https://sputnik.az/20221228/srailde-hokumet-qurmaq-ucun-koalisiya-qurulub-450132663.html
İsraildə hökumət formalaşdırmaq üçün koalisiya qurulub
İsraildə hökumət formalaşdırmaq üçün koalisiya qurulub
Sputnik Azərbaycan
Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası və ultra-pravoslav "Yahadut Ha-Torah" yekun detalları razılaşdırdıqdan sonra koalisiya sazişi... 28.12.2022, Sputnik Azərbaycan
2022-12-28T16:21+0400
2022-12-28T16:21+0400
2022-12-28T17:29+0400
israil
dünya xəbərləri
hökumət
benyamin netanyahu
https://cdnn1.img.sputnik.az/img/40263/46/402634617_0:187:3085:1922_1920x0_80_0_0_24037da941ba5d3e3245f9414bffeb38.jpg
BAKI, 28 dekabr — Sputnik. İsrail partiyaları yekun koalisiya sazişlərini imzalayıb. Bu barədə "Yerusalem Post" məlumat yayıb. Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası və ultra-pravoslav "Yahadut Ha-Torah" yekun detalları razılaşdırdıqdan sonra koalisiya sazişi imzalayıb. Daha sonra Dindar Sionistlər Partiyası, həmçinin "Şas", "Yəhudi Gücü" və "Noam" tərəfindən müqavilənin imzalanması elan edilib. Bütün müqavilələri imzaladıqdan sonra Netanyahu öz partiyasına müraciət edib və bu günə qədər gətirən əhəmiyyətli birgə səylərə görə partiyasına təşəkkür edib. "Biz bütün İsrail vətəndaşları üçün tam müddət üçün sabit hökumət quracağıq", - Netanyahu bildirib. "Haaretz" daha əvvəl yazıb ki, Netanyahuİsrail Dövlətinin Prezidenti İsxak Hersoqa hökuməti qurmağa müvəffəq olduğunu bildirib. "Yerusalem Post" daha əvvəl yazmışdı ki, İsrailin yeni hökuməti dekabrın 29-da parlament qarşısında and içəcək. Noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Netanyahunun partiyası qələbə qazanıb və bu mandatı noyabrın 13-də prezidentdən alıb. Netanyahunun mandatı əvvəlcə dekabrın 11-də başa çatıb. Daha sonra Hersoq ölkənin yeni hökumətini qurmaq üçün Netanyahunun verdiyi müddəti 10 gün uzadıb. 73 yaşlı Netanyahu bundan əvvəl baş nazir vəzifəsində çalışıb (1996-1999; 2009-2021).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40263/46/402634617_105:0:2836:2048_1920x0_80_0_0_02ec9d9757768f8231ddfae7225d1a08.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
israil, hökumət, benyamin netanyahu
israil, hökumət, benyamin netanyahu
İsraildə hökumət formalaşdırmaq üçün koalisiya qurulub
16:21 28.12.2022 (Yenilənib: 17:29 28.12.2022) Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası və ultra-pravoslav "Yahadut Ha-Torah" yekun detalları razılaşdırdıqdan sonra koalisiya sazişi imzalayıb.
BAKI, 28 dekabr — Sputnik. İsrail partiyaları yekun koalisiya sazişlərini imzalayıb. Bu barədə "Yerusalem Post" məlumat yayıb.
Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası və ultra-pravoslav "Yahadut Ha-Torah" yekun detalları razılaşdırdıqdan sonra koalisiya sazişi imzalayıb.
Daha sonra Dindar Sionistlər Partiyası, həmçinin "Şas", "Yəhudi Gücü" və "Noam" tərəfindən müqavilənin imzalanması elan edilib.
Bütün müqavilələri imzaladıqdan sonra Netanyahu öz partiyasına müraciət edib və bu günə qədər gətirən əhəmiyyətli birgə səylərə görə partiyasına təşəkkür edib.
"Biz bütün İsrail vətəndaşları üçün tam müddət üçün sabit hökumət quracağıq", - Netanyahu bildirib.
"Haaretz" daha əvvəl yazıb ki, Netanyahuİsrail Dövlətinin Prezidenti İsxak Hersoqa hökuməti qurmağa müvəffəq olduğunu bildirib. "Yerusalem Post" daha əvvəl yazmışdı ki, İsrailin yeni hökuməti dekabrın 29-da parlament qarşısında and içəcək.
Noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Netanyahunun partiyası qələbə qazanıb və bu mandatı noyabrın 13-də prezidentdən alıb. Netanyahunun mandatı əvvəlcə dekabrın 11-də başa çatıb. Daha sonra Hersoq ölkənin yeni hökumətini qurmaq üçün Netanyahunun verdiyi müddəti 10 gün uzadıb.
73 yaşlı Netanyahu bundan əvvəl baş nazir vəzifəsində çalışıb (1996-1999; 2009-2021).