76fc894dedb.jpg
BAKI, 29 dekabr — Sputnik. Soyuq ayların başlamasına baxmayaraq koronavirusa yoluxma sayında sıçrayışlı artımın olmaması arzuolunan haldır və epidemioloji durumun nəzarət altında olduğunu deməyə əsas verir. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, son dövrlərdə koronavirusa yeni yoluxma hallarının minimal rəqəmlərdə dalğalandığı müşahidə edilir: "Aktiv xəstə sayı da müəyyən intervalda artıb-azalır. Soyuq ayların başlamasına baxmayaraq yoluxma sayında sıçrayışlı artımın olmaması arzuolunan haldır və epidemioloji durumun nəzarət altında olduğunu deməyə əsas verir". "Əgər dövriyyəyə yeni, əldə olunmuş kütlə immunitetindən əhəmiyyətli dərəcədə yayına bilən mutant ştamm daxil olmazsa, vəziyyətin bu cür davam edəcəyi qənaətinə gələ bilərik. Əhaliyə tövsiyəmiz bütün pandemiya dövründə olduğu kimi dəyişməz qalır", - nazirlik rəsmisi söyləyib. Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında nisbətən artım qeydə alınır. Aktiv xəstə sayı 500-ün üzərindədir (Report).
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1a/424534863_341:0:3072:2048_1920x0_80_0_0_e9b5b1db77aeb1d3bb87cc4b1a589899.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan
Azərbaycanda COVID-19-la əlaqəli son epidemioloji durum açıqlanıb
Əgər dövriyyəyə yeni, əldə olunmuş kütlə immunitetindən əhəmiyyətli dərəcədə yayına bilən mutant ştamm daxil olmazsa, vəziyyətin bu cür davam edəcəyi qənaətinə gələ bilərik - T.Eyvazov
BAKI, 29 dekabr — Sputnik. Soyuq ayların başlamasına baxmayaraq koronavirusa yoluxma sayında sıçrayışlı artımın olmaması arzuolunan haldır və epidemioloji durumun nəzarət altında olduğunu deməyə əsas verir.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, son dövrlərdə koronavirusa yeni yoluxma hallarının minimal rəqəmlərdə dalğalandığı müşahidə edilir: "Aktiv xəstə sayı da müəyyən intervalda artıb-azalır. Soyuq ayların başlamasına baxmayaraq yoluxma sayında sıçrayışlı artımın olmaması arzuolunan haldır və epidemioloji durumun nəzarət altında olduğunu deməyə əsas verir".
"Əgər dövriyyəyə yeni, əldə olunmuş kütlə immunitetindən əhəmiyyətli dərəcədə yayına bilən mutant ştamm daxil olmazsa, vəziyyətin bu cür davam edəcəyi qənaətinə gələ bilərik. Əhaliyə tövsiyəmiz bütün pandemiya dövründə olduğu kimi dəyişməz qalır", - nazirlik rəsmisi söyləyib.
Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında nisbətən artım qeydə alınır. Aktiv xəstə sayı 500-ün üzərindədir (Report).