CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şagirdə məktəbdə şiddət göstərilib? - Rəsmi açıqlama

© AP Photo / Damian DovarganesŞagird, arxiv şəkli
Şagird, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.12.2022
Abunə olmaq
Məktəb-Lisey Kompleksi sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib.
BAKI, 28 dekabr — Sputnik. Valideyn tərəfindən sosial şəbəkədə Məktəb-Lisey Kompleksinin VII sinfində təhsil alan övladının (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) fiziki təzyiqə məruz qalması ilə bağlı yayılan məlumat məktəb rəhbərliyi tərəfindən araşdırılıb.
Məktəb-Lisey Kompleksindən bildirilib ki, 27.12.2022-ci il tarixdə məktəbdə VII və IX siniflər üzrə monitorinq (riyaziyyat, tədris dili, ingilis dili fənləri) təşkil olunub. Monitorinq zamanı prosesə qeyri-ixtisas müəllimləri nəzarətçi qismində cəlb edilib:

"Qeyd olunan sinfin şagirdləri digər siniflərdə monitorinqin bitdiyini əsas gətirərək müəllimdən prosesi sonlandırmasını istəyiblər. Müəllim sual kitabçalarını toplayıb dəhlizə çıxıb. Sonra digər sənədlərin sinifdə qaldığını xatırlayaraq geri qayıdan zaman sürətlə sinfi tərk edən şagird qapıda onunla toqquşub və sual kitabçaları məktəblinin üzünə toxunub. Müəllim şagirdin zədə almadığını müəyyən edib və evə yola salıb. Bu gün məktəb rəhbərliyi tərəfindən şagirdlə söhbət aparılıb və valideyni məktəbə dəvət olunub".

Məlumat üçün qeyd edək ki, hadisə 43 saylı məktəb-liseydə baş verib.
Sosial şəbəkədə yayılan məlumata görə, 7p sinfinin şagirdləri monitorinqdən çıxan zaman oğlanlardan birinin sürətli hərəkət etməsi müəllimənin xoşuna gəlməyib. Monitorinqi keçirən müəllimə həmin oğlanın üzünə şillə ilə möhkəm vurub. Şillənin zərbəsi o qədər güclü olub ki, şagirdin sifətində izi qalıb. Bu foto sosial şəbəkədə yayılıb.
Xatırladaq ki, bir müddət öncə Suraxanı rayonunda yerləşən 146 nömrəli məktəbdə şagirdi döyən müəllim işdən kənarlaşdırılıb. Məktəbin direktor əvəzi Tacəddin Allahyarlı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu şagirdin ilk və son qeyri-etik davranışı deyil. Hətta uşağın belə hərəkətlərinə görə dəfələrlə ailəsinə məlumat verilib və o, xüsusi nəzarətə götürülüb. Amma şagird bu cür davranışdan çəkinmir.
Hadisədə adı hallanan və 30 illik müəllim stajı olan Kazım Canıyev də açıqlama verib. Üç ildir həmin sinfə ingilis dili fənnini tədris edən müəllim bildirib ki, adıçəkilən şagird dəfələrlə bu və bundan betər hərəkətlərə yol verib .Müəllimin sözlərinə görə, uşağın tərbiyəsindəki nöqsanlarla bağlı indiyədək valideynlərinə məlumat verilib, amma onlar məktəbə gəlməyiblər. Bütün bunlara rəğmən Kazım Canıyev işdən kənarlaşdırılıb.
Xəbər lenti
0