https://sputnik.az/20221228/neft-yeniden-ucuzlasmaga-baslayib-450123387.html
Neft yenidən ucuzlaşmağa başlayıb
Neft yenidən ucuzlaşmağa başlayıb
Sputnik Azərbaycan
İqtisadi tənəzzül gözləntiləri ilə yanaşı, ABŞ-da tədarüklə bağlı narahatlıqların azalması qiymətlərin ucuzlaşmasına təsir edib. 28.12.2022, Sputnik Azərbaycan
2022-12-28T14:24+0400
2022-12-28T14:24+0400
2022-12-28T14:28+0400
neft
neft-qaz
dünya
azeri light markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427283690_0:0:3072:1728_1920x0_80_0_0_95f74ee9fb6eb0f4bd991a9f3458d67b.jpg
BAKI, 28 dekabr — Sputnik. Dünya bazarlarında neftin qiymətləri ucuzlaşıb. Hazırda "Brent" markalı neftin bir barelinin qiyməti 1,28 faiz azalaraq 83,25 dollar olub. ABŞ neftinin qiyməti isə 1,13 faiz ucuzlaşaraq 78,63 dollara satılır. Dünən 86,10 dollara qədər bahalaşan "Brent" markalı neftin qiyməti günü 84,68 dollarla tamamlayıb. Qeyd edək ki, iqtisadi tənəzzül gözləntiləri ilə yanaşı, ABŞ-da tədarüklə bağlı narahatlıqların azalması qiymətlərin ucuzlaşmasına təsir edib. Bazarlarda ABŞ Federal Ehtiyat Sistemi başda olmaqla inkişaf etmiş ölkələrin mərkəzi banklarının pul siyasətləri ilə bağlı qeyri-müəyyənliklər davam edir. Dünya iqtisadiyyatının inflyasiya və tənəzzül arasında ilişib qalması tələb narahatlığına səbəb olur və qiymətləri aşağı salır. Dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-da qış fırtınaları səbəbindən fəaliyyətini dayandıran bəzi elektrik stansiyalarının yenidən işə salınması da tədarüklə bağlı narahatlıqları azaldıb və qiymətləri aşağı salıb. Digər tərəfdən, Rusiyanın neft üçün tavan qiymət tətbiqində iştirak edənlərə neft və neft məhsullarının satışına qadağa qoyması təklif narahatlığını artırır və qiymətləri yuxarıya doğru dəstəkləyir. Qeyd edək ki, ötən həftənin sonunda Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,12 dollar və ya 0,13 faiz artaraq 87,34 dollar təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85ABŞ dollarından götürülüb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427283690_341:0:3072:2048_1920x0_80_0_0_306cde97a80a16e73240ebe8c2a0a748.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, dünya, azeri light markalı neft
neft, dünya, azeri light markalı neft
Neft yenidən ucuzlaşmağa başlayıb
14:24 28.12.2022 (Yenilənib: 14:28 28.12.2022) İqtisadi tənəzzül gözləntiləri ilə yanaşı, ABŞ-da tədarüklə bağlı narahatlıqların azalması qiymətlərin ucuzlaşmasına təsir edib.
BAKI, 28 dekabr — Sputnik. Dünya bazarlarında neftin qiymətləri ucuzlaşıb. Hazırda "Brent" markalı neftin bir barelinin qiyməti 1,28 faiz azalaraq 83,25 dollar olub. ABŞ neftinin qiyməti isə 1,13 faiz ucuzlaşaraq 78,63 dollara satılır.
Dünən 86,10 dollara qədər bahalaşan "Brent" markalı neftin qiyməti günü 84,68 dollarla tamamlayıb.
Qeyd edək ki, iqtisadi tənəzzül gözləntiləri ilə yanaşı, ABŞ-da tədarüklə bağlı narahatlıqların azalması qiymətlərin ucuzlaşmasına təsir edib.
Bazarlarda ABŞ Federal Ehtiyat Sistemi başda olmaqla inkişaf etmiş ölkələrin mərkəzi banklarının pul siyasətləri ilə bağlı qeyri-müəyyənliklər davam edir. Dünya iqtisadiyyatının inflyasiya və tənəzzül arasında ilişib qalması tələb narahatlığına səbəb olur və qiymətləri aşağı salır.
Dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-da qış fırtınaları səbəbindən fəaliyyətini dayandıran bəzi elektrik stansiyalarının yenidən işə salınması da tədarüklə bağlı narahatlıqları azaldıb və qiymətləri aşağı salıb.
Digər tərəfdən, Rusiyanın neft üçün tavan qiymət tətbiqində iştirak edənlərə neft və neft məhsullarının satışına qadağa qoyması təklif narahatlığını artırır və qiymətləri yuxarıya doğru dəstəkləyir.
Qeyd edək ki, ötən həftənin sonunda Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,12 dollar və ya 0,13 faiz artaraq 87,34 dollar təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85ABŞ dollarından götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.