DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

“Whatsapp” hansı cihazlarda işləməyəcək?

© AFP 2023 / INDRANIL MUKHERJEETelefonun ekranında Whatsapp tətbinin loqosu
Telefonun ekranında Whatsapp tətbinin loqosu - Sputnik Azərbaycan, 1920, 28.12.2022
Abunə olmaq
Bu, tərtibatçının messenceri köhnəlmiş qurğulara uyğunlaşdırmaqdan imtina etməsi ilə bağlıdır.
BAKI, 28 dekabr — Sputnik. “Whatsapp” bu il dekabrın 31-də bəzi "Apple", "Samsung" və "Huawei" cihazlarında işini dayandıracaq. Bu barədə "Gizchina" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, bu, tərtibatçının mesenceri köhnəlmiş qurğulara uyğunlaşdırmaqdan imtina etməsi ilə bağlıdır.
Ümumilikdə, “Whatsapp”ın söndürülməsi smartfonun 49 modelinə təsir edəcək. Bunlara "iPhone 5" və "5c", "Samsung Galaxy S2", "Samsung Galaxy S3 mini", "Huawei Ascend Mate", "Huawei Ascend P1" və seçilmiş LG, HTC və "Lenovo" cihazları daxildir.
Qeyd edilib ki, mesencerdə problemlərin qarşısını almağın yeganə yolu daha müasir qacet almaqdır.
Xatırladaq ki, bundan əvvəl “Whatsapp” mesajların təsadüfən silinməsinə qarşı qoruma əlavə etmişdi. İndi istifadəçilər təsadüfən silinmiş yazışma fraqmentlərini bərpa edə bilərlər, bunun üçün beş saniyə vaxt verilir.
Xəbər lenti
0