https://sputnik.az/20221229/azerbaycan-vetendaslari-gelen-ilden-merakese-elektron-viza-ile-sefer-ede-bilecek-450151795.html
Azərbaycan vətəndaşları gələn ildən Mərakeşə elektron viza ilə səfər edə biləcək
Azərbaycan vətəndaşları gələn ildən Mərakeşə elektron viza ilə səfər edə biləcək
Sputnik Azərbaycan
2023-cü ilin yanvarın 10-dan etibarən İordaniya, Hindistan, Qvatemala və Azərbaycan vətəndaşları Mərakeşə səfər etmək üçün elektron vizadan (e-viza)... 29.12.2022, Sputnik Azərbaycan
2022-12-29T10:16+0400
2022-12-29T10:16+0400
2022-12-29T10:24+0400
mərakeş
cəmiyyət
xarici işlər nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1d/450151639_0:0:3208:1805_1920x0_80_0_0_5b633411132bd0066dad08a88e9428f8.jpg
BAKI, 29 dekabr — Sputnik. Azərbaycan vətəndaşları növbəti ildən etibarən Mərakeşə elektron viza (e-viza) ilə səfər edə biləcək. Bu barədə Mərakeş Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu qərar Mərakeş Krallığının dövlət idarəçiliyi xidmətlərinin, xüsusən də Krallığın diplomatik nümayəndəlikləri və konsulluqları səviyyələrində konsulluq fəaliyyəti ilə bağlı xidmətlərinin rəqəmsallaşdırılmasına yönəlmiş milli və beynəlxalq səviyyədə göstərdiyi səylər çərçivəsində verilib. Nazirlikdən verilən xəbərə görə, 2023-cü ilin yanvarın 10-dan etibarən İordaniya, Hindistan, Qvatemala və Azərbaycan vətəndaşları Mərakeşə səfər etmək üçün elektron vizadan (e-viza) yararlanacaqlar. Qeyd edək ki, Mərakeş hökuməti artıq 6 aydır ki e-viza tətbiq edir(apa).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1d/450151639_393:0:3124:2048_1920x0_80_0_0_48b5a2a24c0fe24048cb72eb698d3fe5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mərakeş, xarici işlər nazirliyi
mərakeş, xarici işlər nazirliyi
Azərbaycan vətəndaşları gələn ildən Mərakeşə elektron viza ilə səfər edə biləcək
10:16 29.12.2022 (Yenilənib: 10:24 29.12.2022) 2023-cü ilin yanvarın 10-dan etibarən İordaniya, Hindistan, Qvatemala və Azərbaycan vətəndaşları Mərakeşə səfər etmək üçün elektron vizadan (e-viza) yararlanacaqlar.
BAKI, 29 dekabr — Sputnik. Azərbaycan vətəndaşları növbəti ildən etibarən Mərakeşə elektron viza (e-viza) ilə səfər edə biləcək.
Bu barədə Mərakeş Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu qərar Mərakeş Krallığının dövlət idarəçiliyi xidmətlərinin, xüsusən də Krallığın diplomatik nümayəndəlikləri və konsulluqları səviyyələrində konsulluq fəaliyyəti ilə bağlı xidmətlərinin rəqəmsallaşdırılmasına yönəlmiş milli və beynəlxalq səviyyədə göstərdiyi səylər çərçivəsində verilib.
Nazirlikdən verilən xəbərə görə, 2023-cü ilin yanvarın 10-dan etibarən İordaniya, Hindistan, Qvatemala və Azərbaycan vətəndaşları Mərakeşə səfər etmək üçün elektron vizadan (e-viza) yararlanacaqlar.
Qeyd edək ki, Mərakeş hökuməti artıq 6 aydır ki e-viza tətbiq edir(apa).